6.3. Ən mühüm biogen maddələrin biogeokimyəvi tsiklləri
Atmosfer, hidrosfer və o cümlədən planetin biosferinə daxil olan qatlarında gedən proseslərdə maddələrin
dəfələrlə (təkrarən) iştirakı elementlərin dövranı adlanır. Oksigen, karbon, azot, kükürd və fosforun dövranı xü-
susilə böyük əhəmiyyət kəsb edir.
Oksigenin dövranı
Oksigenin dövranı - biokimyəvi tsikli planetar proses olub, atmosferi və hidrosferi Yer qabığı ilə əlaqələndi-
rir. Oksigenin dövranının əsas həlqələri bunlardır: yaşıl bitkilərdə fotosintez zamanı sərbəst oksigenin əmələ
gəlməsi, bütün canlı orqanizmlərin tənəffüsü üçün oksigendən istifadə edilməsi, üzvi qalıqların və qeyri-üzvi
maddələrin (məs. yanacağın yandırılması) oksidləşməsinin reaksiyası üçün və digər kimyəvi dəyişikliklər, bun-
lar karbon qazı, su kimi oksidləşmiş birləşmələrin əmələ gəlməsinə və onların fotosintetik çevrilmələrin yeni
tsiklinə cəlb edilməsinə səbəb olur.
Oksigenin dövranında canlı maddənin aktiv geokimyəvi fəaliyyəti aydın təzahür olunur, bu canlı maddənin
tsikl prosesində aparıcı roludur. İl ərzində sintez olunan üzvi maddələrin kütləsinə əsaslanaraq (15% tənəffüs
prosesinə sərf edilməsini nəzərə alaraq) bu nəticəyə gəlmək olar ki, planetin yaşıl bitki örtüyünün illik oksigen
məhsulunun miqdarı 300x10
9
ton təşkil edir. Onun az miqdarı, yəni 25%-dən bir qədər artığı quruda yerləşən
bitki örtüyü tərəfindən, qalanı isə Dünya okeanının fotosintez edən orqanizmləri tərəfindən ayrılır, sərbəst oksi-
gen yalnız atmosferdə deyil, həmçinin təbii sularda həll olunmuş vəziyyətdə mövcuddur. Dünya okeanı suları-
nın həcmi cəmi 137x10
19
litrə bərabərdir, 1 litr suda isə 2-dən 8 sm
3
oksigen həll olunur. Deməli, Dünya okeanı
sularında 2,7-dən 10,9x10
12
ton həll olunmuş oksigen vardır.
|