Øÿêil 6.5. Ãóðóäà ìàääÿëÿðèí áèîýåîêèìéÿâè äþâðàíû ñõåìè
(Ð.Êîøàíîâà ýþðÿ, 1984)
Belə elementlər biofil element adlanır. Bu tsikl və dövranlarla bütövlükdə biosferdə canlı orqanizmlərin
mühüm funksiyaları təmin olunur. V.İ,Vernadski 5 belə funksiya ayırır:
- Birinci – qaz funksiyası – Yer atmosferinin əsas qazları, biogen mənşəli azot və oksigen, həm də bütün
yeraltı qazlar – ölmüş orqanizmlərin parçalanma məhsulu;
- İkinci – konsentrasiya funksiyası – orqanizmlər bədənlərində (gövdələrində) çoxlu kimyəvi elementlər
toplayır, onların arasında birinci yerdə karbon, metallar arasında – birinci kalsium hesab olunur. Silisiumun
konsentratoru (toplayıcısı) diatom yosunları, yodunku – yosunlar (laminariya), fosforunku onurğalı heyvanların
skeletləri;
- Üçüncü oksidləşmə – reduksiya funksiyası – su hövzələrində yaşayan orqanizmlər oksigen rejimini
nizamlayır və bir sıra metalların (V, Mn, Fe) və qeyri metalların (S) həll olmasına və çökməsinə şərait yaradır;
- Dördüncü – biokimyəvi funksiya – canlı maddənin çoxalması, böyüməsi və ərazidə yerləşməsi;
- Beşinci – insan fəaliyyətinin biogeokimyəvi funksiyası – Yer qabığının getdikcə artan maddələrini, o
cümlədən insanın təsərrüfat və məişət ehtiyacı üçün lazım olan daş kömür, neft, qaz və b. bu kimi
konsentratorları əhatə edir.
Biogeokimyəvi dövranda iki hissə ayırmaq lazımdır:
1) ehtiyat fondu – orqanizmlərdən asılı olmayaraq hərəkət edən böyük kütlə; 2) mübadilə fondu – bir
qədər az, lakin aktiv olub orqanizmlər və onların bilavasitə əhatəsində olan biogen maddənin birbaşa
mübadiləsindən irəli gəlir. Biosferi bütövlükdə təhlil (təsvir) etsək, onda aşağıdakıları ayırmaq olar: 1) atmosfer
və hidrosferdə (okean) ehtiyat fondu ilə qazşəkilli maddələrin dövranı və 2) yer qabığında (geoloji dövranda)
ehtiyat fondu ilə çöküntü tsikli.
Bununla əlaqədar olaraq Yerdə yalnız bir prosesi – fotosintez nəticəsində üzvi maddələrin yaranmasını
qeyd etmək lazımdır. Bu proses Günəş enerjisini sərf etmir, əksinə onu toplayır.
Dostları ilə paylaş: |