Dinamik yük. Nəqliyyat, zərbə və vibrasiya tikinti maşınlarının, zavod mexanizmlərinin və s. işində
vibrasiya, zərbə, təkan və digər dinamiki yüklər səciyyəvidir. Yumşaq, bərkiməmiş süxurlar (qum, su ilə
doymuş löslər, torf və b.) titrəyişə daha həssasdır. Bu süxurların zərbə zamanı davamlığı aşağı düşür, sıxılır,
struktur əlaqəsi pozulur, qəflətən sıyıqlaşıb sürüşmə, uçqun, axar tullantı və digər əlverişsiz proseslərin əmələ
gəlməsinə səbəb ola bilər.
Dinamiki yükün digər növü zəlzələ təsirinə bənzər partlayışlar hesab olunur. Avtomobil, dəmir yolu,
hidrotexniki qurğular tikintisində, faydalı qazıntılar çıxarıldıqda və s. işlərdə dağ süxurları partlayış üsulu ilə
dağıdılır. Əksər halda partalyış təbii tarazlığın pozulması ilə müşayiət olunub sürüşmə, uçqun əmələ gətirir.
İstilik təsiri. Dağ süxurlarında temperaturun yüksəlməsi kömürün yeraltı qazlaşdırılması, domna və marten
sobalarının əsasında və s. baş verir. Bir sıra hallarda süxurun temperaturu 40-50
0
C, bəzən isə 100
0
C və daha
yuxarı qalxır (domna peçlərində). Kömürün yeraltı qazlaşdırılması zonada 1000-1600
0
C temperaturda süxurlar
bişir, «daşlaşır», öz ilkin xassələrini itirir.
Digər təsir növlərində olduğu kimi, antropogen istilik axını yalnız dağ süxurlarının vəziyyətinə deyil, həm
də ətraf təbii mühitin komponentlərinə təsir göstərir: torpaq, yeraltı sular, bitki örtüyü də dəyişir.
Elektrik təsiri. Dağ süxurlarında yaranan süni elektrik sahəsi (elektriklə işləyən nəqliyyat, elektrik ötürücü
xətləri və s.) dəyişən elektrik cərəyanı və sahəsi yaradır. Bu, əsasən elektrik enerji mənbələri sıx yerləşən şəhər
ərazilərində müşahidə edilir. Bu zaman süxurların elektrik keçiriciliyi, elektrikə davamlığı və digər xassələri
dəyişir.
Dostları ilə paylaş: |