Oksigen rejimi. Oksigenlə doymuş suda onun miqdarı 1 litrdə 10 ml təşkil edir. Bu atmosferdə olan
oksigendən 21 dəfə azdır. Odur ki, hidrobiontların tənəffüsü çətinləşir. İlk suda yaşayanlar və suyun altında olan
bitkilər tənəffüs üçün suda həll olmuş oksigeni ya bütün bədənlərinin səthi ilə, yaxud da xüsusi tənəffüs
orqanları vasitəsilə alır. Oksigenin suda həll olmasına temperatur da təsir göstərir (cədvəl 2.1.).
Cədvəl 2.1.
Müxtəlif temperaturlarda suda həll olan
oksigenin miqdarı, ml/l
(A.Krogh, 1941)
Temperatur, dərəcə
Şirin su
Dəniz suyu
0 10,29
7,97
10 8,02
6,35
15 7,22
5,79
20 6,57
5,31
30 5,57
4,46
Suda oksigenin miqdarına ekoloji faktorlar da təsir göstərir. Belə ki, suyun qarışması (fırtına, dalğa, tez
axın, şəlalə və s.) səthinin hava ilə təmasda olmasını artıraraq suda oksigenin artmasına səbəb olur. Tam sakit
havada qapalı axmaz su hövzələrində suda oksigenin həll olması yavaşıyır. Yaşıl bitkilər suda oksigenin
çoxalmasına səbəb olur, ölü bitki qalıqlarının, lilin toplanması isə üzvi maddələrin parçalanması ilə əlaqədar
suyu oksigenlə kasatlaşdırır. Bu, xüsusilə yüksək temperaturda daha çox təzahür olunur. Belə şəraitdə
parçalanma (çürümə) prosesləri tezləşir, oksigenin həll olması isə zəifləyir. Qışda su hövzəsi buz ilə örtüldükdə,
xüsusilə ona çoxlu miqdarda detrit qarışarsa, suda oksigenin miqdarı kəskin azalır və oksigenin
çatışmazlığından balıqların kütləvi məhv olması baş verir.
Oksigenin çatışmazlığı ilə yanaşı, suda orqanizmlərin (xüsusən balıqların) məhv olmasına suda toksik
qazların (metan, kükürd oksidi, CO
2
və b.) konsentrasiyasının yüksəlməsi ilə əlaqədar olaraq su hövzələrinin
dibində maddələrin parçalanması səbəb olur.
Qeyd edildiyi kimi, suya oksigen, yosunların fotosintetik fəaliyyəti hesabına və havadan diffuziya olmaqla
daxil olur. Odur ki, suyun yuxarı qatları bir qayda olaraq, aşağı qatlara nisbətən oksigenlə zəngindir. Heyvan və
41
bakteriyalar çox yayılan su qatlarında oksigendən çox istifadə olunduğundan onun kəskin defisitliyi yarana
bilər. Məsələn, Dünya okeanında həyatla zəngin olan 50 m-dən 1000 m-ə qədər dərinlikdə aerasiya kəskin
pisləşərək fitoplankton yayılan suyun üst qatlarına nisbətən 7-10 dəfə aşağıdır. Su hövzəsinin dibində şərait
anaerob vəziyyətinə yaxın ola bilər.
Su sakinləri arasında suda oksigenin geniş dəyişməsinə, hətta onun olmamasına tab gətirə bilən bir çox
növlər mövcuddur (evrioksibiontlar), buna şirinsulu oliqoxetlər (Tubifex tubifex), bəzi molyusklar (məs.
Viviparus viviparus) aiddir. Balıqlar arasında suda oksigenin çox azlığına dözən növlərdən dabanbalığı,
tinqabalığı, sazanı (çəkibalığını) göstərmək olar. Bununla belə, bəzi növlər stenoksibiontdur, onlar oksigenlə
kifayət qədər yüksək doymuş sularda yaşaya bilər (məs. alabalıq). Bir çox növlər oksigenin çatışmazlığı
şəraitində qeyri-aktiv vəziyyət (anosibioz) alır və beləliklə, əlverişsiz dövrü keçirə bilər.
Hidrobiontların tənəffüsü ya bədənin səthi ilə, yaxud da xüsusi orqanlarla (ağciyər, traxey, qəlsəmə) həyata
keçirilir.
Dostları ilə paylaş: |