22.2. Mühitin elektromaqnit çirklənməsi və onun
insan sağlamlığına təsiri
Ekoloji problemlərin təhlili zamanı elektrik və maqnit sahələrinin bütün növlərini mənşəyinə görə aşağıdakı
qruplara ayırmaq olar:
•
Keçmiş mənbələrdən törəyən elektromaqnit sahələri (Günəş, ulduzlar və s.);
•
Yerin sabit elektrostatik maqnit sahəsi;
•
Yerin atmosferi və ionosferində baş verən bəzi proseslər zamanı əmələ gələn elektromaqnit sahələri
(şimşək, qütb şəfəqi və s.);
•
Bioloji obyektlərdən törənən elektrik sahələri;
•
Antropogen mənşəli elektromaqnit şüalanması.
İnsan fəaliyyəti ilə törənən elektromaqnit sahələri yalnız son 10 ildə Yerin təbii fonu ilə müqayisədə min
dəfədən də çox artmış və bu sahələrin diapazonu da kəskin genişlənmişdir. Odur ki, insanın elektromaqnit
sahəsi (EMS) ilə qarşılıqlı təsiri problemi son vaxtlar olduqca aktual olub, radioəlaqə və radiolokasiyanın
intensiv inkişafı, texnoloji əməliyyatları həyata keçirmək üçün elektromaqnit enerjisindən istifadə sferinin
genişlənməsi, məişət elektrik və radioelektron qurğularının kütləvi yayılması ilə bağlıdır.
Son onilliklərdə ətraf mühitin yeni faktoru – antropoen mənşəli elektromaqnit sahələri – elektrosmoq
formalaşmışdır.
Mühitin elektromaqnit çirklənməsi dünya miqyasında vacib məsələ olduğundan, ÜST bu problemi
bəşəriyyət üçün ən aktual problemlər sırasına daxil etmişdir. Bəzi mütəxəssislər isə EMS-ni bütün canlılar üçün
fəlakətli nəticələrə səbəb olan güclü təsir göstərən ekoloji faktorlar sırasına daxil edir. EMS-lərinin gərginliyi
xüsusən, elektrik ötürücü xətlərin (EÖX), radio və telestansiyaların, radiolokasiya və radiorabitə (o cümlədən
mobil və peyk) vasitələrinin, müxtəlif energetik və enerji sərfi qurğularının, şəhər elektrik nəqliyyatının
yaxınlığında kəskin yüksəlmişdir. Son illər şəhərlərdə bütün tezlikli dipazonlu (10QQs-yə qədər) EMS-nin
müxtəlif mənbələrinin sayı artmışdır. Bura radiotelefonlar (Mobil əlaqə sistemləri), DAM-lərin radarları, kiçik
dalğalı sobalar, kompüterlər və b. daxildir.
EMS-nin bioloji təsiri sahəsində aparılan tədqiqatlar insan orqanizminin ən həssas sistemləri – əsəb (sinir),
immunitet və endokrin olmasını təyin etməyə imkan yaratdı. Elektromaqnit çirklənmənin insana təsiri üzrə
qeydə alınan nəticələr arasında orqanizmin əsas funksiyalarının, o cümlədən, ürək-damar və həzm sistemlərinin
zədələnməsi, psixi pozuntuların inkişafı və b. göstərmək olar.
EMS-in hətta nisbətən zəif səviyyədə təsiri xərçəng xəstəlikləri, davranışın dəyişməsi, huşun itirilməsi,
bronxit, astma, aritmiya, miqren, xroniki yorğunluq və bir çox digər neqativ vəziyyətin inkişafına səbəb ola
bilər.
Bəzi məlumatlara görə, böyük şəhərlərdə infarkt miokard hadisələrinin baş verməsinin çox hissəsi,
351
sıçrayışla güclü aşağı tezlikli texnogen EMS-lər ilə bağlıdır.
EMS-nin təsiri, xüsusən ana bətnindəki körpə, uşaqlar və allergiya xəstəliklərinə məruz qalan şəxslər üçün
təhlükəli sayılır, çünki onlar EMS-nin intensivliyi şəhərdən kənardakı səviyyəni 1000 dəfə keçir. Moskvada
yalnız son illər elektromaqnit çirklənməsi 20-30 dəfə artmışdır. Rusiyanın iri sənaye mərkəzlərində EMS-nin
gərginliyi son bir neçə onillikdə 1000 dəfə artmışdır (Xotunsev, 2002).
Dostları ilə paylaş: |