Arsenin sağlamlığa təsiri. Arsen birləşmələrinin toksikliyi, onun orqanizmdən ayrılması sürəti və orqan və
toxumalarda toplanma dərəcəsindən asılıdır. İşçilərdə xroniki arsen intoksasiyası aşağıdakı simptomların
kombinasiyası ilə səciyyələnir: əsəb, mədə-bağırsaq, kardiovaskulyar və respirator pozuntuları, hemolit
kənarlaşma, dəri zədələnməsi, qaraciyər və böyrəklərin funksional pozulması.
Arsen birinci, ən təhlükəli kanserogen maddələr qrupuna aiddir. Arsenin 10-100 mkq/m
-3
dərəcəsində xroniki
təsiri (1 ildən artıq) ağciyərdə xərçəng xəstəliyinin baş vermə tezliyini artırır. Bu hala metallurgiya zavodları və
arsentərkibli pestisidlər istehsal edən müəssisələrin işçilərində daha çox rast gəlinir. Siqaretçəkmə arsenin kanse-
rogen effektini dərinləşdirir.
Su ilə daxil olan konsentrasiyalı arsenin mövcudluğu şəraitində əhalinin ümumi qrupunun sağlamlıq
vəziyyətinin dəyişməsi bir sıra ölkələrin tədqiqatçıları tərəfindən qeyd edilmişdir. Məsələn, dəridə xərçəng
xəstəliyinin baş verməsi bununla izah edilir. Belə ki, Tayvan adasında dəridə xərçəng xəstəliyinin yayılması ilə
quyu suyunda arsenin miqdarında müəyyən asılılıq aşkar edilmişdir. Məhz, bu adanın sakinlərində «qara ayaq»
və ya «qara daban» xəstəliyi peyda olmuşdur. Bu, 400-600 mkq/l səviyyəsində olan sudan istifadə olunması ilə
bağlıdır. Qanq körfəzində (Hindistan) dərin olmayan artezian quyularından çıxan tərkibində yüksək
konsentrasiyalı arsen olan içməli sudan istifadə edən əhalidə qaraciyər və dalağın böyüməsi, dərinin
hiperpiqmentasiyası aşkar edilmişdir, bu arsenlə zəhərlənmə üçün səciyyəvidir.
Müəyyən edilmişdir ki, bu xəstəliyin yayılması insanın yaşı artdıqca çoxalır və uzun müddət arsenlə
çirklənmiş sudan istifadə olunması ilə müəyyənləşdirilir. «Qara ayaq» xəstəliyi içməli suda arsenin miqdarı 600
mq/l olan Şimali Çilidə qeydə alınmışdır. Əhali bu sudan 15 ildir ki, istifadə edirdi. Hazırda dünyanın müxtəlif
ölkələrində (Hindistan, Banqladeş, Çili, Argentina, Rumıniya) orqanizmə içməli su ilə daxil olan müxtəlif doza-
larda arsenin əhalinin sağlamlığına təsirinin qiymətləndirilməsi üzrə ekoloji-epidemioloji tədqiqatlar yerinə yeti-
rilir. Belə ki, Banqladeşdə tərkibində 10000 mkq/l olan içməli sudan istifadə olunması ilə əlaqədar daxili
səbəblərdən törəyən abortların, ölü doğulmuş uşaqların və qadınlar arasında vaxtından qabaq doğumla bağlı
ölkələrin sayı artmışdır.
Dostları ilə paylaş: |