Əkinçilik, yaşayış məntəqələrinin, şəhərlərin salınmmsı, sənaye istehsalının sürətlə inkişafı, faydalı
qazıntıların çıxarılması, meşə tədarükü, meliorasiya işləri, heyvandarlığın intensivləşdirilməsi nəticəsində
hazırda planetimizdə praktikik olaraq bu və ya digər dərəcədə insan fəaliyyətinin təsiri ilə dəyişilməyən, ilkin
təbii landşaftlar demək olar ki, qalmamışdır.
Hazırda ayrı-ayrı materiklərdə landşaftların dəyişilmə dərəcəsi müxtəlifdir.
Aqrolandşaftlarla zəbt olunmasına görə birinci yeri Avropa tutur. Əkinçilik üçün əlverişli olan düzən rayon-
larda mülayim qurşağın yarpaqlı meşələri və subtropiklərin həmişəyaşıl meşələri hər yerdə meşə-çöl (tarla) və
bağ-plantasiya landşaftları ilə əvəz olunmuşdur.
Asiyada şumlanan sahələrin iki böyük arealı ayrılır: Onlardan biri şimali Qazaxıstan və Cənubi Sibir, digəri
isə Mussonlu Asiyanın düzənlik, ovalıq və yüksəklikləri – Hindistandan başlamış Çinə qədər uzanır. Qanqanın
düzənliklərinin yarısı əkin altında istifadə olunur, bəzi yerlərdə təbii landşaftlar tamamilə mədəni savannalar
şəklində aqrolandşaftlarla əvəz edilmişdir. Asiyanın quraqlıq rayonları – Orta Asiya, Yaxın və orta Şərq
ölkələri, həmçinin Hindistanın qərbindəki torpaqlar ən qədim zamanlardan suvarma əkinçiliyi altında istifadə
olunur. Çay vadilərində suvarılan landşaftlar geniş massivlər təşkil edir, digər yerlərdə isə onlar böyük olmayan
sahələr şəklində su mənbələri yaxınlığında yerləşir. Kiçik Asiyadan Monqolustana qədər suvarılmayan ərazilər
otlaqlar altında istifadə olunur.
Afrikanın arid rayonlarında antropogen landşaftların formalaşmasına əsasən maldarlıq təsir göstərir,
mövsümi-rütubətli meşə landşaftlarının dəyişilməsi isə meşələrin qırılıb yandırılması əkinçilik sistemi ilə bağlıdır.
Şimali Amerikanın (ABŞ-ın şərq hissəsi və Kanadanın cənubu) müasir landşaftları yüksək dərəcədə
mənimsənilməsi ilə səciyyələnir. Belə ki, preri zonasının 80%-dən, yarpaqlı meşə zonasının 60%-dən çox
hissəsi şumlanmış və ya tikintilər altında istfadə edilir.
Cənubi Amerikada kontinentin 50%-ə qədər ərazisi meşə ilə örtülüdür, 10%-ə qədəri əkin altında, 20%ə
qədəri isə otlaq kimi istifadə olunur.
Avstraliyada materikin mərkəzi hissəsində qumlu və daşlı səhralar və şimalda izafi rütubətli meşə rayonları
mənimsənilməmiş qalaraq ərazinin 25%-nə qədərini təşkil edir. Tarla və bağ-plantasiya landşaftları ərazinin
cəmi 3%-ni, meşələr isə 5%-ə qədərini tutur. Savanna, bozqır və seyrək meşə otlaq landşatfları fon yaradır,
geniş sahələrdə şum, suvarma, gübrələrin tətbiqi, ot səpini işləri aparılır, bununla əlaqədar bu otlaq landşaftları
dəyişilmə xarakterinə və dərəcəsinə görə əkinçilik landşaftlarından az fərqlənir.
Təsərrüfat fəaliyyəti nəticəsində təbii əlaqələri dağılan, pozulan landşaftların (şəhər və kənd, müxtəlif
mühəndis və energetik qurğular, nəqliyyat magistralları) zahiri görünüşü tamamilə dəyişmişdir. ABŞ, İngiltərə,
Almaniya, Yaponiya və digər ölkələrin sənaye rayonlarında mənimsənilən ərazinin 60%-dən çoxu tikintilər
altındadır. Seliteb sahələr əksəriyyət hallarda şum sahələrinin hesabına genişlənir. Belə ki, ABŞ-da hər il şəhər
ərazilərinin genişlənməsi nəticəsində 350 min ha əkin sahəsi itirilir.
İtirilmiş əkin sahələrinin yeri meşə və otlaqların hesabına doldurulur, bu isə meşə sahələrinin azalmasına və
keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Geniş ərazilər səmərəsiz mənimsənilmə nəticəsində təsərrüfat istifadəsindən çıxır. Bura bedlendlər, rekulti-
vasiya olunmayan atılmış karxanalar, şorlaşmış və bataqlaşmış sahələr, hərəkət edən qumlar, həmçinin sənaye-
məişət tullantıları atılaraq çirklənmiş ərazilər aiddir.
Biosferin resurslarından səmərəli istifadə edib onu qoruyub saxlamaq üzrə elmi əsaslar hazırlamaq üçün
təbiətdə antropogen təsirin maddələr və enerji dövranının uçotu aparılmalıdır. İnsan fəaliyyətinin təsiri
nəticəsində ekosistemin strukturunun və fəaliyyətinin dəyişilməsinin aşkar edilməsi və qiymətləndirməsi bu
dəyişilmənin insanın sağlamlığına təsirinin təyin edilməsi üçün də vacibdir.
Tədqiqatçıların fikrincə yoluxucu (infeksiya) xəstəliklərin istiqaməti, sürəti və dərinliyinin dəyişilməsinin
aparıcı təyinedici faktoru insanların yaşayış şəraitinin dəyişilməsi hesab olunur.
Əlbəttə, təbii landşaftların antropogen landşaftlara çevrilməsi yoluxucu xəstəliklərin, əsasən ətraf mühitlə
334
sıx əlaqədə olan zoonozların yayılması xarakterinə bu və ya digər şəkildə təsir göstərməyə bilməzdi. Bir çox
yoluxucu xəstəliklərin müasir yayılma xarakterini təyin edən başlıca faktor insanın özü və onun praktiki
fəaliyyətidir.
İnsan cəmiyyətin inkişafının müəyyən mərhələsində xəstəliklərin arealının kəskin genişlənməsi üçün
əlverişli şərait yaratmışdır. Bu, ilk növbədə intensiv təsərrüfat fəaliyyəti ilə, əhalinin daxildə və kontinentlər
arası yüksək dərəcədə qarşılıqlı əlaqələrin olması (ünsiyyətin) və infeksiyaya (yoluxmaya) qarşı mübarizə apar-
ma bacarığının olmaması ilə əlaqədar olmuşdur. Şübhəsiz, bir çox hallarda bu və ya digər ərazilərdə insanların
sosial-iqtisadi şəraitinin aşağı səviyyədə olması da xəstəliklərin sürətlənməsində mühüm rol oynamışdır.
Qeyd etmək lazımdır ki, infeksiya xəstəliklərinin yayılmasında təbiətin dəyişdirilmə prosesinin təsiri
müxtəlifdir. Bu təsir yoluxmanın bir mənbəyini aradan qaldırır, mədəniləşdirilmiş sahədə isə digər yoluxma
mənbəyi – antropurgik tip mənbə, yəni insan fəaliyyəti nəticəsində yaranan infeksiya mənbəyi baş verir.
Təkamül prosesində yaranan ilkin landşaftların dəyişməsi və insanın təsərrüfat fəaliyyəti nəticəsində onlara
uyğun ekosistemlərin pozulması xəstəliklərin ibtidai təbii mənbələrinin olduğu şəraiti də dəyişdirir.
Kənd təsərrüfatı landşaftları şəraitində vəhşi heyvanlar yerli biosenozlarla yeni qarşılıqlı əlaqəyə girir, bu-
nun nəticəsində kənd təsərrüfatı sahələrində formalaşan biosenozlar da insanlarla yeni qarşılıqlı əlaqəyə daxil
olur. Bu, insanın həyatında yeni heyvan növlərinin peyda olmasına səbəb olur. Bu növlər kənd təsərrüfatı
ziyanvericiləri və yoluxucu xəstəliklərin mənbəyi ola bilər.
Antropogen landşaftlarda heyvanların məskunlaşmağa uyğunlaşma prosesi sərt seçmə ilə müşayiət olunur.
Ekoloji plastikliyə malik olmayan və yeni şəraitdə əlverişli ekoloji şərait tapa bilmək qabiliyyəti olmayan növlər
ya sıxışdırılır, yaxud da məhv olur. İnsan fəaliyyəti nəticəsində həyat şəraiti digər növlər üçün yaxşılaşır, belə
halda bu növlərin populyasiyalarının sayı artır və arealı genişlənir. Mədəniləşdirilmiş landşaftlarda belə
heyvanların populyasiyalarının sayı təbii landşaftlarla müqayisədə yüksək olsa da, onların bəziləri təbii biotop-
larla əlaqə saxlamaqda davam edir. Buna adi çöl siçanı, cırtdan çöl siçanı və b. misal ola bilər.
Dəyişilmiş landşaftlarda əmələ gələn biosenozlara heyvanların adaptasiya olunma qabiliyyəti sayəsində
onların xəstəlik törədiciləri də adaptasiya olunur. Beləliklə, landşaftların antropogen dəiyşilməsi prosesi təbii
infeksiya mənbələrinin təkamülünə, onların yeni ekosistemlərə adaptasiyasına meyl göstərir. Təkamül
prosesində dəyişilmiş infeksiya mənbələrini təbii deyil, təbii-antropogen (antropurqik) kimi təyin etmək
lazımdır.
Antropogen mənbələr həm təbii mənbələrin mədəniləşdirilmiş ekosistemlərlə bilavasitə təmasda olduğu zo-
nalarda, həm də sinantrop mənbələr vasitəsilə formalaşır, burada biosenozların əsas üzvləri heyvanlar hesab
olunur.
Heyvanlar insanın yaşadığı yerə və ya təsərrüfat tikintilərinə daxil olma dərəcəsinə görə aşağıdakılara
bölünür: euzinantrop (bilavasitə evlərdə və mənzillərdə yaşayan), sinantrop (insanın məskunlaşdığı yerlərdə
əmələ gətirdiyi bir-birindən asılı olan və ya yarımasılı olan müvəqqəti və ya daimi populyasiyalar) və ekzoan-
trop (insanın məskunlaşdığı yerə vaxtaşırı gələn heyvanlar).
Əkin (şum) sahələri kollu otlaqlarla növbələnən və heyvandarlıq tikililəri ilə, meşə qalıqları saxlanılan
yaşayış məntəqələri ilə birləşən antropogen landşaftlarda vəhşi və sinantrop heyvanlar təmasda olur və onların
kənd təsərrüfatı heyvanları ilə əlaqəsi yaranır. Ona görə də çox vaxt sinantrop heyvanlar ekoloji istiqamət
(məcra) rolunu oynayır və bu məcra ilə antropogen mənbədən yoluxmanın başlanğıcı insanın məişətinə daxil
olur. Bu heyvanlar yaşayış məntəqəsi daxilinjə müstəqil sinantrop infeksiya mənbəyi yaradaraq yoluxma
başlanğıcını bir yaşyış məntəqəsindən digərinə keçirə (yaya) bilər.
Yalnız ərazi tam mənimsənildikdə insan təbii biosenozlara kökündən (radikal) təsir göstərir. Bu,
yoluxmanın təbii mənbələrini ləğv edə bilər. Əsas yoluxma mənbələrini və yayıcılarını ümumilikdə ləğv
etməklə və ya təbii biosenozları tamamilə məhv etməklə buna nail olmaq olar. Belə təsirlərə iri su anbarlarının
yaradılması (su sicanlarının məskəni – yuvaları tamamilə su ilə basılır), bataqlıqların və digər su hövzələrinin
qurudulması, torpağın başdan-başa şumlanması (gəmiricilərin toplandığı yerlər məhv edilir) və b. aid etmək
olar.
Əkinçiliyin inkişafı müxtəlif xəstəliklər yayan gəmiricilərin (sünbülqıran, dağ siçanı, marmot və b.) yox
edilməsinə səbəb oldu. Bununla yanaşı, bu yerlərdə insanların məskunlaşması və daim yaşaması çöl (bozqır)
zonasında ev siçanlarının peyda olmasına şərait yaratdı. Bu isə miqrasiya zamanı insanı tülyaremiya
xəstəliyinin mənbəyi ilə bağlayaraq onun daşıyıcılarını bozqırdan yaşayış məntəqələrinə gətirdi.
Meşələrin məhv edilməsi də çəmən-bozqır tipli tülyaremiya mənbələrinin inkişafına təkan verdi. Bu mənbə
tipi açıq kənd təsərrüfatı landşaftları üçün xarakterikdir. Belə mənbələrdə tülyaremiyanın yayıcılarının
mövcudluğuna adi çöl siçanı və otlaq gənəsi kömək edir. Onların hər ikisi açıq biotopların sakinləri sayılır: çöl
|