QəRİb məMMƏdov, mahmud xəLİlov


 Ozon təbəqəsinin dağılması



Yüklə 4,26 Mb.
səhifə391/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   387   388   389   390   391   392   393   394   ...   706
 

14.3. Ozon təbəqəsinin dağılması  

Son onilliklərdə ozon qatının taleyi alimləri və dünya ictimaiyyətini narahat edir. Ozon oksigenin izotopu 

(O

3

) olub güclü oksidləşdirici xassəyə malikdir. Ozona atmosferdə yer səthində və 80 km yüksəkliyə qədər rast 



gəlinir, lakin onun maksimal konsentrasiyası orta enliklərdə 20 .. 24 km, tropiklərdə 24-27 km yüksəklikdə 

yerləşir, yüksək enliklərdə isə 13 … 15 km-ə qədər enir.  

Ozonun çox hissəsi strotosferdə yerləşir, troposferdə isə ozonun miqdarı azdır və o, mövsüm üzrə dəyişir, 

həm də havanın çirklənmə dərəcəsindən asılıdır.  

Troposfer ozonu atmosferdə elektrik və  şimşək çaxması  nəticəsində yaranır. Troposfer ozonu həm də günəş 

radiasiyasının antropogen qarışıqlara təsiri nəticəsində əmələ gəlir, havada olan azot oksidi və CO

2

-ni avtomobillər 



yaradır. Bu zaman ozon, fotokimyəvi smoqun baş komponenti sayılır.  

Əgər troposfer ozonunun azalması xeyirlidirsə, strotosfer ozonunun azalması ekoloji fəlakətlərə gətirib 

çıxara bilər. Biosferdə baş verən ekoloji təzadlardan biri də Yer kürəsində canlı aləmi günəşin dağıdıcı 

ultrabənövşəyi şüalarından qoruyan strotosfer ozonu təbəqəsinin nazilməsi, cənub və şimal qütblərində isə tez-

tez deşilməsidir.  

Öz həcminə görə Yerin atmosfer havasının təxminən yüz mində bir hissəsinə  bərabər olan ozon təbəqəsi 

zərif və nazikdir. Normal təzyiq və temperatur şəraitində (təzyiq 760 mm civə st. və temperatur 0

0

C) 



atmosferdəki ozonu bir yerə toplamaq mümkün olarsa, onda ozon təbəqəsinin qalınlığı 3 mm-dən artıq olmaz.  

Məhz ozon təbəqəsi Günəşin qısadalğalı ultrabənövşəyi şüalarını udaraq Yer üzərində bütün canlıları qo-

ruyur və istilik rejimini, həmçinin atmosferin dinamikasını təyin edir.  

Ultrabənövşəyi (UB) şualanma dalğasının uzunluğu 1 … 400 nm olan elektromaqnit şüalarıdır. Müxtəlif 

uzunluqda olan UB – şüalanması insanın aktivliyinə eyni cür təsir etmədiyi üçün göstərilən diapazon 3 sahəyə 

bölünür: UB – A – dalğanın uzunluğu 315 …. 400 nm, UB – B -280 … 315 nm, UB – C- 1 …. 280 nm. 

Uzundalğalı şüalanma UB - A - insan orqanizminə zəif bioloji təsirilə səciyyələnir. Ortadalğalı şüalanma UB – B – 

dəri örtüyünə güclü təsir göstərir və raxitə qarşı  təsirə malikdir, bu zaman dalğanın uzunluğu 297 nm olduqda 

şüalanma maksimum effekt verir. Qısadalğalı şüalanma UB – C – zülal toxumalarına, göz toruna olduqca mənfi 

təsir göstərir, qan telciklərini dağıdır, xərçəng xəstəliklərinin artmasına, ekvator zonasında planktonların məhvi 

nəticəsində okeanın biogenezisinin dağılmasına, eləcə  də insan və heyvanların immun sisteminin zəifləməsi 

nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. ÜST-nin məlumatına  əsasən atmosferdə ozonun 

miqdarının 1% azalması insanlarda dəri xərçəngi xəstəliyini 6% artırır. Ozon qatının dağılma sürəti belə davam 

edərsə, XXI əsrin ortalarında dəri xərçəngi xəstəliyi hadisəsi ildə on milyonlara çatacaqdır. Bununla yanaşı, 

ultrabənövşəyi şüalanmanın intensivliyinin artması nəticəsində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı 

aşağı düşür (onlarda maddələr mübadiləsinin pozulması  və mikroorqanizmlərin – mutantların təsiri sayəsində), 

okeanda fitoplanktonun məhvinə, karbon qazının və oksigenin qlobal balansının pozulmasına və onunla müşayiət 

olunan bütün neqativ nəticələrə səbəb olur.  

Uzun illərdən bəridir ki, ozon təbəqəsində ozonun miqdarının lokal azalması – ozon deşikləri (bacaları) 

müşahidə olunur. Ozon bacaları dedikdə ozonosferdə  təbii və antropogen faktorların təsiri ilə ozonun 

konsentrasiyası xeyli azalan (50%-ə  qədər) sahələr başa düşülür. Belə böyük sahəli bacalar müxtəlif  ərazilər 

üzərində bəzən bir neçə gün və ya həftələr asılı halda qalır və belə hallar getdikcə artır.  

Tədqiqatlar göstərmişdir ki, ozon qatını  aşılayan, dağıdan səbəblər  əsasən atmosferi çirkləndirən 

maddələrdir. Bunlardan ən qorxulusu xlor-flüor üzvi birləşmələri (freonlar) hesab edilir.  

Xlor-flüor üzvi maddələri, yəni xlorflüorkarbon (XFK) birləşmələri süni yolla çox asan sintez olunur və 

sənayenin bir sıra sahələrində, o cümlədən məişətdə  də geniş istifadə edilir. Belə ki, soyuducularda, 

kondisionerlərdə, lakların, rəng boyalarının, müxtəlif infektisidlərin (cücülərə qarşı  işlədilən pestisidlər) və s. 

aerozol qablaşmalarında məhz freonlardan istifadə olunur.  

Əslində freonlar inert (təsirsiz) birləşmələrə aid olduğuna görə fauna – flora üçün zərərsiz sayılır və insan 

orqanizminə ziyan (xətər) gətirmir. Lakin xarici mühitin yer səthinə yaxın sahəsində kənar təsirlərə qarşı davamlı 

və uzunömürlü olduqları üçün gec-tez hava cərəyanı ilə atmosferdə toplanır. Beləliklə, yer səthində bir çox 

təsirlərə məruz qalan xlor-flüor üzvi birləşmələri atmosferin ozonla zəngin qatında ultrabənövşəyi şüalara qarşı tab 

gətirməyib asanlıqla parçalanır. Strotosferdə sərbəstləşən bir xlor və ya bir brom molekulunun hər biri on min ozon 

molekulunu tam məhv etməyə qadirdir. Məlumdur ki, ilin müxtəlif fəsillərində qütblərə doğru  əsən küləklərin 

sayəsində XFK, haloidkarbohidrogen və digər ozondağıdıcı maddələr ozonun dağılmasına daha çox şərait yaranan 

sahələrə çatır. Belə ki, Şimal və Cənub qütblərində, yəni Arktika və Antarktida üzərində mövsümi olaraq strotosfer 




 

196


dumanları mövcudluğu şəraitində və Günəş şüalanması nəticəsində həmin maddələr parçalanaraq ozonu dağıdırlar. 

Təxminən 1970-ci illərdən başlayaraq strotosfer ozonunun miqdarının qlobal azalması müşahidə olunur. 

Antarktikanın bəzi rayonları üzərində sentyabr-oktyabr aylarında ozonun ümumi miqdarı  təxminən 60% azalır. 

Hər iki yarımkürənin orta en dariələrində azalma on il ərzində 4-5% təşkil edir. Antarktika üzərində ozon 

təbəqəsində əmələ gələn «deşiyin» ölçüləri son ildə Afrika qitəsinin sahəsinə müvafiq olmuşdur. Arktika üzərində 

də ozonun ümumi miqdarının azalması öz mənfi təsirini göstərir.  

1990-cı illərdə strotosferdə xüsusi proqram əsasında və müasir cihazların (xüsusilə peyklər, ozonometr və 

s.) köməyilə yerinə yetirilən tədqiqatlara görə ozonun ixtisar olunması  təkcə Arktika və Antarktidaya aid 

olmayıb, həmçinin «kiçik ozon bacaları» bütün qitələrdə müşahidə edilir. Belə ki, süni peyklərin «çəkdikləri» 

xəritələrdə sahəsi orta hesabla 3000 km diametrə bərabər olan kiçik bacaların ekvator boyu və orta en dairələrin 

səmalarına xas olması  dəqiq göstərilmişdir. Bu faktdan sonra Avstraliya və Yeni Zelandiya üzərində ozonun 

tədricən və aramsız azalması daha çox narahatlıq doğurur.  

Yerin ozon təbəqəsinin dağılması insanlara və  təbiətə  fəlakətli neqativ təsir göstərir. Belə ki, ozon 

bacalarından düşən günəş rentgen və ultrabənövşəyi şüalar görünən spektr şüalarının enerjisindən 50-100 dəfə 

yüksək olur. Bu isə meşə yanğınlarının sayını artırır. Bu səbəbdən 1996-cı ildə Rusiyada 2 mln ha, Avstraliya

Şimali və Cənubi Amerika, Afrika, Avropa və Cənubi-şərqi Asiyada da geniş meşə sahələri yanmışdır. 1997-ci 

ildə İndoneziyada baş verən meşə yanğını 5 ay davam edərək onun tüstü-dumanı tək İndoneziyanı deyil, həm də 

Kiçik Asiyanı, Sinqapurun səmasını örtmüş, hətta Cənubi Çin dənizinə  qədər çatmışdır.  İnsanlar tüstüdən 

boğulmuşdu.  

Təcrübələrlə sübut olunmuşdur ki, başqa maddələrə nisbətən xlor-flüor üzvi birləşmələr ozonu 450-600 

dəfə çox dağıdır.  

