Vibrasiyanın sağlamlığa təsiri. Vibrasiya (lat. vibratio – rəqs, titrəyiş) – müxtəlif formalı elastik
cisimlərin mexaniki rəqsidir.
Vibrasiyanın orqanizmə təsiri müxtəlif olur: bütün orqanizmə təsir göstərirsə, ümumi vibrasiya,
orqanizmin bir hissəsinə təsir göstərirsə, yerli və ya lokal vibrasiya adlanır. Qatarda, təyyarədə gedərkən,
qopartma çəkiclə və s. mexanizmlərlə işləyərkən, həmçinin kosmik uçuşlarda start və yerəenmə zamanı əmələ
gəlir. Vibrasiyanın bioloji təsiri onun tezliyindən asılıdır; tezliyi 15 Hs-dək olan rəqslər vestibulyar aparata təsir
edir. Tezliyi 25 Hs-dək rəqslər ayrı-ayrı təkanlar şəklində olub, sümüklərdə və oynaqlarda dəyişikliklər əmələ
gətirir; 50 Hs-dən 250 Hs-dək olan rəqslər isə sinir sisteminə təsir edir, damarların spazmasına, ürək
fəaliyyətinin dəyişməsinə, yorğunluğa, ayrı-ayrı orqanlarda ağrılara, vibrasiya xəstəliyinə səbəb olur. Daha
yüksək ultrasəs tezliklərdə mexaniki enerji istilik enerjisinə çevrilir.
Dostları ilə paylaş: |