siya və nəqliyyat səsi həm gündüz, həs də gecə vaxtları bütün dünyada qəbul edildiyi kimi, qan təzyiqinə təsir
göstərir. Böyük Britaniyada nəqliyyat səsinin təsiri qiymətləndirildikdə ürəyin işemiya xəstəliyi 66-77 dBA
səviyyədə 1,1 təşkil edildiyi aşkar olunmuşdur. Alman alimlərinin «hadisə-nəzarət» metodu ilə apardığı
tədqiqatlar göstərdi ki, 60-80 dBA səviyyəsində səs infarkt-miokardanın əmələ gəlməsi riskini yaradır. Magi-
stral nəqliyyatının və aeroportun yüksək səviyyədə səsinin təsiri nəticəsində uşaqlarda sistoloji və diostoloji qan
349
təzyiqinin yüksəlməsi müəyyən edilmişdir.
Bir sıra mənbələrdən yaranan səsin gündəlik təsiri fizioloji sistemlər bərpa olunduğu istirahət dövründə
əhalinin sağlamlığına pis təsir göstərə bilər.
Fasiləsiz yüksək səs qan təzyiqinin qalxmasına, ürək döyüntüsünün qısalmasına, qan damarlarının
daralmasına, qanın əzələlərə, beyinə və digər orqanlara verilməsinin güclənməsinə səbəb olur. Səsin təsiri
nəticəsində beyin maddələrində adrenalinin və noradrenalinin ayrılması arta bilər. Məlum olduğu kimi, adrena-
lin ürəyin fəaliyyətinə təsir göstərir, sərbəst turşu və qanın ayrılmasına şərait yaradır. İnsanda belə effektin
yaranması üçün onun qısa müddət ərzində 60-70 dBA səviyyəsində səsə məruz qalması kifayət edir.
• Səsin əsəb sisteminə təsiri. Assosiativ reaksiyaların tədqiqatlarının nəticələri göstərdi ki, əlverişsiz akus-
tik şəraitdə yaşayan şəxslərdə mərkəzi əsəb sisteminin funksional vəziyyətinin dəyişməsinin ilkin əlamətləri
görünür. Təyyarə tərəfindən yaranan nisbətən az intensivlikli səs (50-60 dBA) yalnız elektrokortikal reflekslərin
şərti qıcıqlandırıcısı deyil, həm də orqanizmə digər təsirlərin siqnalı ola bilər. Bundan başqa, uçan təyyarələrin
saatlıq təsiri və daim davam edən səs 70 dBA səviyyədən yüksək işləyən aviasiya mühərriklərinin səs-küyü
mərkəzi əsəb sisteminin funksional vəziyyətində davamlı oyanma yaranmasına səbəb olur.
Beyin qabığına daxil olan səs zamanı qıcıqlanma orada gedən əsəb proseslərini dəyişdirir. Əgər səs çox
güclü olarsa və ya uzun müddət təsir göstərərsə, beyin qabığının hüceyrələrində həddindən artıq həyəcan
başlayır. Bu zaman əsəb hüceyrələrinin iş fəaliyyətinin hüdudu pozulur və bu hüceyrələrin qıcıqlandırmaya ca-
vab reaksiyasının xarakteri dəyişir.
Bir sıra kliniki müşahidələr göstərir ki, səs qıcıqlandırıcıları kənar edildikdə hipertoniya xəstələrində arteri-
al qan təzyiqi normaya düşür. Zehni əməklə məşğul olan adamlarda məişət səslərinin təsirindən qan təzyiqi
yüksəlir. Bir sıra hallarda stenokardiya tutmasının məişətdə qəflətən səs qıcıqlanması arasında əlaqə aşkar
edilmişdir.
Hətta ana bətnində olan körpə də səsin zərərli təsirindən mühafizə oluna bilmir.
Nəzarət olunmayan səs insanın dərk etmə fəaliyyətinə böyük ziyan vura bilər, onun həyəcanını artırar,
vəzifəsini yerinə yetirərkən strategiyasını dəyişə bilər, ona diqqəti azalar.