Strotosferdə ozonun azalması  təkcə freonlarla əlaqədar deyildir. ABŞ geofizikləri sübut etmişlər ki, 

atmosferdə ildə artan azot, kükürd, karbon oksidləri və b. maddələr də ozona mənfi təsir göstərir.  

Göründüyü kimi, ozonu azaldan səbəblər çox cəhətlidir. Yer kürəsi ilə Günəş sistemi arasında tənzimlənən 

maqnetizm tarazlığının pozulması, reaktiv təyyarələr, kosmosa buraxılan minlərlə peyk və qurğulardaşıyan 

nəhəng raketlər, nüvə  sınaqları, ildə milyon hektarlarla təbii ozonator hesab edilən meşələrin qırılması  və 

yanğını nəticəsində yox olması və s. atmosferdə hidroksil birləşmələrin artmasına səbəb olur, nəticədə atmosfe-

rin strotosfer qatlarında qazların bir-biinə nisbəti pozulur. Müəyyən edilmişdir ki, ozon qatının dağılmasına 

yüksəksəsli uçan cihazlar, təyyarələr və çoxsaylı kosmik aparatların uçuşlarının intensivləşməsi də səbəb olur. 

NASA-nın məlumatına görə «Şattl» tipli bir kosmik gəminin buraxılışı 10 mln. tondan çox ozonu «söndürür». 

Ümumiyyətlə, bu təsir növü planetin ozon qatının 10%-ni dağıda bilər.  

1987-ci ildə 56 ölkənin hökumətləri  Monreal (Kanada) protokolunu imzaladılar. Bu protokola əsasən 

yaxın onillikdə ozon qatını dağıdan xlor-flüor üzvi birləşmələrin və digər ozon dağıdıcı maddələrin (ODM) 

istehsalını 2 dəfə azaltmağı öhdələrinə götürdülər. Sonrakı razılaşmalar, yəni 1990-cı ildə Londonda, 1992-ci 

ildə Kopenhagendə ODM-in istehsalının tədricən və 1997-ci ildə Manrealda dayandırılması irəli sürüldü.  

1996-cı ildə  sənaye cəhətdən inkişaf etmiş ölkələr freonların istehsalını tamamilə dayandırdı (həmçinin 

hallonları, tetraxlorid-karbonu). İnkişaf etməkdə olan ölkələrə, o cümlədən Rusiyaya bu addımı 2010-cu ildə 

atmağı xahiş etdilər.  

1990-1996-cı ildə Rusiyada ODM-in istehsalı 10 dəfə azaldılaraq 205 min tondan 13 min tona 

endirilmişdir. 1997-ci ildə İsveç hökuməti Ümumdünya bankından Rusiyanın 7 fabrikinə freonların istehsalının 

dayandırılması üçün 1 milyon dollar ayırmışdır.  

1997-ci ildə  Monreal protokolunun  təsdiqindən 10 il keçmişdir. Həmin dövr ərzində Yerin ozon 

təbəqəsinin mühafizəsi üzrə geniş beynəlxalq  əməkdaşlıq yerinə yetirilmişdir. Beynəlxalq cəmiyyətlərin 

razılaşdırılmış gücü ilə  həmin illər  ərzində ozon qatı üçün təhlükəli olan maddələrin istehsalı  və istifadəsi 2 

dəfədən çox azalmışdır. Atmosferdə ozonu dağıdan maddələrin miqdarının artması dayandırılmışdır. Alimlərin 

fikrincə bu iş davam etdirilərsə yaxın illərdə ozon qatının bərpa olunması prosesi başlanacaq və XXI əsrin 

ortalarına qədər öz təbii halına düşəcək.  

Sənayedə dövlət proqramının yerinə yetirilməsi üzrə kifayət qədər effektiv tədbirlər görülür. Məsələn, soyuducu 

texnika istehsalçıları  freonların ozon üçün zərərsiz maddələrlə  əvəz olunmasına artıq başlamışlar: propan-butan 

qarışığı,  tsiklopentanlı köpükləndirici, soyuducu agent - QFU-134a 1996-cı ildən etibarən Rusiyanın «Biryusa» 

soyuducuları ozon qatına dağıdıcı təsir göstərməyən yeni soyuducu agentlərdən istifadə edərək buraxılır.  

Azərbaycan Respublikası 1996-cı ildə ozondağıdıcı maddələrin (ODM) istifadəsindən mərhələlər üzrə 

çıxarılmasına dair Vyana konvensiyasını, Monreal protokolunu və müvafiq düzəlişləri ratifikasiya etmişdir. 

Artıq Azərbaycan Respublikasında ozondağıdıcı olmayan soyuducu agentlə işləyəcək kompressorlar hazırlamaq 




 

197


üçün zavod tam hazırdır. Bu kompressorlar eyni zamanda «Çinar» İstehsal Birliyində müasir soyuducuların 

hazırlanmasında istifadə ediləcəkdir. 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   387   388   389   390   391   392   393   394   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin