Şəkil 8.1. Yer üzərində insanın əmələ gəlməsi
Əmək fəaliyyətinin izləri kimi əmək alətləri 4,5-2,8 mln. illik tarixə malikdir. Bu dövrdə insanlar sadə əl
alətləri quraşdırır, onların köməyilə heyvanları ovlayaraq özlərini qida ilə təmin edirdilər.
Əlin hərəkəti (yerimə) vasitəsi funksiyasından azad olması yeni morfoloji adaptasiyanın inkişafına – əlin
tutma qabiliyyətinin yaranmasına səbəb oldu. İnsanın dik yeriməsi vərdiş halına keçdikcə əllər tədricən hərəkət
funksiyasından azad olurdu. Dik yerimə müvazinət orqanlarının inkişafına, əzələ reaksiyasının sürətlənməsinə
və beyinciyin böyüməsinə səbəb oldu.
İnsanın gündüz fəallığı insanabənzər meymunların qaranlıq gecə həyat tərzinin fəallığını əvəz etdi. Antilop
kimi iri heyvanı öldürmək, güclü pələngin hücumunu dəf etmək üçün fərdlər qruplarda birləşməyə başladı.
Müxtəlif fəaliyyət növləri ilə məşğul olan qruplarda ünsiyyət vasitəsi olan dil inkişaf tapdı. İnsan üçün yeni
böyük dəyişikliklər onun ali sinir sistemində, beynində baş verdi.
Qeyd etmək lazımdır ki, insanın formalaşması prosesi əcdadlarımızın fərdlərinin dəyişkənliyi nəticəsində
mümkün olmuşdur. Təbii seçmə Homo sapiyensin (insanın) təkamülündə həlledici rol oynamışdır. Müasir insan
tipi son buzlaşma dövründə, təxminən 40-50 min il əvvəl formalaşmışdır. Yuxarıda qeyd edildiyi kimi, bu dövr
ərzində insan ovçuluqla, meyvə və s. yığmaqla, çox sonralar isə heyvandarlıq, əkinçiliklə, kustarlıqla məşğul
olmuşlar. Yalnız son iki-üç əsrlərdə isə sənaye istehsalı inkişafının rolu artmışdır. Bütün bu tarixi dövr ərzində
təbii mühitin rolu tədricən azalmış və insan həyatında süni mühitin rolu artmışdır. Bu zaman təbii seçmənin
təsirinin ölçüsü və keyfiyyət xarakteri də dəyişmişdir.
Sosial dəyişkənlik və tibbin inkişafı nəticəsində inkişaf etmiş ölkələrdə təbii seçmənin təsiri xeyli
azalmışdır. Bununla belə, insan biososial varlıq olaraq bütün canlılar üçün universal olan ümumi bioloji
qanunauyğunluqların təsirindən təcrid olunmamışdır. Y.P.Altuxov və O.L.Kurbatovanın (1984) xarici
məlumatlardan gətirdiyi aşağıdakı rəqəmlər də bunu təsdiq edə bilər: insan enbrionunun 5%-i ontogenizin ilkin
mərhələlərində məhv olur (daxili səbəblərdən), 3%-ni ölü doğum təşkil edir, 3% reproduktiv yaşa çatmamış
ölür, yaşlarının 20%-i nigaha daxil olmur və nigahın 10%-nin dölü olmur.
Beləliklə, ilkin genofondun təxminən 50%-i sonrakı nəsillərdə təzələnmir, bu hadisənin əksər hissəsi
genetik cəhətdən asılı olur.
124
Bütün digər növlər kimi insan da mühitdən asılı olduğu kimi, özü də mühitə təsir göstərir. Heyvandan fərqli
olaraq insan zehni inkişafa (intellektə) malikdir. Onun intellekti mühüm faktor sayılan qida məhsullarının
çatışmazlığını kənd təsərrüfatı – maldarlıq və əkinçilikdən istifadə etməklə tənzimləməkdir. Bu, təxminən 10
min il əvvəl baş vermişdir. İnsan özünün müstəqil (xüsusi) ekoloji sistemini qurmağa başladı.
İnsanın düşüncə qabiliyyəti, lazımi əmək alətlərini yaratması müvəqqəti də olsa, adi abiotik və biotik
faktorların təsirinin qarşısını almaqda ona köməklik göstərdi. B.Nebel (1993, I cild) qeyd edir ki, bu təsirlərin
qarşısının alınmasında insan aşağıdakılara nail olmuşdur:
1) Bol ərzaq məhsulu əldə etmək;
2) Su anbarları yaradaraq, onun suyunu yaşayış məntəqələrinə və tarlalara çıxarmaq;
3) Yırtıcı və bir sıra xəstəliktörədən orqanizmlərə qarşı vasitələr yaratmaq;
4) Yaşayış yeri tikməklə onu öz istəyinə uyğun qızdırmaq və ya soyutmaq üsullarını öyrənmək;
5) Digər növlərlə rəqib mübarizəsində qalib çıxmaq.
İnsan limiti təyin edilmiş (həddini aşmış) faktorların təsirinin qarşısını almağı öyrənsə də, ona 100% qalib
gəlməyə qadir deyildir. Y.Odum (1975) qeyd edir ki, insan öz mənzilini, öz iş yerini kondensionerləşmiş hava
ilə təchiz edə bilər, lakin özünün iqlimdən asılı olmadığını zənn edə bilməz, əks halda kondensionerləşdirilmiş
hava ilə tarlalarını, ev heyvanlarını və s.-ni də kondensionerləşmiş hava ilə təchiz edə bilərdi. Deməli, insan hələ
də iqlim hadisələrindən – isti və soyuqdan, quraqlıq və yağışdan və digər hadisələrdən asılı olaraq qalır.
Beləliklə, insan sosial varlıq olsa da, əslində təbiət həmişə onun varlıq faktoru olaraq qalacaq və insanı
əhatə edən mühitin ayrılmaz hissəsini təşkil edəcəkdir. Bura həmçinin insanın yaratdığı süni mühit və ictimai
əlaqələr də daxildir. Süni məskunlaşma mühiti də insana təsir göstərir, yaxud burada əks əlaqə yaranır, bu əlaqə
insan populyasiyalarında baş verən həm bioloji, həm də sosial proseslərə təsir edir.
Dostları ilə paylaş: |