QəRİb məMMƏdov, mahmud xəLİlov


Okean və dənizlərin ağır metallarla çirklənməsi



Yüklə 4,26 Mb.
səhifə486/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   482   483   484   485   486   487   488   489   ...   706
 

17.4.1. Okean və dənizlərin ağır metallarla çirklənməsi 

Aktiv antropogen təsirlər  şəraitində okean sularının ağır metallarla çirklənməsi xüsusilə  kəskin problemə 

çevrilmişdir. Sıxlığı 4,5 q/sm

3

-dən artıq olan ağır metallar qrupu dövri sistemin 30-dan çox elementini 



birləşdirir. Bu metallar (civə, qurğuşun, kadmium, sink,arsen, mis) geniş yayılıb olduqca toksiki çirkləndirici 

maddələrdir.  

XII fəsildə ağır metalların ətraf mühitdə yayılması və insan orqanizminə təsiri barədə geniş məlumat verilir. 

İndi isə yalnız bu metalların okean sularına düşməsi yolları  və canlı orqanizmlərə  təsiri haqqında qısa 

məlumatlarla tanış olacağıq. Onlardan müxtəlif sənaye sahələrində geniş istifadə edilir, odur ki, təmizləyici 

tədbirlərə baxmayaraq sənaye çirkab sularında ağır metallar və onların birləşmələrinin miqdarı xeyli yüksəkdir. 

Bu birləşmələrin böyük kütləsi okeana atmosferdən daxil olur. Dəniz biosenozları üçün civə, qurğuşun və kad-

mium daha təhlükəli sayılır, belə ki, onlar toksikliyini uzun müddət saxlayır. Məsələn, tərkibində civə olan 

birləşmələr (xüsusən metil-civə) güclü zəhər olub sinir sisteminə təsir göstərir və bütün canlılar üçün təhlükə 

yaradır.  Yuxarıda qeyd edildiyi kimi, 1950-60-cı illərdə Minomata (Yaponiya) buxtası rayonunda kütləvi 

zəhərlənmə qeydə alınmış, zəhərə yoluxmuş balıqla qidalanan 10 minlərlə insan bunun qurbanı olmuşlar, 

yoluxmanın səbəbkarı körfəz suyuna civə atan müəssisə olmuşdur.  

İldə Dünya okeanına 2 min ton qurğuşun, 20 min ton kadmium və 10 min tona qədər civə daxid olur. 

Dünya okeanının çirklənməsində atmosfer də böyük rol oynayır. Belə ki, okeana qurğuşunun 50%-ə  qədəri, 

civənin isə 30%-i atmosfer tərəfindən toplanır. Ağır metallar dəniz suyuna daxil olarkən əsasən üst pərdədə, dib 

çöküntülərində və biotada toplanır, suda isə ancaq kiçik konsentrasiyada qalır. Burada adətən 50 …. 500 mkm 

dərinliyində yerləşən üst pərdə xüsusi əhəmiyyət daşıyır. Məhz bu sahədə su ilə atmosfer arasında kütlə 

mübadiləsinin bütün tarazlıq prosesləri gedir.  

Ətraf mühitdən müxtəlif maddələrin canlı orqanizmlərdə toplanma aktivliyi uyğun əmsallarla ifadə edilir. 

Belə ki, hidrobiontların (su mühitinin sakinləri) toxumalarındakı maddələrin miqdarının suda olan maddələrin 

konsentrasiyasına nisbəti toplanma əmsalı adlanır. Məsələn, yabanı dəfnədə metil-civənin toplanma əmsalı 4 

min, planktonda qurğuşunun toplanma əmsalı 12 min, kobaltda 16 min, misinki isə 90 min təşkil edir. Ağır 

metalların böyük hissəsi dib çöküntülərində toplanır. Bu onunla təsdiqlənir ki, çöküntüdə metalların toplanması 

bir neçə dəfə çox olur.  

Müəyyən edilmişdir ki, okeanda çirklənmənin təbii neytrallaşma imkanı praktiki olaraq tükənmişdir. 

Okeanın vəziyyətinin ümumi qiyməti atmosferin vəziyyətindən daha təhlükəlidir. Bu onunla izah olunur ki, at-

mosferin çirklənmə  təsiri effektinin qiymət və  tərəddüdü bir qayda olaraq 10%-i keçmir, antropogen təsirlə 

əlaqədar okean və dənizlərdə geniş rayonlar daxilində ayrı-ayrı qruplaşmaların bioməhsuldarlığı 25 … 30% aza-

la bilər.  

Odur ki, planetimizin dəniz ərazilərinin ekoloji balansını saxlamaq üçün bu sahədə beynəlxalq əməkdaşlıq 

aparmaq vacibdir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin