12.1.3.Kadmium (Cd)
Kadmiumun ətraf mühitdə yayılması lokal xarakter daşıyır. O, ətraf mühitə metallurgiya istehsalının
tullantıları ilə, qalvanik istehsalının çirkab suları ilə (kadmiumlamadan sonra), kadmium tərkibli stabilizatorlar,
piqmentlər, boyalar istifadə olunan istehsal sahələrindən və fosfat gübrələrindən istifadə edilməsi nəticəsində
daxil olur. Bundan başqa, kadmium iri şəhərlərin havasında təkərlərin sürtülməsi, bəzi plastik məmulatların,
boyaların və yapışdırıcı materialların eroziyası nəticəsində mövcuddur.
Orqanizmə daxil olan əlavə kadmium mənbəyi siqaret çəkilməsi sayılır. Bir siqaretin tərkibində 1-2 mkq
kadmium olur və onun 10%-ə qədəri tənəffüs orqanlarına daxil olur. Gün ərzində 30 ədəd siqaret çəkən adamın
orqanizmində 40 il ərzində 13-52 mkq kadmium toplanır, bu qida ilə orqanizmə daxil olan miqdardan artıqdır.
İçməli suya kadmium istehsalat tullantıları ilə çirklənmiş su mənbələrindən, suhazırlığı mərhələsində
reagentlərdən, həmçinin su kəməri konstruksiyalarının miqrasiyası nəticəsində daxil olur. Su ilə orqanizmə daxil
olan kadmiumun payı ümumi sutkalıq dozanın 5-10%-i təşkil edir.
Atmosfer havasında kadmiumun normativi 0,3 mkq/m
-3
, su mənbələri suyunda 0,001 mq/l, torpaqda –
qumlu və qumluca turş və neytral torpaqlarda uyğun olaraq 0,5, 1,0 və 2 mq/kq təşkil edir.
ÜST-nin tövsiyəsinə əsasən kadmiumun YVS (yol verilən səviyyəsi) həftə ərzində bədən kütləsinin 7
mkq/kq təşkil edir.
Kadmiumla çirklənmə mənbələri yerləşən ərazilərdə, onun çirklənmiş sahələrdə becərilən kənd təsərrüfatı
məhsullarından izafi daxil olma ehtimalını nəzərə almaq lazımdır. Məsələn, kadmiumun yol verilən səviyyəni
173
keçməsi Belova şəhərində sinkəridən zavodun yaxınlığında becərilən tərəvəzdə qeydə alınmışdır. Kirovoqrad,
Qornyak, Kamensk-Uralsk, Çelyabinsk, Vladiqafqaz şəhərlərinin və mədənlərin yaxınlığında yerləşən yaşayış
məntəqələri ərazisindəki torpaqlarda kadmiumun ən yüksək orta miqdarı aşkar edilmişdir.
Dostları ilə paylaş: |