• Səsin yuxuya təsiri. Yuxu prosesində insan orqanizminin bütün sistemi bərpa olunur. Səsin daim təsiri
zamanı belə funksiyalar, yəni beynin aktivlik funksiyası və yuxu zamanı ürək-damar sistemi üçün dinclik
dövrünün təmin olunması pozulur. Yuxunun keyfiyyətinin aşağı düşməsi gündüz vaxtı insanın fəaliyyətinə pis
təsir göstərə bilər.
Məişət səsi yuxunu xeyli pozur. Fasiləli və qəflətən olan səslər, xüsusən axşam və gecə saatlarında hələ təzə
yuxuya getmiş adamlara səs olduqca pis təsir göstərir. Bu, təzə yuxuya gedən adamın «hipnoz» fazası
vəziyyətində olması ilə izah edilir.
Yuxu vaxtı qəflətən olan səs (yük maşınının gurultusu, radionun ucadan səsi) çox vaxt, xüsusən, uşaq və
xəstələrdə qorxu yaradır.
Səs yuxunun davamiyyətini və dərinliyini azaldır. Səsin xronoloji konfiqurasiyası, müxtəlif intensivlikli
səslərin əvəzlənməsinin mühüm rol oynadığı aşkar edilmişdir. Belə ki, nəqliyyatın qeyri-bərabər hərəkəti inten-
siv və eyni qaydada hərəkətindən yuxunu daha çox pozur.
Müxtəlif adamlar yuxu vaxtı səsə eyni cür reaksiya vermir. Səs təsirinə reaksiya insanın yaşı, cinsi və
sağlamlığından asılıdır. Belə ki, 70 yaşlı adamların eyni intensivlikdə olan səsdən 72%-i, 7-8 yaşlı uşaqların isə
cəmi 1%-i oyanır. Uşaqların oyanması üçün intensiv səsin hüdudu 50 dBA, yaşlılar üçün 30 dBA hesab olunur,
ahıl yaşlılar səsin daha aşağı intensivliyində oyanır.
Səs yuxunun müxtəlif mərhələlərinə təsir göstərir. Belə ki, yuxunun yuxugörmə ilə müşayiət olunan para-
doksal mərhələsi, ümumi yuxu dövrünün 20%-dən az olmur; yuxunun bu mərhələsinin qısalması əsəb sistemi-
nin və zehni fəaliyyətin ciddi pozulmasına səbəb olur. Dərin yuxu mərhələsinin qısalması hormonal pozuntula-
ra, depressiyaya və digər psixi pozuntulara səbəb olur.
50 dBA intensivlikli səsin təsirindən yuxuya getmə müddəti bir saat və daha çox uzanır, yuxu çox səthi
(ötəri) olur, oyandıqdan sonra isə adam özünü yorğun hiss edir, başı ağrıyır, çox vaxt isə ürəyi döyünür.
Əmək günündən sonra normal istirahət olmadıqda, işdən sonra olan yorğunluq aradan götürülmür, tədricən
xroniki süstlüyə keçir və bir sıra xəstəliklərin (əsəb sisteminin pozulması, hipertoniya xəstəliyi) əmələ
gəlməsinə səbəb olur.
• Səsdən mühafizənin əsas istiqamətləri. Ətraf mühitin akustika çirklənməsini aşağı salmaq məqsədilə
aşağıdakılardan istifadə edilir:
•
Çoxsəsli mənbələr texnologiyası azsəslilərlə əvəz olunmalıdır;
350
•
Səs mənbəyi şüalanmasının istiqamətinin dəyişdirilməsi;
•
Mənbəyindən başlayaraq mühafizə olunduğu yerə qədər səsin yayıldığı yolda intensivliyinin
azaldılması;
•
Səs aqreqatlarında, nəqliyyatda səsdən mühafizə olunması üçün kompleks tədbirlərin görülməsi;
•
Yaşayış tikintilərində arxitektur-planlaşdırma işləri;
•
Təşkilati tədbirlər;
•
Qəbul edilən səsin keyfiyyətinin yaxşılaşdırılması;
•
Yeni akustik texnologiyanın tətbiqi;
Göstərilən tədbirlərin «Mühəndis ekologiyası və ekoloji menedcet» (M. «Loqos», 2004) kitabında ətraflı
izahı verilir.
Dostları ilə paylaş: