QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 4,26 Mb.
səhifə485/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   481   482   483   484   485   486   487   488   ...   706
1. Dəniz – hərbi gəmilər, müxtəlif təyinatlı gəmilər və dəniz mühitində istismar edilən digər qurğular, boru 

kəmərləri, dəniz dibi və təkinin təbii resurslarının kəşfiyyatı və çıxarılması; 



2.  Yerüstü – çaylar, göllər və digər su sistemləri, çirkləndirici maddələr -qrunt sularından, həmçinin 

müxtəlif sahil obyektlərindən axıdılan çirkab və  qızdırılmış sulardan, basdırılmış radioaktiv tullantılardan və 

digər xüsusi zərərli maddələrdən daxil olur;   

3. Atmosfer – atmosferə  zərərli qazşəkilli tullantılar buraxan müxtəlif sənaye müəssisələri, nəqliyyat 

vasitələri və digər obyektlər. 

Sahil zonadan dənizə çirkab sularının axıdılması ciddi problem sayılır.  Əsas çirkləndiricilər  patogen 

mikroorqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri, sintetik üzvi maddələr, ağır metallar, neft 

məhsulları, çayların çirkli asılı gətirmələri hesab olunur. Çirklənmənin əsas nəticələrindən yoluxucu xəstəliklər, 

sahil sularının evtrofikasiyası, oksigen çatışmazlığı, müxtəlif kimyəvi maddələrin insana və  təbiətə toksiki 

təsirini göstərmək olar. Məsələn, 50-ci illərdə Yaponiyada Manamatı körfəzinin sahillərində Kunsun adasında 

insanlarda ağır xəstəliklər müşahidə olunur – onların böyrəkləri zədələnmiş,  əsəb və qan sistemləri 

pozulmuşdur. Tədqiqatlar göstərdi ki, insanlar körfəzdən tutulan tərkibində çoxlu miqdarda qurğuşun olan 

balıq və molyusklarla qidalanmışlar. Körfəzə qurğuşun birləşmələri sahildə yerləşən kimya zavodlarından daxil 

olmuşdur (Tisso kimya kombinatı).  

Fransa tədqiqatçıları müəyyən etmişlər ki, Atlantik okeanının dibi qurudan gətirilən qurğuşunla sahildən 




 

254


160 km məsafədə 1610 m dərinlikdə çirklənməyə  məruz qalmışdır. Dib çöküntülərinin üst qatlarında 

qurğuşunun qatılığının daha çox olması onun uzun müddətli təbii proseslərin deyil, məhz insan fəaliyyətinin 

nəticəsi olmasını təsdiq edir.  

Çay suları vasitəsilə okeana daxil olan patogen mikroorqanizmlər sahil zonası  şəraitində asan adaptasiya 

olunaraq orada yaşayır. Bu mikroorqanizmlər dəniz məhsullarında toplanaraq insanların kütləvi xəstəliyə 

tutulmasına səbəb olur.  

Dənizləri, xüsusən sahilyanı zonanın çirkab təmizləyən qurğuların və  gəmilərin təsərrüfat – məişət 

çirkabları da çirkləndirir. Gəmiçiliyin inkişafı ilə əlaqədar olaraq onların miqdarı da artır.  

1950-1992-ci illərdə Sovet İttifaqı tərəfindən Buzlu Şimal okeanı sularında aktivliyi cəmi 2,5 milyon kyürü 

olan nüvə tullantıları, 15 reaktor, «Lenin» atom buzqıranının quraşdırılması, 13 qəzaya uğramış sualtı gəmilərin 

reaktorları basdırılmışdır.  

Böyük Britaniya tərəfindən İrlandiya dənizində, Fransa tərəfindən isə Şimal dənizində radioaktiv tullantılar 

basdırıldı. Buradan çirkləndiricilər Barens dənizinə keçir.  

- Dünya okeanı fiziki çirklənməyə  də (radioaktiv və istilik çirklənməsinə) məruz qalır. Radioaktiv 

məhsullar okeana nüvə silahlarının sınaqdan keçirildiyi, həcminin xüsusi kanteynerlərdə radioaktiv tullantıların 

atılması və onların zədələnməsi zamanı baş verərək suda olduqca geniş əraziləri əhatə edir. Mikroneziyada 50-ci 

illərdə 50-dən artıq nüvə partlayışı keçirilmişdir. Minə yaxın ada öldürücü radiasiya təsirinə məruz qalmışdır.  

Okeanın istilik çirklənməsi də  təhlükəlidir. Elektrik stansiyaları  və digər mənbələrdən atılan isti sular 

sahilyanı ekosistemlərin ekoloji tarazlığını ciddi surətdə pozur. Alimlərin hesablamalarına görə  hər 8-10 il 

müddətində okeana atılan suların miqdarı iki dəfə artır.    

- Okeanın  ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft məhsulları hesab olunur. BMT-nin məlumatına 

görə hər il dəniz və okeanlara 6 … 10 milyon ton neft daxil olur. Sular ən çox tankerlər və sualtı qazma işləri 

zamanı neftin sızması  nəticəsində çirklənir. Dünya okeanının antropogen çirklənməsinin təxminən yarısı 

gəmiçiliyin payına düşür. Hazırda okeanlarda yükgötürmə qabiliyyəti 200-dən 700 min tona qədər olan 230 

gəmi üzür. Onlar Dünya okeanına böyük potensial təhlükə yaradır.  

