XVIII FƏSİL
LİTOSFERƏ ANTROPOGEN TƏSİR
Yer Planetinin bərk hissəsinin əsas kütləsi Yerin nüvəsi (mərkəzi), mantiyası və Yerin qabığından ibarətdir.
Daxili nüvənin radiusu 1250 km, Yerin həcminin 0,7%, kütləsinin 1,2%-ni təşkil edir. Onun bərk cisim olub
ərimə vəziyyətinə yaxın olduğu ehtimal edilir. Nüvənin xarici (kənar) qatı 2900-500 km dərinlikdə yerləşib
bütün Yerin həcminin 15,2%, kütləsinin 29,8%-ni tutur. Onun ərimiş-maye halında olması güman edilir, Yer
nüvəsinin temperaturu 5000
0
-yə, sıxlığı 12,5 tm
3
-a yaxındır.
Yerin mantiyası Yer qabığı ilə yerin nüvəsi arasındakı təbəqədir, onun aşağı sərhədi təxminən 2900 km
dərinlikdə yerləşir, qalınlığı 2 min km-ə yaxındır, əsasən maqnezium və dəmir, ağır metallardan ibarətdir.
Yuxarı mantiyanı 60-25 km dərinlikdə ərimiş hala yaxın bazalt təşkil edir. 500 km dərinlikdə temperaturu
1500
0
, 2900 km dərinlikdə təzyiq 1,35 milyon kqsm
2
bərabərdir.
Yerin qabığı onun xarici bərk qatına deyilir. Üstdən atmosfer və hidrosferlə, altdan seysmik məlumatlarla
müəyyənləşdirilmiş daha sıx ultraəsaslı substratla (Moxoriviçiç səthi ilə) hüdudlanır. Materikdə yer qabığının
qalınlığı adətən 35-45 km, dağlıq ərazilərdə 75 km-ə qədərdir. Okeanda Yer qabığının qalınlığı 5-10 km-dir (su
qatı ilə birlikdə 9-12 km). Yer qabığının orta sıxlığı 2,8 q sm
3
-dir, onun kütləsi Yerin bütün kütəsinin 0,8%-ni
təşkil edir.
Yer qabığında yuxarıdan aşağı üç qat ayrılır: çökmə, qranit və bazalt qatları. Yuxarı qatda gillər, gil şistləri,
qumlucalar, karbonatlı və vulkanik süxurlar üstünlük təşkil edir. Çökmə qatının qalınlığı çökəkliklərdə 20-25
km, kristallik şistlərdə (qalxanlarda) isə parktiki olaraq sıfıra qədər ola bilər. Yer qabığının orta qatı öz
xassələrinə görə qranitə yaxındır (qranitlər,qneyslər, qranodioritlər, dioritlər, kristallik şistlər, amfibolitlər). Bu
qat okeanlarda olmur, kontinentlərdə isə onun qalınlığı bir neçə on kilometrlərə çatır. Bazalt qatı kristallik
süxurlardan təşkil olunub qranit qatına nisbətən sıx (bərk) olur. Okeanın altında onun qalınlığı 2-7 km,
kontinetlərin altında isə 15-40 km-ə çatır.
Yer qabığının quruluşu olduqca müxtəlifdir, lakin əsas 2 qabıq tipi ayrılır: kontinental və okean. Kontinen-
tal qabığın tipik kəsiyində yuxarıda orta qalınlığı 3 km, sıxlığı 2,5 qsm
3
olan çökmə süxurlar yerləşir. Daha
dərində orta dərinliyi 17 km, sıxlığı 2,6-2,8 qsm
3
olan qranit – metamorfik qatı yerləşir, onun altında isə orta
dərinliyi 15 km və sıxlığı 2,9-3,3 qsm
3
olan bazalt qatı yerləşir. Okean qabığının tipik kəsiyində yumşaq
çöküntülərin orta qalınlığı 0,7 km təşkil edir, bu qat bilavasitə bazaltın üstündə yerləşir.
|