Duz rejimi. Su sakinlərinin əksəriyyəti poykilosmotik olub onların bədənində osmos təzyiqi ətraf sudakı
duzluluq dərəcəsindən asılıdır. Odur ki, hidrobiontların duzluluq balansını saxlamaq üçün onlara duzluluq
dərəcəsi münasib olmayan yerdən uzaqlaşmaq əsas üsul sayılır. Şirinsulu formalar dənizlərdə, dəniz formaları
isə şirin sularda yaşaya bilmir. Suyun duzluluq dərəcəsi dəyişməyə məruz qaldıqda heyvanlar özlərinə əlverişli
mühit axtarırlar. Məsələn, suyun səthi güclü yağışlardan sonra duzluluğu azaldığından dəniz kiçik xərçəngləri
(Calanus və b.) 100 m-ə qədər dərinliyə enirlər. Suda yaşayan onurğalı heyvanlar, iri xərçənglər, həşəratlar və
onların sürfələri homoyosmotik növlərə aid edilir, onlar suda duzların qatılığından asılı olmayaraq daima
bədənlərində osmos təzyiqini saxlayırlar.
Qeyd edildiyi kimi, şirinsulu növlərin bədənlərindəki şirələr ətraf mühitə görə hiportonikdirlər. İzafi
suyun qarşısının alınması üçün müqavimət göstərilməsə və ya bədəndən artıq su xaric edilməsə onları təhlükə
gözləyir. İbtidailərdə izafi suyun kənarlaşdırılması ayırma vakuellərin fəaliyyəti ilə, çoxhüceyrəlilərdə isə artıq
suyun çıxarılması ayırma sistemləri vasitəsilə yerinə yetirilir. Bəzi infuzorlar hər 2-2,5 dəqiqədən bir öz
bədəndəri çəkisində suyu xaric edir.
Ümumiyyətlə, su sakinləri arasında həm şirin, həm də duzlu suda aktiv vəziyyətdə yaşayan evriqalın
növlər azdır. Onlar əsasən çayların estuarilərində, limanlarda və digər azduzlu su hövzələrində məskunlaşır.
Dostları ilə paylaş: |