Daxili yanma mühərriklərinin təkmilləşdirilməsi. Bu məqsədlə Avropa və ABŞ-ın qabaqcıl
firmaları az yanacaq işlədən və havaya az zərərli qaz buraxan yeni avtomobillər buraxır.
•
Avtomobil benzininin keyfiyyətinin artırılması. Bu məqsədlə tərkibində etil spirti, qurğuşun və
ətraf mühit üçün zərərli olmayan benzin növləri aşkar edilir.
•
Neytrallaşdırıcılar. Avtomobillərin qaz tullantısı yollarında neytrallaşdırıcılar avtonəqliyyat
tərəfindən buraxılan toksik maddələrin miqdarını azaldır. Bu sahədə yüksək nailiyyətlər əldə edilmişdir.
•
Dizel yanacağı. Dizel mühərriki benzin mühərrikinə nisbətən 20-30% az yanacaq işlədir. Dizel
yanacağı ilə işləyən avtomobillərdə işlənmiş qazların zəhərlilik dərəcəsi xeyli az, yəni komponentlərin cəminə
görə benzin mühərriklərinə nisbətən təxminən üç dəfə az olur.
•
Dostları ilə paylaş: |