12.1.2. Civə (Hg)
Ən toksik metallardan biri olub, ətraf mühitdə geniş yayılmışdır, trofik zəncirdə bioakkumlyasiya və
hərəkət etmə qabiliyyətinə malikdir. Civənin qida zənciri üzrə hərəkətini sadə şəkildə aşağıdakı kimi göstərmək
olar: su – dib çöküntüləri – biota (bentos, fito - zooplankton), balıqla qidalanan balıqlar və quşlar. Biokimyəvi
metilləşmə prosesləri nəticəsində su sistemlərində əmələ gələn qurğuşunun üzvi birləşmələri daha təhlükəlidir.
Civə ətraf mühitə civə tərkibli filizlərin çıxarılması və əridilməsi, sulfid filizlərindən əridib əlvan metalların
alınması, filizdən qızıl əldə edildiyi, sellülozun ağardılması, xlor, kaustik, vinilxlorid, elektrik avadanlıqlarının
(lampa, müxtəlif cərəyan mənbələri), ölçü və nəzarət cihazlarının (termometr, monometr), civətərkibli tibb
preparatlarının, sementin istehsalı, civətərkibli pestisidlərin istifadəsi, daş kömür və mazutun yandırılması
zamanı daxil olur. Tullantıların yandırılması zamanı da ətraf mühitə xeyli miqdarda civə daxil olur.
Rusiyada sənaye müəssisələrindən atmosferə atılan civənin miqdarı təxminən ildə 10 ton təşkil edir (Revic,
Avaliani, Tixonova, 2004). Bu sənaye cəhətdən inkişaf etmiş digər ölkələrin sənayesi tərəfindən atılan civənin
miqdarına uyğun gəlir.
Atmosfer havasında civənin YVK 0,3 mkq/m
3
, içməli suda 0,5 mkq/l, torpaqda isə 2,1 mq/kq təşkil edir.
Dostları ilə paylaş: |