5.4. Ekoloji piramidalar
Ekosistemdə canlı orqanizmlər arasında qarşılıqlı münasibəti öyrənmək üçün təkcə qidalanma zənciri
sxemindən deyil, ekoloji piramidalardan da istifadə edilir. Funksional qarşılıqlı əlaqələri, yəni trofik strukturu
qrafik şəkildə, ekoloji piramida adlı qrafiklərdə göstərmək olar. Piramidanın əsasını produsentlər səviyyəsi
təşkil edir, sonrakı qidalanma səviyyələri piramidanın mərtəbələrini və zirvəsini əmələ gətirir. Əsasən üç ekoloji
piramida tipi məlumdur: 1) say (kəmiyyət) piramidası (Elton piramidası) – hər səviyyədə orqanizmlərin sayı
ifadə olunur; 2) biokütlə piramidası – canlı maddənin kütləsini (ümumi quru çəki, kalorilik və s.)
səciyyələndirir; 3) Məhsul (və ya enerji) piramidası universal xarakter daşıyıb ardıcıl trofik səviyyələrdə bi-
rinci məhsulun (və ya enerjinin) dəyişməsini göstərir.
Enerji əsasən yırtıcı – şikar əlaqəsi ilə ötürülən trofik zəncirlərdə çox vaxt say piramidası qaydasına, yəni qi-
da zəncirlərində iştirak edən fərdlərin ümumi say zəncirinin hər sonrakı həlqəsində produsentdən konsumentlərə
doğru azalma qanunauyğunluğuna əməl olunur (şəkil 5.5.). Bu hal bir qayda olaraq yırtıcıların qida obyektindən
(şikardan) iri olması və yırtıcının birinin biokütləsini saxlamaq üçün bir neçə və daha artıq şikarın tələb
olunmasıdır. Digər tərəfdən aşağı trofik səviyyədən yuxarı səviyyəyə doğru enerjinin miqdarının itməsi (hər
səviyyədən sonrakı səviyyəyə 10% enerji çatır) və metobolizmin fərdlərinin ölçüsü ilə tərsinə əlaqənin olmasıdır –
orqanizm kiçik olduqca maddələr mübadiləsi intensiv gedir, onun sayının və biokütləsinin artm sürəti yüksəlir.
|