QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 20.1. Son minillikdə Avropada meşə sahəsinin dəyişməsi



Yüklə 4,26 Mb.
səhifə580/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   576   577   578   579   580   581   582   583   ...   706
 

Şəkil 20.1. Son minillikdə Avropada meşə sahəsinin dəyişməsi 

 

Meşənin qırılması ilə su rejimi dəyişir, səthi axım artır, bu isə çox vaxt ərazinin bataqlaşmasına, ot 



örtüyünün dəyişməsinə səbəb olur. Bununla əlaqədar faunanın tərkibinin dəyişməsi leptospiroz xəstəliyinin epi-

zootoloji vəziyyətini də  dəyişdirir. Meşədə dominantlıq edən sarı  çöl siçanı nadir hallarda leptospirozun 

daşıyıcısı olur, onu əvəz edən boz çöl siçanı isə leptospiroza qarşı yüksək yoluxdurucu hissiyyata malik olduğ-

undan bu infeksiyanın təbii mənbələrini kəskin aktivləşdirir. Meşə landşaftlarının kənd təsərrüfatı sahələrinə 

çevrilməsi və faunasının dəyişməsi prosesində  qızdırma xəstəliyinin ilkin meşə  mənbələri çəmən-bozqır 

mənbəyinə transformasiya oluna bilər, burada çöl siçanları mühüm rol oynayır.  

Ensefalit xəstəlikləri qrupuna tündiynəli və yarpaqlı meşələr yayılan demək olar ki, bütün ölkələrdə rast 

gəlinir və onun törədiciləri qohum viruslar hesab olunur. Təbiətdə bütün hallarda ensefalit xəstəliklərinin 

törədiciləri məməlilər, əsasən gəmiricilər və quşların müxtəlif növləri, daşıyıcısı isə iksod gənələridir.  

Meşə landşaftlarının dəyişilməsi gənə ensofaliti mənbələrinin təkamülünə ciddi təsir göstərdi. Meşələrin 

yox edilməsi ilə  əkinçiliyin inkişafı, ağac kötüklərinin çıxarılması  və taxıl səpini üçün ərazinin  şumlanması 

təkamül prosesində yaranan gəmirici biosenozları – meşə gənələri dağıdıldı, belə ki, əkinçilik rayonlarında ik-

sod gənələri  əlverişli  şərait tapmadığından məhv oldular. Nəticədə  gənə ensefalitinin başdan-başa arealı 

saxlanılan meşə qalıqları hüdudunda ayrı-ayrı adacıqlara çevrildi.  




 

337


3-7 yaşlı  qırıntı sahəsində yeniyetmələr, kollar və ot bitkiləri inkişaf etdiyindən, günəş  şüaları nisbətən 

azalır, gənələrin sığınacağı  və yemlənməsi üçün şərait yaranır. Bura meşə heyvanları, o cümlədən özü ilə 

gənələr daşıyan gəmiricilər miqrasiya edir.  

Ağac və kollarla örtülən 7-15 yaşlı  qırıntı sahəsində  şərait optimuma,  gənələr və onları yemləyən 

gəmiricilərin sayı isə maksimuma çatır. Lakin meşə qırıntı sahəsində cavan ağaclıq sıxlaşdıqca gəmiricilər üçün 

ekoloji  şərait pisləşir. 15-35 yaşlı yarpaqlı  ağac cinslərindən ibarət meşəlikdə  çətirlər birləşdikdə kollar və ot 

örtüyü sıradan çıxır. Nəticədə yem bazası azalır, çürümüş qırıntı qalıqları heyvanlar (gəmiricilər) üçün sığınacaq 

vəzifəsini görmədiyindən onlar miqrasiya edir, yemləyicilərindən məhrum olan gənələr də azalır.  

Meşə massivlərinin antropogen dəyişilməsinin yoluxucu xəstəliklərin yayılmasına təsirinə 1960-cı illərdən 

sonra Avropa ölkələrini bürüyən quduzluq epizootiyasını misal göstərmək olar.  

Böyük meşə massivlərinin azalmasının uzunmüddətli prosesi və bir sıra kiçik «adacıqlar»  şəklində 

saxlanılan meşə qalıqları tülkülərin sayının kəskin çoxalmasına səbəb oldu, meşənin dərinliklərində isə tülküyə 

rast gəlinmir. Qırıntı sahələrində çoxlu sayda gəmiricilər məskunlaşdığından tülkülər üçün yaxşı yem bazası 

yaranır. Tülkünün ekoloji plastikliyi onun yaşayış məntəqələri yaxınlığında məskunlaşmasına şərait yaratmışdır.  

Tülkülərin sıxlığı 10 km

2

 sahədə 1-2 fərddən artıq olduqda onların arasında quduzluq epizootiyası baş verir. 



Tülkülər bu yoluxmaya həm həssas, həm də aqressiv olurlar. Tülkülər arasında quduzluğun epizootik dalğası 

adətən hər 3-4 ildən bir təkrarlanır. Hazırda tülkü təbiətdə quduzluğun əsas mənbəyi sayılır.  

Avropada tülkülərdə quduzluq epizootiyası 1960-cı illərdən Qərbi Polşadan başlamış və oradan Almaniya, 

Danimarka, Belçika, Lüksemburq, Avstriya, İsveçrə, Fransa, Çexoslovakiyaya yayılmışdır.  

Tülkülərdə quduzluq hadisəsi Şimali Qafqaz, Qazaxıstan və Sibirdə də qeydə alınmışdır.  

İnsanın təsərrüfat fəaliyyətinin xəstəliklərin bir təbii mənbəyinin inkişafına, digərininkinin isə 

deqradasiyasına süni salınan meşə zolaqları da səbəb olur.  

Süni salınan meşə zolaqları  ətraf  əraziyə nisbətən ekoloji şəraiti dəyişərək heyvanlar üçün yeni 

məskunlaşma yeri yaradır və yerli faunanın yerdəyişməsinə səbəb olur, tərkibinə yeni növlər cəlb edir. Bu za-

man heyvanların bir qisim növləri (kserofil-çöl heyvanları) sıxışdırılır və ya oradan uzaqlaşır, digərləri isə 

əksinə burada çoxalmaq üçün əlverişli şərait tapır.  

Növ tərkibinin kasatlaşması və ümumi sayının azalmasına səbəb olan digər təsərrüfat fəaliyyətindən fərqli 

olaraq tarlaqoruyucu meşə zolaqlarının təsiri altında faunanın keyfiyyət və kəmiyyət tərkibi dəyişsə də, meşəsiz 

çöl ərazilərinə nisbətən onurğalı heyvanların növ tərkibi və sıxlığı artır. Burada (zolaqda) həm meşə və kolluq 

stasiyalarına uyğun xırda məməli növlərinə, həm də açıq sahədəki növlərə rast gəlinir.  

Meşə zolaqlarında heyvanların konsentrasiyasının əsas səbəbi açıq və meşə sahələrinin birləşməsidir, bura-

da müxtəlif ekoloji tələbatı olan növlər əksər hallarda meşə həyatı keçirərək, burada düşmənlərindən və iqlim 

faktorlarının əlverişsiz təsirindən qorunur, açıq sahələr isə (tarlalar) heyvanlara zəngin yem verir.  

Meşə zolağının mikroiqlimi ətraf ərazinin iqlimindən xeyli fərqlənir, meşə zolağında temperatur tərəddüdü 

amplitudası tarlaya (çölə) nisbətən aşağıdır, odur ki, heyvanlar burada gecənin soyuğundan və gündüzün 

istisindən qorunur.  

Müxtəlif məməli heyvan növlərinin çöl və meşə zolaqları arasında mövsümi miqrasiyasını dəqiq izləmək 

olar. Yazda çölün (tarlanın) ətrafında gəmiricilərə az təsadüf edilir, lakin meşə zolağında onların sayı çox olur. 

Taxıl bitkisi böyüdükcə açıq sahələrdə  gəmiricilər və onların təzə yuvaları peyda olur, meşə zolağında isə 

onların sayı azalır. Taxılın yetişdiyi dövrdə açıq tarlada ev siçanları və adi çöl siçanının sayı maksimuma çatır. 

Məhsul yığıldıqdan sonra çöldə gəmiricilərin sayı azalır, meşə zolağında isə yenidən çoxalır.  

Siçanabənzər gəmiricilərin müntəzəm mövsümi miqrasiyası tarlaqoruyucu meşə zolaqları ilə zolaqlararası 

çöldə (tarlada) bir ekoloji vahid yaradır və burada meşə zolağı ilə zolaqlar arasında vahid biosenoz əmələ gəlir.  

Azərbaycanın yarımsəhra zonasındakı meşə zolaqlarında yarımsəhrada olmayan meşə və ev siçanlarına rast 

gəlinir. Onlarda L.agilis və L.algericus gənələri parazitlik edir. Meşə zolaqlarında çoxlu sayda olduqca müxtəlif 

quş növləri məskən salır, onların çoxu burada yuva qurur. Meşə zolağındakı bəzi sərçə yuvalarında külli miq-

darda Ornithonissus sylvarum, Steatonissis və b. gənələr aşkar edilmişdir, onlar çöl şəraitində rast gəlinməyən 

parazit gənələrə aiddir.  

Gəmiricilərlə mübarizədə meşə zolaqlarına məməlilərin və quşların cəlb olunması yaxşı effekt verir. Bu 

işdə faydalı heyvanların məskən salması üçün əlverişli  şərait yaradan ağac və kol cinslərinin seçilməsi də 

mühüm əhəmiyyət daşıyır.  

Meşələrdə və tarlalarda gəmiricilərin məhv edilməsi üzrə müntəzəm mübarizə tədbirləri aparılmalıdır. Meşə 

zolaqlarında gənəlrin artmasının qarşısını almaq istiqamətində  aşağıdakı  əsas aqrotexniki tədbirlər həyata 

keçirilməlidir: 



 

338


 

iri formalı iksod gənələrinin parazitlik dövründə (aprel və sentyabr-oktyabr) meşə zolağında və onun 



100 m yaxınlığında mal-qara otarılmasına yol verilməməlidir; 

 



meşə zolağı boyu yolların sayını azaltmalı; 

 



meşə zolağı kənarı xam sahələr şumlanmalı. 

Göstərilən tədbirlər sağlamlaşdırıcı effektlə yanaşı, həm də səpin sahələrini çoxaldar.  




Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   576   577   578   579   580   581   582   583   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin