QəRİb məMMƏdov, mahmud xəLİlov


 Senopopulyasiyanın dinamikası



Yüklə 4,26 Mb.
səhifə105/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   101   102   103   104   105   106   107   108   ...   706
3.9.3. Senopopulyasiyanın dinamikası  

Bitkilər üçün say dinamikası anlayışından praktiki olaraq istifadə olunmuş populyasiya tsiklinə hər şeydən 

əvvəl müəyyən növün populyasiyasının strukturunun və fotosenetik funksiyasının dəyişməsi mövqeyindən 

baxılır. Heyvanlarda say artımının dinamikası anlayışı birbaşa populyasiyanın hesab vahidi – fərdlərin sayı ilə 

ifadə olunur. Bitki populyasiyalarında isə strukturun bu aspekti mürəkkəb şəkildə göstərilir; qeyd edildiyi kimi 

populyasiya elementi kimi həm fərdlər (toxum və vegetativ mənşəli fərdlər bioloji baxımdan eyni 

qiymətləndirilmir), həm də vegetativ mənşəli fərdlər (klonlar) birliyi və fərdlərin hissələri (fitoölçülər,yarpaq və 

s.) çıxış edə bilər.  

Senopopulyasiyanın strukturuna bir neçə aspektdə baxıla bilər:  populyasiyanın tərkibi (elementlərin 

kəmiyyətcə nisbəti), quruluşu (sahədə elementlərin qarşılıqlı yerləşməsi, ərazi quruluşu), fəaliyyəti (elementlər 

arasındakı  əlaqələrin məcmusu). Populyasiyanın dinamikasına strukturun bütün aspektlərinin vaxta görə 

dəyişməsi daxildir. Bu zaman populyasiya parametrlərinin dəyişən sırasına miqdar (elementlərin sayı), biokütlə, 

toxum məhsuldarlığı, yaş spektri və  fərdlərin yaş  tərkibi (təqvim yaşı üzrə) daxildir. Senopopulyasiya 

elementlərinin sayı  və  sıxlığı doğum və  məhv olmanın nisbətindən asılıdır; bu göstəricilərin dəyişməsində 

emiqrasiya və immiqrasiya böyük rol oynaya bilər. Məhvolma ilk növbədə ekoloji faktorların kompleksi ilə 

müəyyənləşdirilir.  

Çiçəkli bitkilərdə məhsuldarlıq (çoxalma qabiliyyəti) anlayışı potensial toxum məhsuldarlığına uyğun gəlir, 

bu fərdlərin toxum başlanğıcının, yaxud da zoğun sayına görə təyin olunur. Faktiki toxum məhsuldarlığı (zoğ  

və  fərdə görə tam yetişmiş toxumun sayı) populyasiyanın təkrar artması  səviyyəsini  əks etdirir. Məhz bu 

göstəricinin tərəddüdü (potensial toxum məhsuldarlığının 80%-dən 0,5%-ə kimi) populyasiyanın özünü saxlama 

(özünü qoruma) ekoloji proseslərini  əks etdirir. Toxum məhsuldarlığını  məhdudlaşdıran və onun faktiki 

səviyyəsini təyin edən əsas  faktorlar tozlanmanın kifayət qədər olmaması, resursların çatışmazlığı, fitofaqların 

və xəstəliklərin təsiri hesab edilir.  

Bitki populyasiyalarının təkrar artması (təzələnməsi) və özünü qoruması (saxlaması) prosesində vegetativ 

çoxalma böyük əhəmiyyət kəsb edir. Bu proses kifayət qədər mürəkkəb yolla senopopulyasiyanın yaş spektri ilə 

əladədardır: vegetativ çoxalma bir tərəfdən yaşdan asılıdır, digər tərəfdən isə cavanlaşmaya səbəb olur. Aşağıda 

vegetativ çoxalmanın dörd tipini nəzərdən keçirək.  

1.  Senil partikulyasiyası (lat. senilis – qoca, partis – hissə, qismən), yəni qoca yaşında partikulun 

(vegetativ mənşəli fərdlərin) ayrılması. Partikulyasiyanın bu tipi bir çox milköklü çoxilliklərə xasdır. 

Uzunömürlü olmadığından və partikulun aşağı həyatiliyinin olması ilə əlaqədar populyasiyanın vegetativ özünü 

saxlama baxımından bu tip effektli sayılmır. Belə tipdə çoxalma enerjisi böyük deyil: vegetativ gələcək nəsil 

ümumi sayın 0,4-4,0%-i qədərdir.  

2. Cavanlaşmayan və ya az cavanlaşan yetişmiş partikulyasiya – zəif vegetativ çoxalma səciyyəvidir. 

Çimli taxılotları, cillər, xırda kökümsov otlara, geoksil kollara xasdır. Partikulun aşağı həyat qabiliyyəti olması 

(ömrü bir qədər uzun olsa da) ilə əlaqədar populyasiyanın özünü saxlaması üçün bu üsul da az effektlidir. Belə 

partikulyasiya tipində enerji az, yəni ümumi miqdara görə vegetativ gələcək nəslin 10-80%-ə qədəri ola bilər. 

3. Səthi (dərin olmayan) cavanlaşan və aktiv böyüyən yetişmiş partikulyasiya – uzun kökümsovlu otlar 

və kollar üçün səciyyəvidir.  

4.  Dərin cavanlaşma gedən generativ partikulyasiya intensiv böyümə ilə  səciyyələnir. Kökdən 

pöhrəverən çoxillik bitkilər üçün xarakterikdir.  

Axırıncı iki partikulyasiya tipi özünü saxlamanın (qorumanın) yüksək effektivliyi ilə səciyyələnir. Bu çoxlu 

pöhrələrin (cücərtilərin, ildə bir ana ağacdan 20-100 pöhrə)  əmələ  gəlməsi ilə (cavanlaşması)  əlaqədardır. 

Bunun hesabına populyasiya yüksək sıxlığa çata bilər.  

Nəsilvermə  və  məhvolmanın səviyyəsinin dəyişməsi müvəqqəti struktur dinamikasını, biokütləni və 

bütövlükdə senopopulyasiyanın fəaliyyətini formalaşdırır. Bu dəyişmələrin effektivliyinin həyata keçirilməsində 

populyasiyanın sıxlığı  əhəmiyyətli rol oynayır. Sıxlıq qanunauyğun olaraq bitkinin böyümə intensivliyinə, 




 

63

toxumun məhsuldarlığının və vegetativ böyümənin vəziyyətinə  təsir göstərir: bununla yanaşı, sıxlığın artması 



çarpaz tozlanmanın ehtimalını yüksəldir. Bunun nəticəsində  sıxlıq yenidən bərpa prosesinin nizamlanması 

faktoru kimi çıxış edir. V.N.Sukaçov (1941) göstərmişdir ki, sıxlıq inkişafın intensivliyinə və ona uyğun olaraq 

ömrün uzunluğuna təsir göstərir. Birillik bitkilərdə sıxlıq inkişafı tezləşdirir, çoxilliklərdə isə onu yavaşıdır.  

Sıxlığın böyük nizamlayıcı əhəmiyyəti onun məhvolma (ölüm) səviyyəsinə təsirində təzahür olunur: sıxlıq 

artdıqda məhv olma çoxalır. Sıxlıqdan asılı olan məhv olma (ölüm) dərəcəsi həyat şəraiti yaxşılaşdıqda daha da 

yüksəlir (Sukaçov, 1928).  

Geniş daipazonlu sıxlıqda onun məhvolmağa (ölümə) təsiri parabolik əyrisi üzrə gedir: aşağı sıxlıqda xarici 

faktorların birbaşa təsir göstərməsi nəticəsində ölüm çoxalır, sıxlıq artdıqda «qrup effektliyi» formalaşır, bu 

öldürücü təsiri yumşaldır, sıxlıq müəyyən həddi keçdikdə fərdlər bir-birinə məhvedici təsir göstərdiyindən ölüm 

yenidən artır.  

Sıxlıqdan asılı olan ölüm (məhvolma) bitkilərdə populyasiya tsikllərini nizamlayıcı yeganə mexanizm 

deyildir. Bir sıra hallarda nizamlanma sıxlıqdan asılı olan reproduksiya və ya hər iki mexanizmin birliyi 

(əlaqəsi) vasitəsilə yerinə yetirilir. Biokütlənin səviyyəsi sıxlıqdan asılı olan böyümə və inkişafla nizama salınır. 

Son nəticədə nizamlayıcı mexanizmlərin ümumi cəmi müəyyən növün senopopulyasiyasında yerini və rolunu 

çoxnövlü bioloji sistemin – biogeosenozun strukturunda və funksiyasında müəyyənləşdirir.  


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin