Ekosistemin bütün canlı komponentləri – produsentlər, konsumentlər və redusentlər bütövlüklə
qruplaşmanın və ya onun ayrı-ayrı hissələrinin ümumi biokütləsindən (canlı çəki) ibarətdir. Bioloji kütlə adətən
onun yaş və ya quru çəkisi ilə ifadə olunur, o, enerji vahidi ilə də (kalori, coul və b.) ifadə oluna bilər. Bu, daxil
olan enerji gücü və orta biokütlə arasında əlaqəni aşkar etməyə imkan verir.
Bioloji kütlənin əmələ gəlməsinə enerjinin hamısı sərf olunmur, istifadə olunan enerji birinci məhsulu
yaradır və müxtəlif ekosistemlərdə müxtəlif cür sərf oluna bilər. Əgər konsument tərəfindən enerjinin sərfi
sürəti bitkinin artım sürətindən geri qalırsa, bu produsentlərin biokütləsinin tədricən çoxalması baş verir və ölü
üzvi maddənin artığı (bolluğu) yaranır. Bu hal bataqlıqların torflaşmasına, kiçik su hövzələrinin su bitkiləri ilə
örtülməsinə, meşədə (məs., tayqada) qalın meşə döşənəyinin yaranmasına və s. səbəb olur.
Stabil (sabit) qruplaşmalarda bütün məhsul praktiki olaraq trofik şəbəkələrdə sərf olunur və bioloji kütlə
dəyişməz qalır.
Dostları ilə paylaş: |