95
yığınlarının
əmələ gəlməsi
10
8
−
Mezozoy erası
Məməlilərin peyda
olması
Vulkanizm
Oksigenin
miqdarı
çoxalır
7 x 10
7
−
Örtülü toxumların
peyda olması
Çökmə
süxurlarda
təbaşir və
gipsin
toplanması
Cədvəl 6.2.
Biosferdə canlı maddənin əsas funksiyaları
Funksiya-
lar
Baş verən proseslərin qısa səciyyəsi
Energetik Fitosenoz
zamanı Günəş enerjisinin, enerji ilə zəngin maddələ-
rin parçalanması yolu ilə isə kimyəvi enerjinin udulması
Konsentra-
siya
Müəyyən növ maddələrin fəaliyyəti gedişində seçmə toplanma-
sı: 1) orqanizm gövdəsini qurmaq üçün istifadəsi; 2) Metabolizm
zamanı orqanizmdən kənar edilməsi
Destruktiv
1)Qeyri biogen üzvi maddələrin minerallaşması;
2)Cansız qeyri üzvi maddələrin parçalanması;
3)Əmələ gələn maddələrin bioloji dövrana cəlb (daxil) edilməsi;
Mühitya-
ratma
Mühitin fiziki-kimyəvi parametrlərinin dəyişməsi (başlıca ola-
raq qeyri biogen maddələrin hesabına)
Nəqletmə Maddələrin ağırlıq qüvvəsinə əks və üfüqi istiqamətində apa-
rılması
Canlı maddələrin mühityaratma funksiyaları nəticəsində Yerin təbii mühitində aşağıdakı mühüm hadisələr
baş vermişdir:
a) İlkin atmosferin qaz tərkibi dəyişmişdir. Təsdiq edilmişdir ki, biosenoz əsasən yerin oksigen atmosferini
formalaşdırır və karbon qazının konsentrasiyasına təsir göstərir;
b) İlkin okean sularının kimyəvi tərkibi dəyişmişdir.
Dünya okeanı sularının əmələ gəlməsində biotanın iştirakı istisna olunmur.
ç) Litosferdə bəzi dağ süxurları əmələ gəlmişdir. Dəmir, marqans, fosforit, boksid, karbonat və silisium sü-
xurlarının geniş yataqlarının biotanın fəaliyyəti ilə əlaqədar yaranmasına aid çoxlu dəlillər vardır. V. İ. Vernads-
ki qraniti keçmiş biosferin izləri adlandırır.
ç) Qurunun səthində nadir xassəyə- münbitliyə malik olan torpaq qatı əmələ gəlmişdir.
d) Sahəsinə görə olduqca nəhəng yarpaq səthlərinin cəminin buxarlandırıcı səthi yaranmışdır. Bu, buxarlan-
dırıcı effektinə görə okean səthindən geri qalmır və təxminən Dünya okeanının sahəsinə bərabərdir, yaxud Yerin
quru sahəsindən 2,5 dəfə böyükdür. Bu, qurunun biotasına güclü kontinental rütubətlik dövrünü yaratmağa im-
kan vermiş və ona 70-75% nəzarət edir.
e) Yerdə gətirmələrin böyük hissəsi formalaşmışdır. Təsdiq edilmişdir ki, bioloji aşınma dağ süxurlarının par-
çalanmasında əsas rol oynayır (xırda torpaq hissəciklərinin 80%-i monolit dağ süxurlarından əmələ gəlmişdir);
ə) canlı maddə biogenlərinin miqrasiyasının qlobal tsiklinə nəzarət edir, yaxud maddələrin konsentrasiyası
biotanın fəaliyyətindən çox asılıdır. Belə bir misal gətirək: həll olunmuş karbon qazının konsentrasiyası okeanın
dibində səthinə nisbətən bir neçə dəfə yüksəkdir. Okeanın səthində isə karbon qazının konsentrasiyası atmosfer-
də olan konsentrasiya ilə müvazinət (tarazlıq) vəziyyətində olur. Okeanın üst qatında həyat dayandıqda karbon
qazının konsentrasiyası okeanın səthində və dərinliyində bərabərləşir. Bunun nəticəsində atmosferə CO
2
-nin
atılması baş verir. Bu isə fəlakətli nəticələrə gətirib çıxara bilər. Beləliklə, okeanın biotası atmosferdə CO
2
-nin
konsentrasiyasına nəzarət edir, bununla da parnik (istilik) effektini nizama salaraq ətraf təbii mühitin sabitliyini
təmin edir.
96
Beləliklə, müasir biosfer bütün üzvi aləmin uzunmüddətli tarixi inkişafının təbiətlə qarşılıqlı əlaqəsinin hasi-
lidir (yekunudur). Bu inkişaf prosesində biosferdə qarşılıqlı əlaqələrin və hadisələrin mürəkkəb şəbəkəsi yaran-
mışdır: abiotik və biotik faktorların qarşılıqlı təsiri nəticəsində biosfer daim hərəkətdə və inkişafdadır. O, insan
həyata qədəm qoyan zamandan bəri, yəni 2-3 milyon il ərzində böyük təkamül keçirmişdir.
Biosfer, Yerin canlı maddələrin təsiri yayıldığı mühiti əhatə edir. Biosferə ozon səthinə kimi atmosferin bir
hissəsi (20-25 km), litosferin üst hissəsi, əsasən aşınma gedən qabığı (orta hesabla 2-3 km) və bütün hidrosfer
(okeanın dibindən 1-2 km aşağı) daxildir. Biosferin ümumi qalınlığı 40 km-ə çata bilər.
Yer qabığının süxurlarında bakteriyaların müşahidə olunan ən dərin yeri 4 km təşkil edir. Neft yataqlarında
2-2,5 km dərinlikdə çoxlu miqdarda bakteriya müəyyən edilmişdir. Lakin, biosferdə həyat olduqca qeyri-bəra-
bər yayılmışdır. O, səhrada, tundrada, okeanın diblərində, yüksək dağlıq ərazidə zəif inkişaf etsə də, biosferin
digər sahələrində olduqca zəngin (bol) və çoxmüxtəlifliyi ilə fərqlənir.
Canlı maddənin ən yüksək konsentrasiyası əsas mühitlərin ayrıldığı sərhədlərdə: litosfer və atmosferin sər-
həd qatında, yəni torpaqda, üç mühitin – torpaq, su və havanın bir-birinə yaxın qonşuluğunda, yəni – okeanların
üst qatlarında, su hövzələrinin dibində və xüsusilə litorallarda, çayların estuarilərində müşahidə olunur. V. İ.
Vernadski litosferdə orqanizmlərin ən yüksək konsentrasiyalı yerini «həyat təbəqəsi» (pərdəsi) adlandırmışdır.
Müasir baxışlara görə biosfer planetin möhtəşəm ekosistemi olub maddələrin qlobal dövranını saxlayır. Bios-
fer anlayışının coğrafi təbəqə və ya coğrafi örtük anlayışı ilə xeyli oxşarlığı var. Bəzi tədqiqatçılar onları sinonim
hesab etsələr də aralarında prinsipial fərq də var. Tərifə görə coğrafi örtük litosfer, hidrosfer və biosferin bir-biri
ilə qarşılıqlı təmasda olan Yer təbəqəsidir. Coğrafi örtükdə fasiləsiz olaraq quru, atmosfer, Dünya okeanı və orqa-
nizmlər arasında maddələr və enerji axınları mübadiləsi baş verir. Beləliklə, coğrafi təbəqənin xarakterinə onun bü-
tün komponentlərinin eynidərəcəli təsvirləri daxildir. Biofer anlayışının isə mərkəzi həyatdır, həyatın yayıldığı
mühitdir, canlı maddədir. Bu canlı maddəyə atmosferin qaz tərkibi, suların, torpağın tərkibi və s. daxildir.
Dostları ilə paylaş: