QəRİb məMMƏdov, mahmud xəLİlov


Civənin sağlamlığa təsiri



Yüklə 4,26 Mb.
səhifə333/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   329   330   331   332   333   334   335   336   ...   706
Civənin sağlamlığa təsiri. Civə tiol zəhəri sırasına aid olub, sulfohidrat qrupu zülal birləşmələrini təcrid 

edərək, orqanizmin zülal mübadiləsini və fermentasiya fəaliyyətini pozur. Ətraf mühitdən qeyri-üzvi civənin 

əsas daxil olma yolu inhalyasiya hesab olunur. Atmosfer havasından insan orta hesabla sutka ərzində təxminən 

1 mkq civə udur. Udulan civə buxarının 80%-ə qədəri ağciyərlərdə saxlanılır və qana daxil olaraq tez oksidləşir. 

Orqanizmə daxil olan civənin hamısı praktiki olaraq tez ionlaşır. İçməli su ilə və qida məhsulları ilə orqanizmə 

daxil olan civənin üzvi birləşmələri  daha təhlükəli hesab olunur. Sutkada qəbul edilən su ilə orqanizmə 0,4 

mkq-dan az civə daxil olur. İstehsalatda civə ilə  təmasda olmayan civənin  əsas mənbəyi qida, başlıca olaraq 

balıq və balıq məhsulları sayılır. Yüksək çirklənməyə məruz qalmış rayonlarda bu məhsullarda civənin sutkalıq 

qəbulu 300 mkq-a çata bilər, bu isə metil civə ilə zəhərlənməyə səbəb olur. Orqanizmə buxar halında daxil olan 

civə tez cift (plasent) vasitəsilə keçir. Civənin üzvi birləşmələri qeyri-üzvi birləşmələrə nisbətən orqanizmdə 

uzun müddət dəyişməz halda qalır və hamatoensefalik və cift maneəsindən gec keçir. Südverən anaların 

südündə civə birləşmələri toplana bilir, odur ki, balaca uşaqların qanında civə aşkar edilir. Qeyri-üzvi civənin 

yarımayrılması dövrü təxminən 80 sutka çəkir, daxil olan metilcivəninki isə 600 sutkadan artıq uzanır.  

Zəhərlənmə zamanı civənin paylanması birləşmələrinin xarakterindən və onların orqanizmə daxil olma 

üsulundan asılıdır, inhalyaisya (nəfəsalma) yolu civə buxarları daxil olduqda onun əsas «deposu» böyrəklər 

sayılır, bunun nəticəsində «süleymani böyrək» və böyrək çatışmazlığı inkişaf edir. Civə həm də iliyə daxil olur 

və sinir sistemini zədələyir. Bundan başqa, N.A.Pavlovskinin (2002) məlumatına görə civənin daima təsiri 

immunitet çatışmazlığının inkişafına aparır. Civə ilə  təmasda olan işçilərdə, klinikalarda peşə  xəstəliyi kimi 

nevrasteniya, aqressivlik, baş  ağrıları, yuxu və yaddaş pozğunluğu üstünlük təşkil edir. Bir qədər aşağı 

səviyyədə təsir nəticəsində motor funksiyasının, davranışın və əhvali-ruhiyyənin dəyişməsi, yüksək emosiyalıq 




 

171


müşahidə olunur.  

Qeyri-üzvi və üzvi civənin müxtəlif yolla daxil olmasından asılı olaraq insan sağlamlığına təsir effekti 12.2 

saylı cədvəldə verilir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin