Son vaxtlar məlum olmuşdur ki, yalnız tibb əhali arasında artan xəstəliklərin öhdəsindən gölməyə qadir
deyil. Səhiyyənin insanın sağlamlığına təsiri cəmi 10-15% təşkil edir, halbuki, həyat şəraiti və tərzinin təsiri
50%-dən artıqdır. Bununla əlaqədar həm mütəxəssislər, həm də əhali arasında sağlam həyat tərzi məsələsinə
155
maraq artmışdır.
İnsanın həyat tərzi tarixi dövr sivilizasiyanın inkişaf səviyyəsi, mədəniyyətin xüsusiyyətləri, həmçinin şəxsi
keyfiyyətlər – xarakter və iradə ilə müəyyən olunur. Həyat tərzi əmək, nitq mədəniyyəti, qidalanma xüsusiyyəti
və insanın həyat fəaliyyətinin digər cəhətlərini əhatə edir (Məmmədov, Suravegina, 2000).
Hər tarixi dövrün öz həyat tərzi vardır. Qədim insanın həyat tərzi ov və balıqçılıqla bağlı olub, güc, çevik-
lik, müşahidəçilik, dözüm, iti reaksiya tələb edirdi. O dövrdə insanların ömrü qısa idi. Tək-tək adamlara 50 il və
bir qədər çox yaşamaq qismət olurdu. Uşaq ölümü yüksək səviyyədə idi.
Müasir insanın həyat tərzi isə qədim əcdadlarından kəskin fərqlənir. Əhalinin böyük şəhərlərdə cəmləşməsi,
əlaqələrin dünya miqyasında inkişafı XX-XXI əsrlərdə insan həyat tərzinin dəyişməsinə səbəb oldu. Müasir in-
san üçün sərbəst şəxsi münasibətlərin zənginliyi çox vacibdir. Bizim dövrümüzdə insanların vacib sosial qrupu
kimi ailə daha böyük əhəmiyyət kəsb edir. Ailə həyatı-ailə üzvlərinin sağlamlığını həm bilavasitə, həm də
dolayı yolla müəyyən edir. Ailə həyatında xoşbəxt olan şəxslər daha çox yaşayır, az xəstələnir. Dul qadınlar
arasında ölüm halları, əri olanlarla müqayisədə daha çoxdur. Əlverişsiz psixi-emosional vəziyyətin olduğu
ailələrdə uşaqlar daha tez-tez mədə xorası, sarılıq, xroniki qastritə tutulurlar. İstirahətin, qida və yuxunun
pozulması ailənin əksər üzvlərində ürək-damar, əsəb və başqa xəstəliklərin baş verməsinə şərait yaradır.
Ailə özünün qidalanma ənənəsinə malikdir. İnsanın sağlamlığı və uzunömürlülüyü qidanın kəmiyyət və
keyfiyyəti ilə, həmçinin qidalanma rejimi ilə müəyyən olunur.
İnsan orqanizminin bioloji xüsusiyyətlərinin illər ərzində nəzərə çarpacaq dərəcədə dəyişməsi də, onun
həyat tərzi və qidalanma xüsusiyyətlərində böyük dəyişiklik olmuşdur. Belə ki, qədim insanın rasionuna ət,
balıq, meyvə, giləmeyvə, bəzi yabanı bitkilərin kök yumruları daxil idi. Oddan istifadə və qida maddələrinin
istiliklə hazırlanması qidalanmanın xarakterini dəiyşdi, çətin həzm olunan qaba yemlər tez mənimsənilən qida-
larla əvəz olundu.
Müasir insan xüsusi yetişdirilmiş bitki və heyvanlarla qidalanır. Onun qidasında heyvan mənşəli zülallar bitki
ilə müqayisədə üstünlük edir. Alimlərin fikrincə, insanın qidası miqdarına və kaloriliyinə görə orta, tərkibinə görə
müxtəlif və zəngin olmalıdır. Sağlam dietada (pəhrizdə) yağ və duzlar məhdudlaşdırılmalı, meyvə və tərəvəz
məhsulları, qaba un məhsullarından geniş istifadə edilməlidir. Zülal yeməyi kimi paxlalılar, az yağlı süd
məhsulları, balıq və ya pəhriz ətdən istifadə olunması məsləhətdir.
İnsanın sağlamlığı üçün hərəkət ən vacib şərtlərdən biridir. Hərəkət xüsusi hormonların ifrazını
stimullaşdırır və stresin yaranmasına səbəb olan adrenalin və hormonları azaldır. Hərəkət mədəniyyəti, özünü
idarə etmək qabiliyyətini inkişaf etdirir, yəni istənilən vəziyyətdə emosional müvazinətin saxlanmasına
köməklik göstərir. Hərəkətin azlığı orqanizmin ümumi vəziyyətində öz əksini tapır: qan təzyiqi yuxarı, ya da
aşağı olur, sümüklər kövrəkləşir, insan tez yorulur, əhvali-ruhiyyə aşağı olur. Hərəkətin azlığı – hipodinamiya,
izafi qidalanma, siqaret çəkmək kimi insanda ürək-damar xəstəliklərinin inkiaşfına səbəb olur.
Həyat tərzində hər insanın fərdiliyi nəzərə alınmalıdır. Konkret insan üçün sağlam həyat tərzinin
Dostları ilə paylaş: