18.3. Dağ süxurlarına və massivlərinə təsir
İnsanın mühəndis – təsərrüfat fəaliyyəti prosesləri zamanı yer qabığının üst hissəsini təşkil edən dağ
süxurları bu və ya digər dərəcədə sıxılma, dartılma, yerini dəyişmə, rütubətlə doyma, quruma, vibrasiya və digər
təsirlərə məruz qalır.
Müxtəlif təsirlər zamanı baş verən dəyişikliklər diqqətlə öyrənilir. Bu, ekoloji vəziyyətə neqativ təsir
göstərə biləcək təhlükəli geoloji proseslərin inkişafını proqnozlaşdırmaq üçün vacibdir.
Dağ süxurlarına əsas antropogen təsirlərə aşağıdakılar aiddir: statik və dinamik yük, istilik təsiri, elektrik
təsiri və s.
Dostları ilə paylaş: |