20.6. HEYVANDARLIĞIN İNTENSİVLƏŞDİRİLMƏSİ VƏ
İNSAN SAĞLAMLIĞI
Gələcəkdə maldarlığın müasir metodların təkmilləşdirilməsi istiqamətində aparılması mal-qaranın yoluxucu
xəstəliklərini azalda bilər. Belə ki, mal-qaranın iri sürülərdə toplanması, bütün yay ərzində çəmənlərin otlaq ki-
mi istifadə edilməsi, otlağın mal-qara tərəfindən güclü tapdanması çöl gəmiricilərinin məskunlaşma şəraitini
pisləşdirir. Bu isə tulyaremiya, Ku qızdırma xəstəliklərinin təbii ocaqlarının sönməsinə səbəb olmalıdır.
Bununla belə, heyvandarlığın intensivləşdirilməsi, törədici mənbəyi kənd təsərrüfatı heyvanları olan
zoonozların (brüselloz, sibir xorası, leptospiroz və b.) profilaktikası işlərinin aktivləşdirilməsinin vacib olmasını
qarşıya qoyur. Bu işdə aktual vəzifələrdən biri profilaktik tədbirlərin zoonozların təbii ocaqlarının antropogen
(antropurqik) infeksiya ocaqlarına çevrilməsinin qarşısını almaq istiqamətində gücləndirilməsidir.
Dırnaqlı heyvan sürülərinin otarılması insanın təbii bioloji komplekslərə ən geniş yayılan təsir formasıdır.
Otarma səmərəli aparıldıqda bitki örtüyünün tərkibində müxtəlif otların miqdarı artır, bu isə olduqca müxtəlif
heyvanların və onların növ müxtəliyinin çoxalmasına səbəb olur. Lakin hədsiz otarma zamanı çəmən və bozqır
bitki örtüyü deqradasiyaya uğrayır, çim qatı məhv edilir, torpaq qatı dağıdılır, faunanın növ tərkibi kasatlaşır.
Otarma nəticəsində bozqır örtüyünün zəif komponentləri sıxışdırılır, ölü örtük tapdalanır və məhv edilir,
yeyilmədən mühafizə olunan komponentlər (tikanlı, sıx yatıxmış, süd şirəli və b. bitkilər) güclü inkişaf edir,
birilliklər və efemerlər çoxalır, kənardan gətirilən alaq otları artır, torpaq tapdanır, quruluğu güclənir, bu isə
quraqlıq sevən bitkilərin peyda olmasına səbəb olur, torpağa çoxlu miqdarda gübrə verilir.
Otarmanın təsiri nəticəsində torpağın hidroloji rejimi pozulur, bərkimiş torpaqda otların böyüməsi olduqca
zəifləyir, nəticədə qurumuş, tapdanmış torpaq qatı bitkidən məhrum olur.
Mal-qara tapdağının nəticəsi yaşayış məntəqələri ətrafında daha çox nəzərə çarpır. Belə yerlərdə eroziya və
səhralaşma prosesi özünü göstərir.
Bozqır sahələrin mal-qara döyənəyinə çevrilməsi və burada xam yerdən fərqli alçaq boylu və quraqlıq
sevən bitkilərin yayılması müxtəlif sünbülqıran növlərinin yayılması üçün əlverişli şərait yaradır. Yuvalarının
bilavasitə açıq sahədə yerləşməsi sünbülqırana düşmənini izləmək imkanını asanlaşdırır. Bir çox tədqiqatçıların
müşahidələri göstərir ki, ot örtüyü daha çox tapdanaraq məhv edilmiş açıq sahələrdə sünbülqıranlar daha çox
məskunlaşır.
Beləliklə, infeksiyanın təbii ocaqlarının aktivləşməsinə yol verməmək üçün gəmiricilərinin sayına nəzarət
etməlidir. Gəmiricilərin sayını azaltmaq üçün heriyə qoyulan sahələrdə taxıl otları assosiasiyalarını bərpa etmək,
quru çöl və yarımsəhra zonalarında mal-qaranı norma ilə otarmaq, örüşləri şumlayaraq ot səpini aparıb mədəni
otlaqlar yaratmaq məqsədəuyğundur.
Təbii otlaqlardan fərqli olaraq səpin aparılan otlaqlarda yeni ekoloji şəraitə malik olan və gənələrin
yaşaması üçün az əlverişli şəraitli olduqca yeni biotop yaranır, belə ki, burada onları yemləyənlərin sayı kəskin
azalır. Məsələn, təsərrüfatda istifadə edilən səpin aparılan otlaqlarda dördüncü – beşinci ilində gənələrin miqdarı
təbii otlağa nisbətən on dəfələrlə az olmuşdur.
Mal-qaranın döyənəyi gəmiricilənin məskunlaşmasına mozaiki-ocaq xarakteri verir. Çoxsaylı gəmirici olan
belə ocaqdar (mənbələr) insanın yaşayış yerinə qədər uzanırsa, mal-qara döyənəyi elementar infeksiya
ocaqlarının olmasına və onların keçirilməsinə şərait yaradır.
Quru step (bozqır) və yarımsəhra rayonlarında mal-qara otarılması gəmiricilərin yem bazasını dağıdır və
çox vaxt onların özlərini və yuvalarını da məhv edir.
Lakin otarmanın intensivləşdirilməsi ilkin təbii xəstəlik ocaqlarını törəmə antropogen ocaqlarla əvəz edə
bilər, bir halda ki, bir tərəfdən iksod gənələrin yeyicilərinin sayı çoxalır, digər tərəfdən isə gəmiricilər yem ax-
tarmaq üçün çox hərəkətli olur və onların iksod gənələrlə təmasda olmaq imkanı kəskin artır. Analoji vəziyyət
hədsiz otarma nəticəsində sovrulan və yarımbərkiyən qumların sahəsinin çoxalması ilə bağlıdır, belə halda bir
343
sıra təbii ocaq infeksiyası daşıyan psammofil heyvanlar yeni yerlərdə məskunlaşmağa məcburdur.
Səhra landşaftı və quru bozqırların təmas xəttində yerləşən köçəri otlaqlarda iksod gənələrinin sayının
yüksək olması nəticəsində kənd təsərrüfatı heyvanları Ku-rikketsioz törədicilərinə intensiv yoluxurlar.
Meşə və meşə-çöl zonalarında dırnaqlı vəhşi heyvanlar azlıq təşkil etdiyindən Ku-rikketsiozun qalmasında
kənd təsərrüfatı heyvanları əsas rol oynayır.
Keçmiş SSRİ-nin cənub rayonlarında köçəri maldarlıq metodu üstünlük təşkil edir, ona görə də mal-qara
bütün il boyu aktiv Ku-rikketsioz təbii ocaqları ilə sıx təmasda olur. İsti iqlim şəraiti gənələrin tez inkişafına və
onların yüksək sayda qalmasına əlverişli şərait yaradır, nəticədə mal-qarada yüksək gənəlik dərəcəsi müşahidə
edilir.
Meşə zonasında yaxşı meşəsiz otlaqların çatışmazlığı ilə əlaqədar burada meşə sahələri və atılmış əkin
sahələrindən otlaq altında istifadə olunur. Meşə otlaqlarında mal-qaranın otarılması nəticəsində yerli biosenozlar
dəyişilir. Bitki örtüyünün dəyişməsi faunanın növ tərkibinin dəyişilməsi ilə müşayiət olunur, bu da yerli epizoo-
tik və epidemioloji vəziyyəti dəyişdirir.
Meşə otlaqlarında mal-qara iksod gənələrini yetişkənlik fazada yemləməkdə birinci dərəcəli rol oynayır.
Meşə zonasında bir qayda olaraq iksod gənələrinin ən böyük miqdarı otlaqlarda olur.
Uzun müddət belə fikir irəli sürülürdü ki, meşədən istifadə olunması gənə ensefalitini azaldır. Lakin meşə
zonasında istifadə ərazisinə çəmən-bozqır və sinantrop məməli heyvan növləri soxulur, bu meşə gənələri üçün
davamlı yem bazası sayılır və xəstəlik mənbəyində virusun dövranına şərait yaranır. Vəhşi məməlilərin növ
müxtəlifliyinin son dərəcə kasatlaşması və onların sayının azalması ev heyvanları ilə əvəz olunur, vahid sahədə
onların sıxlığı vəhşi heyvanlarla müqayisədə aşağıdır. Nəticədə meşə otlağında gənələrin sayı artır. Beləliklə,
kənd təsərrüfatı heyvanları iksod gənələrinin həm yedizdiricisi, həm də onların yayıcıları rolunu oynayır.
Heyvandarlıq binaları tikilərkən çox vaxt yanlarında süni suvatlar düzəldilir, bu isə binalarda və ətraf
ərazilərdə boz siçovul, ev siçanı, çöl siçanı, bəzi hallarda qum siçanının toplanmasına səbəb olur. Bu, təbiətdə
gedən epizootik prosesə kənd təsərrüfatı heyvanlarını da cəlb edir və nəticədə infeksiyanın antropogen (antro-
purqik) mənbələri formalaşır. Belə antropogen ocaqlar epidemioloji təhlükə sayılır, belə ki, onların axar suları
açıq su hövzələrini də yoluxdura bilər.
Çoxlu sayda heyvanların məhdud sahədə cəmləşməsi epizootiyanın təsərrüfat daxilində baş vermə
təhlükəsini yaradır, bu hər hansı bir endemik infeksiya rayonundan gətirilmiş damazlıq (cins) heyvanlardan və
ya heyvandarlıq kompleksi zonasında toplaşan xəstəliyə yoluxmuş vəhşi, yaxud xırda sinantrop məməlilərdən
keçə bilər.
Məhdud ərazidə çoxlu saylı heyvanların cəmləşməsi təsərrüfatın ekstensiv formada aparılması ilə
müqayisədə baytar-səhiyyə şəraitinin kəskin dəyişməsinə səbəb ola bilər. Odur ki, xəstəliklərin törədicilərinin
həm kənardan gətirilməsinə, həm də intensiv təsərrüfatlardakı mal-qara arasında yayılmasının qarşısını almağa
yönəldilən baytarlıq-səhiyyə tədbirləri sistemi hazırlamaq lazımdır. Bu zaman profilaktik karantin tədarükçü
təsərrüfatlara nəzarəti təşkil etmək yolu ilə kənardan infeksiyanın qarşısını almağa əsas diqqət yetirməlidir.
Zoogigiyena tələblərinə və baytarlıq-səhiyyə qaydalarına (profilaktik dezinfeksiya, deratizasiya, dezinsek-
siya və əlbəttə profilaktik peyvənd daxil olmaqla) ciddi riayət edilməsi iri ixtisaslaşdırılmış təsərrüfatlarda
infeksiyanın yayılma yollarına maneə yaradır.
Dostları ilə paylaş: |