torpağı və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və canlı aləmi pozur.
Qeyd edək ki, iynəyarpaqlı ağac cinsləri turş yağışlara daha çox həssasdır. Bu səbəbdən dünyanın müxtəlif
regionlarında 31 mln. ha meşə məhv olur. Belə ki, Almaniyanın ərazisində turşulu yağışların təsirindən küknar
meşələrinin demək olar ki, üçdə biri zədələnmişdir. Almaniya ilə Çexiyanın sərhəd hissəsində bu səbəbdən xeyli
meşə sahəsi sıradan çıxmışdır.
Almaniyanın meşəli Bavariya və Baden vilayətlərində meşə ərazilərinin yarıya qədəri turş yağışlardan
ziyan çəkmişlər.
1980-ci ildə ağşam meşələrinin 60%-i sağlam idi. İki ildən sonra onların 98%-i məhv olmuş və ya məhv
olmaq təhlükəsi altındadır. Kanadada 300 yaşlı balzam küknarı ağacları turşulu yağışların təsirindən sıradan
çıxmışdır. Turş yağışlar şimali Appalaçda (şimali Amerikada dağ silsiləsi) qırmızı küknardan ibarət dağ
194
meşələrinin vəziyyətinin pisləşməsinə və məhvinə səbəb olmuşdur. Avropanın şimalında turşulu yağışların
təsirindən meşələrin 50%-i ziyan çəkmişdir.
Turş yağışların təsirindən torpaqda alüminiumun hərəkəti sürətlənir, bu isə bitkini qidalandıran xırda köklər
üçün zəhərli sayılır və onların 50%-ə qədəri məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, cavan
tumurcuqlar şüşə kimi kövrək olub qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur.
Turş yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da
didərgin düşür və ya məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir,
su ehtiyatı tükənir. Ən azı onu da gözləmək olar ki, məhv olmuş (qurumuş) ağaclar asidofil növlərlə (yəni
turşuluq sevən) əvəz oluna bilər. Belə növlərin tərkibi məhdud olub, əksəriyyəti – mamırlar, qıjılar və digər
alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az qiymətli
hesab olunur.
Dostları ilə paylaş: