İzafi çəkili (kök) adamların sayının artması çox yeməklə, qidanın rasionu və ritmi və aşağı fiziki
aktivliklə əlaqədardır. Bununla yanaşı, populyasiyada əksinə olaraq astenik tiplər (arıq, zəif) də artır, belə
tendensiyaya az rast gəlinir. Hər iki hal bir sıra patogen nəticələrə səbəb olur.
Vaxtından qabaq doğulmuş (fiziki yetişməmiş) uşaqların artması genetik aparatda baş verən
pozuntularla və dəyişən mühitə adaptasiya ilə əlaqədardır. Fizioloji yetişməzlik, güclü transformasiyaya məruz
qalan mühitlə kəskin disbalansın nəticəsindədir. Bunlar digər nəticələrə də, o cümlədən akselerasiya və insanda
boyun artmasında digər dəyişkənliyə də səbəb ola bilər.
Akselerasiya – bədənin ölçülərinin artması və daha erkən yaşlarında cinsi yetişkənliyin olması deməkdir.
Bunun əsas səbəbi həyat şəraitinin yaxşılaşması, ilk növbədə yaxşı qidalanmaqdır.
Akselerasiya uşaqların psixi və fiziki inkişafının tezləşməsində təzahür olunur. Bizim dövrümüzdə yaşlı bir
adam 100 il əvvəlkinə nisbətən 10 sm hündürdür. Cinsi yetişmə tempində də tezləşmə müşahidə olunur.
Akselerasiya sosial şəraitin və qidalanma xarakterinin dəyişməsi, əhalinin miqrasiyası, irqlərin və millətlərin
qarışma imkanlarının artması ilə bağlıdır. Aşağıdakı fiziki faktorların təsiri də ehtimal olunur: günəş aktivliyinin
dəyişməsi; radiasiya fonunun yüksəlməsi; radio və televiziya şəbəkəsinin artması ilə əlaqədar atmosferin
elektromaqnit tərəddüdü ilə doyması.
Dostları ilə paylaş: |