sertifikatı – vəsiqəsi olmalıdır. Bu vəsiqədə gəmilərin gövdəsi, mexanizmləri və başqa təchizatının saz
vəziyyətdə olması və dənizi çirkləndirmədiyi göstərilir.
Sertifikata əsasən gəminin limana daxil olması inspeksiya tərəfindən yoxlanılır. Xüsusi rayonlarda (bura
həmçinin Baltik və Qara dəniz aiddir) tankerlərdən neftli suların dənizə axıdılması tamamilə qadağan olunur.
Bütün nəqliyyat gəmiləri atılan suları təmizləyən qurğularla təchiz olunur, tankerlər neft qalıqları dənizə
axıdılmadan yuyulur. Gəmidə çirkab, o cümlədən təsərrüfat – məişət sularını təmizləmək və zərərsizləşdirmək
üçün elektrokimyəvi qurğular yaradılmışdır.
Dostları ilə paylaş: |