QəRİb məMMƏdov, mahmud xəLİlov


Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevrilmələri



Yüklə 4,26 Mb.
səhifə173/706
tarix28.12.2021
ölçüsü4,26 Mb.
#15875
növüDərs
1   ...   169   170   171   172   173   174   175   176   ...   706
Şəkil 6.8. Təbiətdə azotun dövranı: azot molekulunun kimyəvi çevrilmələri 

Azot birləşmələrinin dövranında azot toplayan, nitrifikatorlar, denitrifikatorlar mikroorqanizmləri olduqca 

böyük rol oynayır. Yerdə qalan orqanizmlər isə azotun dövranına öz hüceyrələrinin tərkibinə azotu assimilyasi-

ya etdikdən sonra təsir göstərir. Fır-fır və yaşıl fotosintez bakteriyaları, müxtəlif torpaq bakteriyaları da azot top-

layır. 

 

Biosferdə havadan il ərzində orta hesabla 140-700  mq/m



3

 azot fiksasiya olunur (toplanır). Bunu əsasən bio-

loji fiksasiya təşkil edir, yalnız azotun az miqdarı (35mq/m

3

) elektrik boşalmaları və fotokimyəvi proseslər nəti-



cəsində toplanır. 

Azotun yüksək intensiv toplanması göy-yaşıl yosunlar çox olan çirklənmiş göllərdə baş verir. 

Atmosferdə və biosferin çöküntü qabığında olan külli miqdarda azot ehtiyatının dövranında yalnız quru və okea-

nın canlı orqanizmləri tərəfindən mənimsənilərək toplanan (fiksasiya olunan) azot iştirak edir. Azotun mübadilə fon-

du kateqoriyasına aşağıdakılar daxildir: biokütlənin azotu, bakteriya və canlı orqanizmlərin bioloji azot fiksasiyası, 

yuvenil (vulkanogen) azot, atmosfer (şimşək zamanı toplanan) azotu  və texnogen azot. 

İnsan fəaliyyəti olmayan geniş massivlərdə bitkilər ona lazım olan azotu kənardan torpağa gətirilən (yağışla-

nitratlar, havadan-amonyak), torpağa  qaytarılan  (heyvan, bitki qalıqları, heyvan eks krementləri) azotdan,  həmçi-

nin  müxtəlif  azot  toplayan orqanizmlərdən alır. 

Biosferdə azot və kül elementlərinin  ən çox miqdarı meşə bitkisində olur. Bütün bitki tiplərində kül ele-

mentlərinin miqdarı azot kütləsindən 2-3 dəfə artıq təşkil edir. Tundra bitkiliyi bu baxımdan müstəsnalıq təşkil 

edir, burada azot və kül elementlərinin miqdarı təxminən eyni olur. İl ərzində ən çox dövriyyədə olan elementlə-

rin miqdarı (yaxud bioloji dövranın həcmi) – rütubətli tropik meşələrdə, sonra qaratorpaq bozqırlarında və müla-

yim qurşağın enliyarpaqlı meşələrində (palıdlıqlarda) olur. Azot dövranının mühüm antropogen axını azot güb-

rələrinin istifadəsi ilə  əlaqədardır. Aqrosistemlərə verilən azotun təxminən 50%-i kənd təsərrüfatı bitkilərinin 

tərkibinə daxil olur, onun da yarısı tarladan məhsulla birlikdə yığılır, digər yarısı isə torpağın üzvi maddələrində 

qalır. Beləliklə, müasir əkinçilik azot axınının ümumi istiqamətini dəyişmişdir, bu axın, yəni atmosferdən torpa-

ğa deyil, əksinə gedir. Əhalinin artması və bununla əlaqəli zülal qidasına olan tələbatın yüksəlməsi azot gübrə-

sindən istifadəni və azotun dövranını intensivləşdirmişdir. 

Bu isə ətraf mühitin çirklənməsinə, o cümlədən su hövzələrində evtrofikasiya prosesinin güclənməsinə sə-

bəb olmuşdur. Azot axınının antropogen intensivləşməsinin digər amili energetika hesab olunur, belə ki, daş 

kömür, neft və onun məhsullarının, şistlərin, torpağın və s. yandırılması atmosferə amonyakı və azot oksidlə-

rinin emissiyasını artırmışdır. Azot oksidləri və amonyak öz növbəsində ətraf mühitin asidifikasiya prosesin-

də həlledici rol oynayır. Azot axınının antropogen intensivləşməsinin ətraf mühitə neqativ nəticələri müvafiq 

fəsillərdə (atmosfer, su, torpaq) geniş izah olunur. 



 

103



Yüklə 4,26 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   706




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin