QəRİb məMMƏdov, mahmud xəLİlov


 Turş yağışların ətraf mühitə təsiri



Yüklə 4,26 Mb.
səhifə386/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   382   383   384   385   386   387   388   389   ...   706
 

14.2. Turş yağışların ətraf mühitə təsiri  

Atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsi turşulu 

yağış adlanır. Turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və 

metallurgiya zavodları tərəfindən atmosferə kükrd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş 

yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas 

diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş

yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0 …. 14 arasını əhatə edir.  

Ümumiyyətlə, turşuluğu (pH) 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması  qəbul 

edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid (SO

2

) tərəfindən törədilir, qalan üçdə birinə isə 



azot oksidi (NO) səbəb olur. Bu oksidlər parnik (istilik) effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi 

dumanın) tərkibinə daxil olur.  

Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln. tondan artıq kükürd 2 oksid atılır, bu, 

atmosferin nəmliyi ilə reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər 

vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər. 

Belə yağışlar göl və çayları «ölü»sü hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara - balıqdan 

tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir.  

Turş yağışların əsas yayıldığı vilayətlər sənaye rayonları sayılır (Şimali Amerika, Yaponiya, Koreya, Çin, 

Rusiyanın sənaye şəhərləri), indiyə qədər məlum olan ən turş yağış Kanadada (pH=2,4) və ABŞ_ın Los-Anceles 

şəhərində (pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda turşuluq mətbəx sirkəsi tündlüyünə, 

yaxud limon şirəsi turşuluğuna bərabər olur.  

Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının nazilməsi (dağılması) kimi dünya miqyaslı problem 

yaratmasa da, onun çirkləndirici təsiri ölkənin hüdudlarından çox-çox kənarlara çıxır.  

 



 

193


 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   382   383   384   385   386   387   388   389   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin