QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə346/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   342   343   344   345   346   347   348   349   ...   706
Normalaşdırmanın mövcud nəzarət metodlarına uyğun olaraq, atmosfer havasında nikel metalının miqdarı 

təyin edilir. Onun YVK-sı 1 mkq/m

-3

  təşkil edir. Nikel kanserogen maddə (I qrup) sayılır. ÜST-nin Avropa 



Bürosunun tövsiyəsinə uyğun olaraq nikelin ömürlük kanserogen riski 3,8

⋅10


-4

-ə  bərabərdir. Nikelin və onun 

birləşmələrinin suda YVK-ı 100 mkq/l; torpaqda təxmini yol verilən konsentrasiyası (TYK) torpağın tipindən 

asılı olaraq 20-60 mq/kq arasında dəyişir.  



Nikelin insan sağlamlığına təsiri. Orqanizmdə nikel zəruri elementlərdən biridir. Bitkilərdə miqdarı (yaş 

halda çəkisinə görə hesablandıqda) 5

⋅10

-5

%, heyvandarlıqda 1,0



⋅10

-6

%-dir. Heyvanların qaraciyəri, dərisi və en-



dokrin vəzilərində olur. Müəyyən edilmişdir ki, o, arginaza fermentlərini aktivləşdirir və oksidləşdirmə 

proseslərinə müsbət təsir göstərir. Lakin normadan artıq olduqda insanda müxtəlfi xəstəliklərə səbəb olur.  

Nikelə xroniki intoksikasiya burun-udlaq və  ağciyər peşə  xəstəliklərinin baş verməsinə  səbəb olur, 

bədxassəli yeni törəmələrin əmələ gəlməsinə risk yaranır, dərinin allergiya zədələnməsi (dermatit və ekzema) 

müşahidə edilir. İşçilərin ağciyər xərçəngindən ölüm riskinin artması havada nikelin konsentrasiyası 500-1000 

mkq/m


-3

 olduqda başlayır. Rusiyada – Norilskidə nikel istehsalı ilə  məşğul olan işçilərdə  ağciyər xərçəngi 

xəstəliklərinin və onunla əlaqədar ölüm hallarının olması  hələ 30 il əvvəl (1970-ci illər) müəyyən edilmişdir. 

Həm də nikel istehsalı  işçilərində  ağciyərin xərçəngi xəstəlikləri tez-tez baş verməklə, eyni zamanda cavan 

yaşlarından başlayır. Hazırda Şimali Qafqaz  gigiyena və cəmiyyətin sağlamlığı Elmi Mərkəzinin əməkdaşları, 

işçilərin və dünyada ən iri metallurgiya kombinatı «Severonikel» yerləşən Kola yarımadası  əhalisinin 

sağlamlığına nikelin təsirinin müəyyənləşdirilməsi üzrə dəqiq tədqiqatlar aparır.  

1996-cı ildə yerinə yetirilən tədqiqatların nəticəsi göstərir ki, Nikel qəsəbəsində (əhalisi 17 min nəfər) və 

Zapolyarnı şəhərində (əhalisi 19 min nəfər) kükürd 2 oksidinin atmosferdə konsentrasiyası YVK-dan 12-20 dəfə 

çoxdur. SO

2

-nin və nikelin həllolunmayan birləşmələrinin miqdarı küləksiz havada daha yüksək olur; belə ki, 



kükürd dioksidinin konsentrasiyası 1500 mkq/m

3

-ə çata bilər, bu isə YVK-dan 30 dəfə artıqdır. Kombinatı əhatə 



edən ərazi mis, nikel və kobaltla intensiv çirklənmişdir. A.V.Yevseyenin (1996) məlumatına görə ərazidə nike-

lin torpaqda miqdarı 1500-4000 mq/kq təşkil edir, TYK isə müxtəlif torpaq tipləri üçün 20-80 mq/kq-dır; mis – 

3000-4000 mq/kq (TYK – 33-132 mq/kq); kobalt– 200 mq/kq təşkil edir. Metallar göbələk və giləmeyvələrdə (-

mərcangilə, cır mərsin, sarı böyürtkən) toplanır, onlar isə yerli əhali tərəfindən yığılıb istifadə edilir.  

Kola yarımadası əhalisində sidikdə nikelin miqdar səviyyəsi ora yaxın yerləşən Norveçin əhalisindəkindən 

yüksəkdir. Rusiya – Norveç layihəsinin (T.Smith-Siversten et al., 1998) nəticələrinə görə nikelin ən yüksək 

konsentrasiyası Nikel qəsəbəsi əhalisinin sidiyində aşkar edilmişdir (3,4 mkq/l), bu, atmosfer havasının nikellə 

çirklənməsinin lokal effektini təsdiq edir, sonrakı yerləri Umba (2,7), Zapolyarnı (2,0) və Apatıtı (1,9) tutur.   

 

   



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   342   343   344   345   346   347   348   349   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin