8.2. İnsan bioloji növ kimi
İnsan canlı aləmin tərkib hissəsi olub biosferdən kənarda təbii şəraitdə və müəyyən təkamül tipinin canlı
maddəsi kimi yaşaya bilməz.
İnsanın aid olduğu Hominid ailəsi Yerin ekvatorial hissəsində, İnsan cinsi isə Afrikanın şərqində və
Cənubi Asiyada yaranmışdır. İlk dövrlərdə Yer üzərində bir neçə homid növü mövcud olmuşdur; onlar iki
yarımailəyə mənsub olmuşlar: avstralopiteklər və adi insanlar. Onlardan yalnız bir növ – Homo sapiyens –
şüurlu insan qalmışdır. Bir sıra alimlər Homo sapiyens növünü iki yarımnövə ayırır: neandertals və müasir
insanlar (şəkil 8.1).
Canlı maddənin təkamülündə planetdə bir sıra dönüş nöqtəsi olmuşdur, bu təkamül suksessiyasının
sonuncusu insanın (Homo sapiyens) meydana gəlməsi (peyda olması) hesab edilir. Bu hadisə canlı maddənin
əmələ gəlməsi ilə müqayisədə yaxın zamanlarda, yəni 3,5-5 mln. il əvvəl baş vermişdir. Belə ki, canlı aləmin
inkişafı 4 milyard il əvvəl olmuşdur.
İbtidai insan yaxın dövrlərə qədər (kənd təsərrüfatına qədər) təbii ekosistemlərin adi hərşeyyeyən
konsimenti olub, meyvə və s. yığmaq və xırda heyvanlar ovlamaq yolu ilə uzun sürməyən kiçik məskunlaşmalar
yaradır, zəngin bitki örtüyü və başqa yem axtarmaq dalınca tez-tez yerini dəyişirdi.
Bitkilərlə qidalanan adi insanabənzər meymunlardan fərqli olaraq, avstralopiteklər bitkiyeyən
orqanizmlərin özləri ilə qidalananlara, yəni ətlə qidalanalara qismən keçməklə yırtıcılıq sırasına qoşulurlar.
Alimlərin tədqiqatları göstərir ki, insan meymunlar «gövdəsindən» 10 mln. il əvvəl ayrılmışdır (şəkil 8.1).
|