QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə381/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   377   378   379   380   381   382   383   384   ...   706
XIV FƏSİL 

 

ATMOSFERİN NƏQLİYYAT VƏ 

SƏNAYE TULLANTILARI İLƏ ÇİRKLƏNMƏSİ 

 

14.1. Fotokimyəvi duman (fotokimyəvi smoq) 

Sənaye müəssisələrindən və əsasən avtomobillərdən atmosferə buraxılan azot oksidləri, karbon qazı, kükürd 

qazı, qurğuşun birləşmələri, toz və his havada toplanaraq dumanla birləşir, insana və bütün canlı orqanizmlərə 

öldürücü təsir göstərən «fotokimyəvi duman» və ya «smoq» adlanan qarışıq əmələ gətirir.  

Smoqun  əsas səbəbi avtomobillərin iş zamanı buraxdıqdarı qazlardır. Hazırda dünyada daxili yanacaq 

mühərrikli avtomobillərdə il ərzində 2 mlrd. tondan artıq neft yanacağı  işlədilir. Avtomobil mühərrikləri ilə 

şəhər havasına 25%-dən artıq CO

2

, 65% karbohidrogenlər və 30% azot oksidləri atılır. Yüngül avtomobillər hər 



km-də 10 qrama qədər azot oksidi ayırır. Smoqun tərkibinin ən təhlükəli birləşməsi azot oksidləri sayılır. Azot 

oksidləri – monooksid NO və dioksid NO

2

 bütün yanacaq növlərinin yandırılması zamanı yaranır və insanın 



sağlamlığına xüsusilə təhlükəlidir. Atmosferə buraxılan azot oksidləri tullantılarının əsas mənbəyi daxili yana-

caq mühərrikləri, nəqliyyat, aviasiya, İES-lər, sənayenin metallurgiya və digər sahələri hesab olunur. Əgər 

1967-ci ildə dünyada hər il havaya 53 mln ton azot oksidi ayrılırdısa, 1995-ci ildə bu rəqəm 130 mln ton təşkil 

etmişdir.  

İki cür smoq ayrılır: 

 



duman və qaz tullantılarının qarışığı olan sıx duman; 

 



yüksək konsentrasiyalı zəhərli qazların və aerozolların yaratdığı örtük. 

1930-cu illərdən başlayaraq ABŞ-ın Los-Anceles şəhəri üzərində ilin isti vaxtlarında «smoq», yəni 70% 

nəmliyi olan duman görünməyə başladı. Bu hadisə «fotokimyəvi duman» adlandırıldı. Belə ki, «smoqun» əmələ 

gəlməsi üçün günəş  şüası lazımdır. Bu şüalar avtomobillərin havaya buraxdığı karbon və azot oksidi 

qarışığından mürəkkəb fotokimyəvi çevrilmələr, maddələr yaradır. Belə maddələr öz zəhərlilik dərəcəsinə görə 

atmosferdə olan digər çirkləndirici maddələrdən dəfələrlə yüksək olur.  

Fotokimyəvi duman pis qoxuya malik olub görünüşü kəskin aşağı salır, adamların gözləri, burun və boğaz 

qişalarını xəstələndirir, boğulma, ağciyər və bronx asma xəstəliyini kəskinləşdirir.  

Fotokimyəvi duman bitkiləri də zədələyir, əvvəlcə yarpaqlar gümüşü və ya mis rəngini alır, sonra isə solur.  

Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır, rezin və sintetik rənglərin çatlamasına səbəb olur, 

paltarı korlayır, nəqliyyatın işinə maneçilik törədir.  

Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş qazlar toplanır, günortaya yaxın fotokimyəvi duman 

əmələ gəlir.  

Günün 2-ci yarısında istiliyin artması  nəticəsində inversiya zəifləyir, «smoq» yuxaryıa doğru qalxır. 

Hazırda dünyanın bir sıra böyük şəhərlərində – Nyu-York, Çikaqo, Boston, Tokio, Milan və başqalarında da 

fotokimyəvi duman əmələ gəlir. Bu əsasən avtomobillərin həddən çox olması ilə bağlıdır. Məs: bütün dünyanın 

yollarında 300 mln-dan artıq avtomobil hərəkət edir. Los-Ancelesin havasını 3,0 mln, Parisin havasını 1 mln-a 

qədər avtomobil çirkləndirir. Belə şəhərlərdə avtomobillərin buraxdığı qazların dərəcəsi 90%-ə qalxır.  

«Smoq» hadisəsi acı nəticələr vermişdir. London şəhərində sıx dumanlar 1948, 52, 56, 57 və 1962-ci illərdə 

qeydə alınmışdır. 1952-ci il dekabrın 5-9 arasında Londonun üzərində dayanan «smoqdan» 4 mindən çox adam 

ölmüşdür. İngiltərə mütəxəssisləri müəyyən etmişlər ki, bu qarışığın tərkibiində bir neçə yüz ton tüstü və sulfat 

anhidridi olmuşdur. Bu səbəbdən 1956-cı ilin yanvarında Nyu-York şəhərinin üzərində 26 saat qalan «smoq» 

nəticəsində 400-ə yaxın adam zəhərlənib ölmüşdür. Zəhərli qazların miqdarı (kükürd anhidridi, azot oksidləri, 

aldehidlər, xlorlu karbohidrogenlər) havada adi haldakından 5-6 dəfə çox olmuşdur.  

Smoqun  ən zərərli komponentlərindən biri də ozon sayılır.  İri  şəhərlərdə smoq əmələ  gələn zaman onun 

təbii konsentrasiyası (1

⋅10

-8

) 10 dəfə və daha çox artır. Ozon burada insanın ağ ciyərlərinə və selikli qişalarına, 



həmçinin bitki örtüyünə mənfi təsir göstərir.  

Fotokimyəvi dumanın  əmələ  gəlməsinin qarşısını almaq üçün atmosferin avtomobil nəqliyyatı  tərəfindən 

çirklənməsinə qarşı aşağıdakı tədbirlər həyata keçirilir: 

 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   377   378   379   380   381   382   383   384   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin