QəRİb məMMƏdov, mahmud xəLİlov


 Faydalı qazıntıların çıxarılması və



Yüklə 4,26 Mb.
səhifə498/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   494   495   496   497   498   499   500   501   ...   706
 

18.2. Faydalı qazıntıların çıxarılması və  

istifadəsinin təbii ətraf mühitə təsiri  

XX  əsrdə faydalı qazıntı yataqlarının işlənməsi litosferdə  cəmləşir, lakin əldə olunan faydalı qazıntıların 

emalı, hazırlanması prosesləri bu və ya digər dərəcədə planetimizin bütün biosfer qabığını  əhatə edir. Müasir 

şəraitdə Yerin təkindən geniş istifadə olunması mühüm geoloji proseslərin gedişini pozmuş, ilk növbədə isə 

təbii dövranda mübadilənin maddi balansının nisbətinə təsir göstərmişdir.  

Hazırda çoxlu miqdarda dağ süxuru kütləsinin, həll olmuş və uçucu maddələrin – sənaye axıntıları, tüstü və 

buxar halında, həmçinin ağır metalların yüksək konsentrasiyası şəklində təbii dövrana daxil olması dağ sənayesi 

istehsalı ilə əlaqələndirilir. Faydalı qazıntıların işlənmə məhsulları və onların emalı texnogen məhsulların təbii 

dövrana daxil olmasının  əsas mənbəyi sayılır. Belə ki, BMT-nin ekspertlərinin məlumatına görə 1976-ci ildə 

planetimizin yer təkindən faydalı qazıntıların alınması prosesində 100 milyard ton dağ süxurları kütləsi 

çıxarılmışdır. XX əsrin ilk illərində dağ mədən işlərinin miqyasının artması ilə əlaqədar dünya təsərrüfatında hər 

il 120 mlrd. tona qədər dağ süxurları  çıxarılır.  İstehsalat fəaliyyətinin litosferin kiçicik hissəsinə  təsiri cüzi 

görünsə  də, o, təbii resursların digər növmüxtəlifliyinin keyfiyyətinə  və  məhsuldarlığına olduqca ciddi təzyiq 

(təsir) edir. Ətraf mühit üçün zərərli sayılan maddələrin xeyli hissəsinin dağ-mədən müəssisələri tərəfindən 

atmosferə daxil olması hesab edilir.  

Dünya təsərrüfatlarında sənaye qurğularından hər il atmosferə 200 mln. tondan artıq toz, 100 mln. tona 

qədər kükürd anhidridi, 250 min tondan artıq qurğuşun, həmçinin sink, mis, civə  və digər toksik elementlər 

atılır. Yer səthinə müxtəlif fotokimyəvi duman («smoq»), «turşulu yağışlar» şəklində düşən toksiki elementlər 

biotaya və bütövlüklə biosferə, ilk növbədə insana, onun sağlamlığına böyük ziyan yetirir.  

 

 




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   494   495   496   497   498   499   500   501   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin