QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 14.1. Turş yağışların baş verməsi səbəbləri və zərərli təsiri



Yüklə 4,26 Mb.
səhifə387/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   383   384   385   386   387   388   389   390   ...   706
Şəkil 14.1. Turş yağışların baş verməsi səbəbləri və zərərli təsiri 

 

Turş yağışlar və su hövzələri. Əksəriyyət çay və göllərdə suyun turşuluğu (pH) təbii halda 6 … 8 təşkil 

edir. Turş yağışların su hövzələrinə (çay, göl, su anbarı) düşməsi prosesi bir çox mərhələlər keçir, onların hər 

birində pH azala və arta bilər. Bütün canlılar pH-ın dəyişməsinə həssasdır. Odur ki, su hövzələrində turşuluğun 

artması balıq təsərrüfatına dözülməz ziyan vurur.  

Turş yağışlardan xüsusilə Kanada, Norveç, İsveç, Finlandiya, ABŞ-ın göllərində bioloji tarazlıq 

pozulmuşdur. Belə ki, İsveçdə balıq yetişdirilən 15000 göl turş yağışların mənfi təsirinə  məruz qalmışdır, 

onlardan 4 min göldə canlı həyat əlaməti tamamilə itmişdir, Kanadada 14000 göldə turşuluq yüksəkdir, onlardan 

4 mini «ölüdür», Norveçin cənub hissəsində göllərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir, burada 

tədqiq olunan 5000 göldən 1750-də balıq yoxa çıxmışdır (Potapov, 2004), Kareliyanın göllərində qızılbalıq və 

alabalığın ehtyiatı kəskin azalmışdır. İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı 

aləm məhv edilmişdir. Göl ekosistemlərində suyun turşuluğunun (pH) yüksəlməsi yalnız balıq populyasiyalarını 

deyil, həmçinin digər hidrobiontları da deqradasiyaya uğradır.  

İsveç alimlərinin tədqiqatlarına əsasən pH=6 olduqda xərçəngkimilər, ilbizlər, molyusklar; pH=5,9 olduqda 

qızılbalıq, çömçəbalığı, alabalıq; pH=5,8-də turşuluq çirklənməsinə  həssas həşəratlar, fito və zooplanktonlar

pH=5,6 olduqda – xarius (balıq) və alabalıq; pH=5,1 olduqda durna balığı  və xanıbaluq; pH=4,5-də  şimal 

qızılbalığı və angvil məhv olur. pH-ın sonrakı azalması turşuluq çirklənməsinə rezistent (davamlı) həşəratlar və 

bəzi nadir fito və zooplanktonlar qalır. Turş göllərdə ağ mamırın güclü inkişafı müşahidə olunur, bu isə həmin 

su hövzəsinin bioloji ölü olmasını göstərir. Beləliklə, pH



<6,5 olduqda neqativ nəticə özünü göstərir, pH<5 

olduqda isə «normal» həyat formaları dayanır.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   383   384   385   386   387   388   389   390   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin