346
1 2
3
Televizor
70
Qatar (metroda və dəmir yolun-
da)
80
Çığıran adam
80
Motosiklet
90
Dizel yük maşını
90
300 m yüksəklikdə uçan reaktiv
təyyarə
95
Eşitmə tədricən zəifləyir,
əsəb-psixi xəstəliyi stresi
(əzginlik, həyəcan,
təcavüzkarlıq), mədə yarası,
hipertoniya
Toxuculuq fabrikində səs 110
Pleyerin səsi
114
Alkoqola bənzər səs
sərxoşluğu, yuxu və psixi
sağlamlığı pozur, karlığa
səbəb olur
Toxucu dəzgahı
120
Kömürsındıran çəkic
120
Reaktiv mühərrik (25 m
məsafədə uçan zaman)
140-150
Diskotekada səs
175
Simfonik orkestr
115
Nəqliyyat vasitələrinin səsinin intensivliyinin (dBA) aşağıdakı kimi olması aşkar edilmişdir:
minik avtomobili –
5-80
yük avtomobili –
0-90
motosiklet –
0-95
mühərrikli qayıq -
0-95
metro qatarı -
-95
adi qatarlar -
5-100
təyyarə uçan zaman -
10-130
iri reaktiv təyyarə -
55-160
Böyük nəqliyyat axınının səs cəmi yüksək səviyyəyə (90-95 dBA) çatır və magistralda sutka boyu davam
edir. Nəqliyyat səs-küyündən ən çox şəhər, həmçinin iri avtomagistralın dəmir yolları və stansiyaların, dəniz və
çay limanları, aeroportların yaxınlığında yerləşən yaşayış məntəqələrinin əhalisi əziyyət çəkir. Son 100 ildə Al-
maniyada gündəlik səsin səviyyəsi 7 dəfə artmışdır.
Sankt-Peterburq, Moskva, Nijniy-Novqorod, Yekaterinburq və digər iri şəhərlərdə səsin ekvivalent
səviyyəsi orta hesabla 73-83 dBA, maksimum – 90-95 dBA təşkil edir, yaşayış binaları yaxınlığında səsin
səviyyəsi 65-80 dBA-ya çatır, bu isə yol verilən səviyyədən (YVS) xeyli yüksəkdir. Moskvada 1992-ci ildə
2000-ci il daxil olmaqla avtonəqliyyatın sayı üç dəfədən artıq çoxalmışdır, bununla əlaqədar əhaliyə səs-küy
yükü də yüksəlmişdir.
Romada avtomobil nəqliyyatından akustik çirklənmənin payına 75%, dəmir yoluna – 8%, avianəqliyyat və
tikintiyə 12%, sənaye obyektlərinə 5% düşür. Meqapolislərdə səs (səsin ekvivalent səviyyəsi) 65-80 dBA
arasında dəyişir.
Pekin
65
Mexiko, Madrid, Paris
70
Honkonq, Nyu-York, Moskva
75
Roma,
Berlin
80
San-Paulu
95
İri şəhərlərin əhalisi (60%-dən çoxu) akustik çirklənmə şəraitində yaşayır, çirklənmə parametri yol verilən
həddi keçir. Səsin səviyyəsi orta hesabla 3 dBA miqdarında artır. Mütəxəssislərin fikrinə görə, birləşmiş Avro-
pada 130 mln-dan artıq adam, səviyyəsi 65 dBA-dan yüksək intensivlikli səsin təsirinə məruz qalır, 400 mln-dan
artıq adama isə səviyyəsi 55 dBA-nı keçən səs (yəni normativdən artıq) təsir göstərir.
Yeniyetmələr üçün pleyerlər və diskotekalar xüsusilə təhlükə yaradır. Skandinaviya alimləri belə
nəticəyə gəlmişlər ki, hər beşinci yeniyetmə ağır eşidir, lakin çox vaxt bunun səbəbini anlamır. Səbəbi isə
pleyerlərdən sui istifadə və diskotekalardakı səs-küydür. Diskotekalarda səsin adi səviyyəsi 80-100 dBA
347
arasında tərəddüd edir, pleyerin səsinin gücü 100-114 dBA-ya çatır. Elə kömürsındıran çəkic də, belə
qulaqbatırıcı səslə işləyir, lakin belə vəziyyətdə səsdən qorunma tədbiri nəzərdə tutulur. Fransız
mütəxəssislərinə görə, pleyer əsrində eşitmənin pozulması gənclərdə müşahidə olunur və pleyerdən sonra bu
adamlar eşitmə aparatına keçməlidir.
Bakının şadlıq evlərində musiqi səsinin səviyyəsi demək olar ki, diskotekalardakı səsin səviyyəsinə
yaxındır. Burada eşitmənin pisləşməsinin ilk simptomunu «toy» effekti adlandırmaq olar. Çoxsaylı insanların
toy məclisində gur səsin təsirindən yanında əyləşən ayrı-ayrı məclis iştirakçılarının danışıq səsini və nitqini
qarışıq salırsan, bilmirsən kim nədən söhbət edir, nə üçün gülür, pis vəziyyətdə qalırsan. Toydan çıxanda elə bil
başın şişir, süstləşirsən, o gecəni yata bilmirsən, səhər isə iştahan olmur, əzgin halda durub evdən çıxmağa
çalışırsan. Sonralar isə çoxsaylı görüşlərdən kənarlaşmağa çalışırsan, bu isə insanı sosial təcrid olunmağa,
təklənməyə aparır.
Musiqinin səsi ucaldıqca orqanizmdə çoxlu miqdarda stres hormonları, məsələn adrenalin yaranır. Bu za-
man qan damarları daralır, bağırsağın fəaliyyəti ləngiyir. Sonralar isə bütün bunlar ürəyin və qan dövranının
fəaliyyətini də pozur. Bu həddindən artıq yüklənmə infarkta səbəb ola bilər.
Dostları ilə paylaş: