263
Faydalı qazıntılara yanacaq-energetik resurslar – neft, qaz, kömür, yanar şistlər, torf, uran mədənləri və s.
daxildir (şəkil 18.3).
Mədən (filiz) resursları – dəmir və marqans filiz mədənləri, boksitlər, xromitlər, qurğuşun, sink, nikel,
volfram, molibden, qalay, antimon mədənləri, nəcib metal filiz mədəni və b.
Təbii tikinti materialları və qeyri-filiz faydalı qazıntılar – əhəng daşı, dolomit, gillər, qum, mərmər,
qranit, yəşəm daşı, miner (əqiq), süleyman daşı, korund, almaz, dağ bülluru və b.
Dağ-kimyəvi xammalı – apatitlər, fosforitlər, xörək duzu, kalium duzu, kükürd, barit, brom və yod tərkibli
məhlullar və s.
Hidromineral resurslar – yeraltı şirin və minerallaşmış sular .
Dostları ilə paylaş: