QəRİb məMMƏdov, mahmud xəLİlov


Turş yağışlar və materiallar (əşyalar)



Yüklə 4,26 Mb.
səhifə390/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   386   387   388   389   390   391   392   393   ...   706
Turş yağışlar və materiallar (əşyalar) 

Turş yağışların  ən nəzəri cəlb edən nəticələrindən biri arxitektur (memarlıq) binaların və incəsənət 

əsərlərinin dağılmasıdır, bura əhəng daşından və ya mərmərdən hazırlanmış tarixi qiymətə malik olan emallar, 

məmulatlar daxildir. Turşu ilə əhəng daşı arasında qarşılıqlı əlaqə olduqca tez aşınmağa və eroziyaya səbəb olur. 

Qeyd etmək lazımdır ki, yüz və hətta min illərdən bəri cüzi dəyişilmiş abidələr və binalar indi turş yağışların 

təsirindən ovulub dağılır. Yunanıstan və İtaliyada antik abidələrin saxlanması ciddi problemə çevrilmişdir. Bu, 

ekosistemin buferlik tutumunun azalmasına bir işarədir. Mütəxəssislər alüminiumun və digər zəhərli 

maddələrin, o cümlədən qurğuşunun turşulu yağışlarla həll olmasından da son dərəcə narahatlıq keçirirlər, belə 

ki, turş yağışlar səth və qrunt sularının çirklənməsinə gətirib çıxara bilər.  

Turş yağışların bir sıra konstruktiv materiallara təsiri ilbəil daha aydın görünür. Amerika mətbuatının 

məlumatına görə turşulu yağışların təsirindən metallar sürətlə korroziyaya uğraması ilə  əlaqədar ABŞ-da 

təyyarələrin və körpülərin dağılmasına səbəb olur. Əsas zədələyici inqrediyentlər hidrogen kationu, kükürd-2-

oksid, azot oksidləri, həmçinin ozon, formaldehid və hidrogen peroksidi sayılır. Materialların dağılma intensiv-

liyi onun məsaməliyindən asılıdır, belə ki, xüsusi səth yüksək olduqca onun sorbsiya qabiliyyəti də artıq olur; 

tikintinin konstruktiv xüsusiyyətindən asılı olaraq səthində müxtəlif oyuqlar olduqda onlar turşulu yağışların 

toplayıcısı vəzifəsini görür; istismar şəraitindən: küləyin sürəti, temperatur, rütubətlik və s. asılı olaraq həyatda 

üç qrup materiala daha çox diqqət yetirilir: metallardan – paslanmayan polad və sinklənmiş  dəmirlərə; tikinti 

materiallarından –binaların xarici konstruksiyası materialına və qoruyucu materiallara – boya, lak və səth örtüyü 

polimerlərə. Yağıntı və qazların təsiri zamanı onların zədələyici təsiri metalların iştirakı ilə katalitik reaksiyanın 

intensivliyi, həmçinin sinergizmdən, yəni bir maddənin (materialın) digərinə  təsirini gücləndirmə 

qabiliyyətindən asılıdır, bu zaman çox vaxt bərabər korroziya müşahidə olunur.  

Avropa parlamentinin məlumatına görə turş yağıntıların törətdiyi iqtisadi ziyan ümumi milli məhsulun 4%-

ni təşkil edir. Turşulu yağışlarla uzunmüddətli pesrpektivdə mübarizə strategiyasını seçdikdə bunu nəzərə almaq 

lazımdır.  

Turş yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir:  

- kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə 

ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir.  

- yeni texnologiya tətbiq edərək: a) yanacağa qənaət etmək;                                  b) yanacaqdan kükürdü 

kənarlaşdırmaq; v) tüstü bacasından çıxan kükürd və azot oksidini tutmaq (200-ə yaxın belə texnologiya 

məlumdur) üzrə tədbirlər həyata keçirilməlidir. 

- turş yağışlar problemi qlobal problem olduğu üçün bu istiqamətdə beynəlxalq əməkdaşlıq aparılır. Buna 



 

195


1983-cü ildə qüvvəyə minən Avropa Konvensiyasının protokolu misal ola bilər.     


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin