2.3.1. Su orqanizmlərinin su-duz mübadiləsi
Təbii su hövzələri duzluluq dərəcəsinə görə şərti olaraq şirin sulara (duzluluq 0,5%), zəif duzlu (0,5-16%)
və duzlu (16%-dən artıq) sulara bölünür. Okean sularının duzluluq dərəcəsi 32-38% (orta hesabla 35%) təşkil
edir. Ən yüksək duzluluğu ilə duzlu göllər deyilən daxili su hövzələri seçilir, bunlarda elektrolitlərin qatılığı
370%-ə çatır. Təbiidir ki, belə müxtəlif şəraitlərdə su orqanizmləri müxtəlif adaptasiya tipləri seçir. Su-duz
mübadiləsinin xarakterinə görə hidrobiontlar aydın şəkildə şirin su və dəniz hidrobiontlarına bölünür, lakin evri-
qalin formalar hər iki şəraitdə yaşaya bilər.
Şirin su orqanizmlərinin izotonik formaları ola bilməz; onların hüceyrə və toxumalarında mayelərin qatılığı
ətraf mühitdən artıqdır. Başqa sözlə, şirinsulu orqanizmlər hipertonikdir (yüksək təzyiqli), buna görə orqanizmin
daxilinə daima suyun osmotik axını istiqamətlənir. Odur ki, şirinsulu hidrobiontlar orqanizmin daxili mühitində
osmotik təzyiqi aktiv saxlamalıdır. Onlar homoyosmotik formalara aiddir.
Bir çox şirinsulu heyvanlarda olan müxtəlif örtüklər onların dərisindən suyun daxil olmasını çətinləşdirir
(zireh, pulcuq, selik və s.). Lakin orqanizmə suyun osmotik daxil olması tam təcrid oluna bilməz, belə ki, ən azı
tənəffüs orqanları epiteli, selikli bağırsaq su ilə təmasda olur.
Dəniz suyunda osmotənzimlənmənin vəzifəsi safsulu (şirinsulu) tipin əksinədir: dənizdə orqanizmin daxili
mühitinin osmotik təzyiqi dəniz suyuna nisbətən aşağıdır, buna görə orqanizm daima susuzlaşır. Dəniz
balıqlarında suyu güclü xaric etməyə yönəldilən böyrəklərin süzmə funksiyası zəifdir, yumaqcıqların çox
hissəsi, ümumiyyətlə, süzmə işində iştirak etmir.
Dostları ilə paylaş: |