8.4. Yerin təbii resursları – insanın həyat faktoru kimi
Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əldə etdikləri hər bir
şey nəzərdə tutulur. İnsanın tələbatını maddi və mənəvi tələbata bölmək olar. Təbii resurslardan istifadə etdikdə
o, müəyyən qədər insanın mənəvi tələbatını da ödəyir. