Azərbaycan Respublikası ərazisində demək olar ki, bitki örtüyünün bütün tiplərinə – qədim meşə borealı,
səhra, kserofit, bozqır, Qafqaz və adventiv bitki örtüyünə təsadüf edilir. Qədim meşə borealı florasına Talışda,
Kiçik və Böyük Qafqaz dağlarında, kserofil və Qafqaz bitki tiplərinə və sırf boreal bitki tipinə isə
respublikamızın bütün bölgələrində təsadüf edilir. Səhra bitki örtüyü əsasən Kür-Araz ovalığı və Abşeron
yarımadası üçün səciyyəvidir. Göstərilən bitki tipləri bir çox bitki qruplaşmaları əmələ gətirir.
Azərbaycanın ayrı-ayrı coğrafi landşaft bölgələrinin flora zənginliyi müxtəlifdir. Naxçıvan MR-in ərazisi
bitki növləri ilə daha zəngindir. Buranın bitki növləri respublika florasının 43%-ni təşkil edir. Quba-Qusar dağ
massivinin bitki növləri floramızdakı bitki növlərinin 40%-ni, Kiçik Qafqazın mərkəzi dağlıq hissəsi 34,5%-ni,
Böyük Qafqazın şərq massivi 29,4%-ni, Talışın dağlıq hissəsi 27%-ni təşkil edir. Kiçik Qafqazın şimal
yamacında bitki növləri nisbətən azdır. Kiçik Qafqazın dağlıq hissəsinin aşağı dağətəyi massivi, Böyük
Qafqazın dağlıq massivinin qərb hissəsi, Kür-Araz ovalığı florası orta dərəcədə (23-26%) bitki növləri ilə
zəngindir. Kür düzənliyi, Abşeron yarımadası, Qobustan, Samur-Dəvəçi florasında bitki növləri azdır (Prilipko,
Azərbaycanın yabanı dendroflorasında 460-a yaxın ağac və kol növünə təsadüf olunur ki, bu da respublika
florasındakı bitki növlərinin 11%-ni təşkil edir. Onların 70-i endem növü olub respublikamızdan kənarda bitmir.
Azərbaycan florasında üçüncü dövrə aid olan relikt ağac və kollar bitir. Onlardan eldar şamı, dəmirağac, ipək
akasiyası, xəzərlələyi və b. göstərmək olar. Nadir və kökü kəsilmək təhlükəsi altında olan bir çox ağac və kol
növləri Azərbaycanın Qırmızı kitabına daxil edilmişdir. Onlara ipək akasiyası, Xəzər lələyi, budaqlı danaya,
303
dəmirağac, qarmaqvari şam, aptek dəfnəgilası, hirkan ənciri, qanadmeyvə yalanqoz, adi şabalıd, radde tozağacı,
sarı rododendron, qafqaz rododendronu aiddir.
Azərbaycan florasına müxtəlif dərman, efiryağlı, dekorativ, meyvə, texniki və digər faydalı bitkilər daxildir.
Təəssüflə qeyd etmək lazımdır ki, insanın uzunmüddətli düşünülməz təsərrüfat fəaliyyəti nəticəsində
respublikamızın bitki örtüyünün bioloji müxtəlifliyi deqradasiyaya məruz qalmış, dəyişilmiş, kasatlaşmış,
azalmış, bəzən məhv edilmişdir.
Bitki örtüyünün bioloji müxtəlifliyinin pozulması və ya məhv edilməsi ilə əlaqədar respublikamızın bəzi
regionlarında müasir bitki örtüyünün BM-i müasir iqlimə uyğun gəlmir. Bunu aşağıdakı misallarla izah etməyə
çalışaq.
Kiçik Qafqazın şimal yamacında vaxtilə məhsuldar iberiya palıdı meşələri yayılan aşağı dağ-meşə
qurşağının yerində hazırda çox yerdə kserofil qaratikan kolu üstünlük təşkil edən müxtəlif şiblək qruplaşmaları
formalaşmışdır. Bunun əsas səbəbi oradakı palıdlıqların məhv edilməsi, ərazinin kənd təsərrüfatı bitkiləri altında
və örüş kimi istifadə olunmasıdır (şəkil 19.3, 19.4). Meşəsizləşdirilmiş ərazilər yamacların baxarından və
meylliyindən asılı olaraq bu və ya digər dərəcədə eroziyaya uğramışdır. Belə sahələrdə antropogen təzyiq
dayandırılarsa, ilkin BM-in bərpası prosesi konkret sahədə BM-in pozulma dərəcəsindən, onun fiziki-coğrafi
yerləşməsindən (dəniz səviyyəsindən yüksəkliyindən, yamacın cəhəti və dikliyindən), torpağın pozulma
dərəcəsindən və s.-dən asılıdır.Məs. meşəsizləşdirilmiş dik yamaclarda palıd meşələrinin yerində formalaşan
ikinci dərəcəli ağac cinslərindən (əsasən dəmirqara) ibarət ağaclıqarı mal-qaradan mühafizə etmək yolu ilə
tədricən ilkin palıd meşəsini bərpa etmək olsa da, onun BM-ni olduğu kimi qaytarmaq mümkün deyildir.
Qaratikan üstünlük təşkil edən güclü dərəcədə eroziyaya məruz qalmış sahələrdə biosenoz (bitki növləri,
heyvanat aləmi, mikroorqanizmlər) tamamilə pozulduğundan, biotop (torpaq) itirildiyindən ilkin BM-i
(məhsuldar palıd meşələrini) bərpa etmək qeyri-mümkündür. Belə sahələrdə yerli ağac növlərinin əkini yaxşı
nəticə vermir, burada mövcud biotopa uyğun ağac növlərinin (eldar şamı, Krım şamı, saqqızağac, ardıc,
söyüdyarpaq armud) becərilməsi məqsədə uyğundur.
Meşə ekosistemlərinin BM-nin intensiv deqradasiyası və məhv edilməsi respublikamızın bütün düzən
regionlarında Kür-Araz ovalığı, Samur-Dəvəçi düzənliyi, Qanıx-Həftaran vadisi və Lənkəran ovalığında baş
vermişdir. Bu ərazilərdə meşələr məhv edilərək kənd təsərrüfatı sahələri və meyvə bağları (aqrosenozlar) və ya
seliteb landşaftlarla əvəz olunmuşdur (şəkil 19.5).
Respublikanın bütün dağ sistemlərinin yüksək dağlıq zonasında subalp meşələri məhv edilmiş, ora
uzunmüddətli intensiv yay otlaqları kimi istifadə olunduğundan meşənin yuxarı sərhədi 400-1000 m aşağı
salınmış, nəticədə burada üstünlük təşkil edən tozağac, şərq palıdı və trautvetter ağcaqayını ağaclıqlarının BM
tamamilə məhv edilmişdir. Onların BM-in antropogen seriyalarına yalnız dik qayalı yamaclarda təsadüf etmək
olar (şəkil 19.6).
Qoruqlar, yasaqlıqlar və milli parklar bioloji müxtəlifiyin qorunmasında mühüm rol oynayır. Lakin
təəssüflə qeyd etmək lazımdır ki, respublikamızdakı xüsusi mühafizə olunan ərazilərdə təbii ehtiyatlar lazımi
səviyyədə qorunmur. Qoruq, Milli park və yasaqlıq ərazilərində qanunsuz kəsilən ağaclara tez-tez rast gəlinir.
Göygöl, Zaqatala, İlisu, İsmayıllı qoruqlarında meşənin yuxarı sərhədi yay otlaqları kimi istifadə olunur.
Qarayazı, Türyançay, Pirqulu qoruqlarında, həmçinin şəhər, qəsəbəətrafı yaşıl zonalarda, Yalama Milli Parkı
meşə sahəsində isə ilboyu mal-qara otarılır. Bunun nəticəsində meşə ekosistemlərinin bioloji müxtəlifliyi bu və
ya digər dərəcədə deqradasiyaya uğramışdır.
Vəhşi heyvanların yaşayış yerlərinin transformasiyası əsasən meşə örtüynün məhv edilməsi, meşə
ekosistemlərinin BM-nin deqradasiyası və aqrosenozlarla əvəz edilməsi ilə əlaqədardır. Belə yerlərdə heyvanat
aləminin BM-nin deqradasiyası onların yaşayış yerlərinin (stasiyalarının) – yuvalarının, qışlama və çoxalma
yerlərinin azalması ilə bağlıdır.
Fermer təsərrüfatlarının artması ilə əlaqədar şum sahələrinin genişlənməsi müşahidə olunur. Bu zaman hey-
vanat aləminin sonuncu qoruyucu stasiyaları yoxa çıxır, gəmiricilər, həşəratlar artır, onların (ziyanvericilərin)
«partlayışı» nəticəsində kənd təsərrüfatı və meşə təsərrüfatına böyük ziyan dəyir.
Azərbaycan Respublikasında BM-in qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət
Planı Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 24 mart tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Bura
aşağıdakılar daxildir: