19.4. Azərbaycanda bioloji müxtəlifliyin qorunması problemi
Bioloji müxtəlifliyinə görə Azərbaycan dünyada özünəməxsus görkəmli yerlərdən birini tutub, burada
zəngin bitki və heyvan növləri cəmlənmişdir. Müasir Azərbaycan faunası 18000 canlıdan ibarət olub
məməlilərin 97 növünü əhatə edir, bunlar 7 dəstəyə, 22 ailəyə və 39 cinsə daxildir. Təkcə onurğalılar
faunamızda 700 növlə təmsil olunmuşdur (Yusifov, 2002) «Qırmızı Kitab»a yarasaların 3, yırtıcıların 7 və
dırnaqlıların 4 növü daxil edilmişdir. Azərbaycanın Qırmızı kitabına daxil edilən məməlilərdən ceyran, bəbir,
sarıma (safsar), zolaqlı kaftar və vaşağı göstərmək olar.
Respublikanın quş faunası 357 növ və yarımnövü əhatə edən 17 dəstəni təmsil edir. Qırmızı kitaba 9
dəstəyə aid olan 36 növ daxil edilmişdir: yırtıcıların 11, toyuqkimilərin 5, yastıdimdiklərin 4, göyərçinkimilərin
1, durnakimilərin 4, sərçəkimilərin 3, leyləkkimilərin 3, kürəkayaqlıların 2 növü. Adları Qırmızı kitaba salınmış
quşlardan sultan toyuğu, turac, çöl qartalı, talış qırqovulu, şahin. qəşəng dovdaq, ağquyruq qartal, qu quşu,
qıvrımlələk qutan, qırmızıdöş qaz, ərsindimdik, mərmər cürə və s. göstərmək olar.
Azərbaycanın su hövzələrində balıqların 10 dəstəyə, 16 ailəyə aid olan 100-ə yaxın növ və yarımnövü
yaşayır. Onların üçdə biri ancaq dəniz həyat tərzi keçirir, qalan hissəsi isə şirin su hövzələrində yaşayır.
Azərbaycanın Qırmızı kitabına 5 növ daxil edilmişdir: qızılxallı, ilanbalığı, poru, qılıncbalıq və dəniz sıfı, amfi-
biya və reptillərin 67 növ və yarımnövü respublikamızda yaşayır. Qırmızı kitaba 13 növ və yarımnöv daxil
edilmişdir. Onlardan kiçik asiya gürzəsi, eskulap ilanı, adi triton, qafqaz xaçlıçası, girdəbaş yovşanlıq
kərtənkələsi, aralıq dənizi tısbağasını göstərmək olar.
Azərbaycanın həşəratlar aləmi son dərəcə zəngin olub 25 minə yaxın növü əhatə edir. Qırmızı kitaba 40 növ
pulcuqlu qanadlılar, sərtqanadlılar və pərdəqanadlılar dəstəsinin nümayəndələri daxil edilmişdir.
Adı Azərbaycanın «Qırmızı kitabı»na salınmış kəpənəklərdən şərqi aleksandra yelkincəyi, şəfəqsaçan, talış
brameyası, avronina sarıcası, apollon, tamara alacası, nurduman apollonu, alp sarıcası, kəlləşəkilli haf, alp satiri,
iri tənək hafı, talış məxməri kəpənəyi, kürd sarıcası, ioniya bərqvuranı və hilatanı; əsl arı və böcəklərdən isə
porçinski zolaqlı arı, dağıstan zolaqlı arı, Mlokoseviç zolaqlı arı, fars zolaqlı arı, alp rozaliyası, Skovits
uzunbığı, qırmızı talış qaçağanı, qafqaz ilbizyeyən fısqırdanı, qəşəng böcək, fərat çapağanı, Solomon
qızılböcəyi və palıd diserkasını göstərmək olar.
Tədqiqatçıların məlumatına görə respublikamızın florasında 4200 bitki növü məlumdur, onun 370-i
Dostları ilə paylaş: |