1973-1984-cü illər arasında ABŞ-da  ətraf mühitin qorunması  və energetika institutu suyun neftlə 

çirklənməsinin 12000 hadisəsini qeydə almışdır. 1977-ci ildə axıdılan neftin ümumi miqdarı 8,2 milyon hallon 

(1 hallon 3,8 litrdir), 1985-ci ildə isə 21,5 milyon ton təşkil etmişdir. 1970-1982-ci illər ərzində dünyada 169 

böyük tanker qəzası və 17000 2-ci dərəcəli neftin axması qeydə alınmışdır.  

Ən böyük ekoloji fəlakət gəmilərin qəzası zamanı tankerlərdən axan neftlə  əlaqədardır. «Amoko-Kadis» 

tankerinin Fransanın sahilləri yanında batması  nəticəsində 220 min ton neft okeana buraxılmasıdır (1978-ci 

ildə).  


1989-cu ildə «Ekson-Valdes» tankerinin yolundan çıxması zamanı Alyaskada Prins-Uilliam körfəzində 

deşilməsi nəticəsində 39 min ton neft axmış və 550 km sahilyanı ərazinin çirklənməsinə səbəb olmuşdur.  

«Naxodka» adlı Rusiya tankeri Yapon dənizində 1997-ci il yanvarın 2-də fırtına zamanı parçalanıb suyun 

dibinə batdı. Dənizə 5 min ton mazut tökülərək Yaponiyanın baş adası sayılan Xonsyunun sahil ərazisinin 

böyük hissəsinin çirklənməsinə  səbəb oldu. Balıq və digər dəniz məhsullarına olduqca böyük ziyan dəydi, 

Yaponiyanın mühüm istirahət zonasının çimərlikləri çirklənməyə  məruz qaldı. Qeyd etmək lazımdır ki, belə 

qəzalar hər il dəfələrlə baş verir.  

 

Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan 



yetirir. Yalnız 1 ton neft dənizin 12 km

2

 sahəsini örtür. Suyun səthində neft pərdəsi (təbəqəsi) bütün fiziki-



kimyəvi prosesləri dəyişir: suyun səthinin temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və ya 

məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlılara ziyan verir.  

Neft və neft məhsulları bütün canlı orqanizmlərə  və bioloji zəncirin bütün həlqələrinə öldürücü təsir 

göstərir. Dəniz və okeanların səthindəki neft pərdəsi okean və atmosfer arasında olan enerji, istilik, rütubətlik və 

qaz mübadiləsini poza bilər. Son nəticədə okeanın səthindəki neft təbəqəsi okeanda fiziki-kimyəvi və hidroloji 

şəraitə, həm də Yerin iqliminə və atmosferdəki oksigen balansına təsir göstərə bilər.  

Neftlə çirklənmə  dənizlərin bioloji tarazlığına böyük zərbə vurur. Neft ləkələri günəş  şüalarını buraxmır, 

suda oksigenin dəyişməsini ləngidir. Bunun nəticəsində  dənizdə yaşayan canlıların  əsas qida məhsulu olan 

planktonun çoxalmasını dayandırır.  

Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksəriyyət hallarda balıqların, dəniz quşlarının 

ölümünə  səbəb olur, dəniz heyvanlarının  ətinin dad keyfiyyətinə  mənfi təsir göstərir.  Əgər mayalanmış balıq 

kürüsünü olduqca az qatılıqlı neft məhsulları olan akvariuma yerləşdirsək, onların rüşeymlərinin (embrionlar) 

çoxusu məhv olacaq, salamat qalanları isə eybəcər şəkil alacaqdır.  



 

255


Okean suyunun səthində neftin olduqca nazik qatı tozsoranın süzgəci kimi bir çox çirkləndirici maddələri 

özündə tutub saxlayır. neft pərdəsində pestisidlər, ağır metalların ionları – toksikantlar toplanaraq canlıların 

həyatına böyük təhlükə yaradır.  

- Dünyada pestisidlərin istehsalı ildə 200 min tona çatır. Onların nisbətən kimyəvi davamlılığı, həmçinin 

yayılma xarakteri böyük həcmdə  dəniz və okeanlara daxil olmasına  şərait yaratmışdır. Suda daim xlor üzvi 

maddələrin toplanması insanların həyatı üçün ciddi təhlükə yaradır.  

Pestisidlər Baltik, Şimal,  İrlandiya dənizlərinin müxtəlif rayonlarında, Biskay körfəzində,  İngiltərə, 

İslandiya, Portuqaliya və  İspaniyanın qərb sahillərində  aşkar edilmişdir. DDT və heksaxloran Antarktidada 

istifadə edilmədiyinə baxmayaraq çoxlu miqdarda suitilərin və Antarktika pinqvinlərinin qaraciyər və piylərində 

tapılmışdır. DDT və digər xlor üzvi maddələr atmosfer havasının asılı kalloid hissəciklərində toplana və ya 

aerozolların damla hissəcikləri ilə birləşərək uzaq məsafələrə aparıla bilər. Bu maddələrin Antarktidada aşkar 

olunması ABŞ və Kanadada onların intensiv istifadə edilməsi ilə əlaqədar okeanın çirklənməsidir. Okean suları 

vasitəsilə zəhərli kimyəvi maddələr Antarktidaya qədər gəlib çatır.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   481   482   483   484   485   486   487   488   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin