265
Şəkil 18.5. Dünya resurs istifadəsində faydalı qazıntıların xüsusi çəkisi
Sənaye tullantılarının göstərilən neqativ təsiri bununla bitmir. Texnogen məhsullar və elementlər, məsələn,
ağır metallar torpaqda, bitkidə, qida zəncirlərində toplanmaq
qabiliyyətinə malikdir, onlardan əksəriyyəti təbii
şəraitdə olduqca toksik və təhlükəli olurlar.
Son 30-40 il ərzində Dünya okeanında 2000-dən artıq neft quyusu, onlardan 1000-ə qədəri yalnız Şimal
dənizində 1964-cü ildən başlayaraq qazılmışdır. Buruqda cüzi qəza olduqda və ya qəza halları olmadıqda belə,
hər il 0,1 mln. ton neft itirilir, lakin qəza vəziyyətləri də az olmur. Qurudan neftin böyük kütləsi çaylar və ya
məişət axıntıları vasitəsilə dənizə tökülür, bu mənbədən neftlə çirklənmənin həcmi ildə 2 mln. tona çatır. Sənaye
və neft emalı zavodlarının axıntıları ilə hər il dənizə 0,5 mln. tona qədər neft axıdılır. Dənizə düşən neft onun
canlı sakinlərinə (bitki, heyvanat aləmi, mikroorqanizmlər) öldürücü təsir göstərir. Qərbi Sibirdə neft ehtiyatları
mənimsənildikdə daxili su hövzələrinin (çay, göl) neftlə çirklənməsi, xüsusilə həyəcan doğurur.
Boş süxurlar, yəni filizin işə yaramayan hissəsi laylar yaradaraq, geniş torpaq sahələrini, o cümlədən kənd
təsərrüfatı əkin sahələrini zəbt edir. Atılmış yararsız filiz laylarında külək və su eroziyası prosesləri karxanaların
yanındakı meşə (bitki) örtüyünün deqradasiyasına, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının aşağı
düşməsinə səbəb olur, dağ-mədən müəssisələri yaxınlığında yaşayan əhali üçün əlverişsiz şərait yaranır.
Bütün dünyada dağ-mədən işləri ilə pozulmuş torpaqların ümumi sahəsi 6 mln. hektarı keçir. Dağ-mədən
sənaye istehsalının kənd təsərrüfatı və meşələrə bilavasitə neqativ təsirini də bura əlavə etmək olar.
Hesablamalara görə, fəaliyyətdə olan karxanadan 35-40 km radiusunda kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığı orta səviyyə ilə müqayisədə 30% aşağı düşür.
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar yer səthinin çökməsi müşahidə olunur.
İlk dəfə faydalı qazıntılar çıxarılması ilə əlaqədar səthin çökməsi köhnə İngiltərədə müşahidə edilmişdir.
Orta Çeşirdə yerin altından duzun çıxarılmasına eramızdan əvvəl başlanmışdır. XVII əsrin sonundan isə 70-110
m dərinlikdən yeraltı üsulla duzun iri istehsalına başlandı. Duz istehsal olunan ərazidə səthin ilk dəfə çökməsi
(batması) 1880, sonralar isə 1893 və 1912-ci ildə baş verdi. Bunun nəticəsində diametri 3 km-ə yaxın ərazidə
yer deformasiyaya uğradı, oranı su basaraq istifadə üçün yararsız hala düşdü. Burada torpağn üstündəki su
boruları parçalandı, kanallar və dəmiryolu kommunikasiyası dağıldı, evlər zədələndi.
Uzun illər Parisdə evlər və kilsələrin tikilməsi üçün şəhərin altından əhəng çıxarılmışdır. Əgər XVII əsrin
sonunda şəhər küçələrinin altından daş istehsalı dayandırılmasaydı, şübhəsiz, Paris şəhəri «batıb» dağılmışdı.
İnsanın aktiv fəaliyyəti (karxanalar, şaxtalar, yeraltı anbarlar, mülki və hidrotexniki obyektlər, zibilxanalar
və s.) litosferdə əsasən üst bir neçə 10 metrlikdə aparılır, lakin tək-tək xüsusi dərin karxanalar, şaxtalar və
quyular da mövcuddur.
Dünyada mis istehsal olunan ən dərin karxana ABŞ-da Yuta ştatında Binqem Kenyondadır. Karxananın
dərinliyi 774 m, sahəsi 7,2 km
2
, karxanadan çıxarılan qruntun kütləsi 3,4 mlrd. ton təşkil edir Rusiyada Uralda
Korkin kəsiyində karxananın dərinliyi 520 metrdir.
Ayrı-ayrı şaxtaların dərinliyi 4 km təşkil edir. Buruq quyularının dərinliyi də bir neçə min metrə çatır,
dünyada ən dərin quyu (15 km) Kola yarımadasında layihələşdirilmişdir.
Daş-kömür, dəmir və digər metalların külçələri, tikinti materialları və digər faydalı qazıntıların karxanaları
bütün kontinentlərdə yayılmışdır. Bütün dünyada litosferin üst qatından il ərzində 1000 milyard tondan çox
mineral xammal çıxarılır və emal olunur. Ağır sənayenin 90%-ə qədərini təmin edən 400 növə yaxın faydalı
266
qazıntılar çıxarılır.
Litosferdən çıxarılan materialların 98%-ə qədəri yararsız olub atılır, yalnız 2%-ə qədəri işlədilir. Beləliklə,
litosferin üst qatında materialların həddindən çox antropogen qarışdırılması aparılır. Bu isə həm bütövlükdə
ekosferə, həm də onun ayrı-ayrı hissələrinə güclü dərəcədə toxunur. Faydalı qazıntıların çıxarılması həmçinin
Yer qabığının geokimyəvi tərkibini dəyişdirir.
Dağ-mədən sənayesinin ətraf mühitə neqativ təsiri çox müxtəlif və böyükdür. Bu, ictimai istehsalın iqtisadi
effektliyində, həmçinin digər təbii resurs mənbələrinin keyfiyyətində öz əksini tapır.
Son illər ətraf mühitin mühafizəsi sahəsində çalışan bir sıra mütəxəssislər dağ-mədən sənayesinin təsirini
kompleks şəkildə qiymətləndirməyə cəhd göstərmişlər. Bu məqsədlə dağ-mədən işləri nəticəsində təbii mühit
elementlərinin pozulması və onun səbəblərini əks etdirən keyfiyyət təsnifatları tərtib edilmişdir. Belə
təsnifatlardan birini V.N.Mosines, M.V.Qryaznov (1978) öz işində irəli sürür (cədvəl 18.1).
Dostları ilə paylaş: