QəRİb məMMƏdov, mahmud xəLİlov


 Populyasiyanın homeostazı



Yüklə 4,26 Mb.
səhifə106/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   706
 

3.9.4. Populyasiyanın homeostazı 

Populyasiyanın sabitliyi və nisbi sərbəstliyi onun struktur və daxili xassələrinin dəyişən yaşayış  şəraiti 

fonunda uyğunlaşma xüsusiyyətlərini saxlanmasından asılıdır. Məhz mühitlə dinamik tarazlığın saxlanması bütöv 

bioloji sistem kimi populyasiyanın homeostazı prinsipindən ibarətdir.  

Populyasiya funksiyalarının təzahürünün bütün aspektlərində onların sabitliyinin saxlanması çox böyük 

əhəmiyyət kəsb edir; populyasiya homeostazının çoxtərəfli mexanizmləri  əsasında onları üç mühüm fəaliyyət 

kateqoriyasına bölmək olar: 1) ərazi strukturunun adaptasiya xarakterini saxlaması; 2) genetik strukturun 

saxlanması; 3) orqanizmlərin sıxlığınn nizamlanması. 

Homeostatik funksiyalar canlı orqanizmlərin bütün qruplarına xasdır, lakin o, heyvanlar üçün kifayət qədər 

yaxşı öyrənilmişdir. Ali heyvanlar bu funksiyaların yerinə yetirilməsində yalnız fizioloji proseslər deyil, 

həmçinin mürəkkəb sinir fəaliyyəti də  iştirak edir. Odur ki, populyasiya homeostazı problemini müzakirə 

edərkən əsasən onurğalı heyvanlar haqqında danıışılacaq.  

Populyasiyaların  ətraf mühitlə qarşılıqlı  təsir formaları  və ümumi populyasiya funksiyalarının yerinə 

yetirilməsi ayrı-ayrı fərdlərin fizioloji reaksiyaları vasitəsilə ifadə olunur.  

 


Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin