Sidikdə və saçlarda arsenin konsentrasiyasının öyrənilməsi diaqnostik əhəmiyyətə malikdir. Orqanizmə
daxil olan arsen saçın strukturuna daxil olur, onun yüksək dərəcədə toplanmasını saçlarda olan keratinin
miqdarının çox olması təsdiq edir. Çex tədqiqatçıları tərəfindən (V.Bencho, 1977), tərkibində yüksək miqdarda
arsen olan yerli kömürlə uşaqlarda eşitmənin pozulması aşkar edilmişdir. Saçlarda arsenin yol verilən miqdarı 1
mkq/q olması tövsiyə olunmuşdur. Rusiyada uşaqların saçlarında arsenin miqdarı 01-03 mkq/q-ı keçmir.
Tərkibində arsenin miqdarı yüksək (220 mkq/l) olan sudan istifadə etdikdə onun saçlarda konsentrasiyasının çox
olması (Alyaska, Ferbensk şəhəri) aşkar olunmuşdur. Beləliklə, saçlarda və suda arsenin miqdarı ilə sıx korre-
lyasiya mövcuddur. Saçlarda arsenin toplanması içməli suyun tərkibində arsenin miqdarı 10 mkq/l (yəni YVK
səviyyəsində) olduqda başlayır. Tərkibində 500 mkq/l arsen olan (50 YVK) içməli sudan istifadə edən adamlar-
da dərinin spesifik zədələnməsi (arsenli melanoz və keratoz) baş verir.
Arsenin təsirinin effektinin təyin edilməsində bu elementin sidikdə analizindən də istifadə olunur. İstehsalat
şəraitində arsenin təsirinə məruz qalmayan şəxslərin sidiyində onun miqdarı 10-50 mkq/l arasında olmalıdır.
ABŞ əmək gigiyenstlər Assosiasiyası tərəfindən sidikdə arsenin miqdarının normativ səviyyəsi 70 mkq/l tövsiyə
olunur; arsenin miqdarı iş həftəsinin sonunda ölçülür.
Dostları ilə paylaş: |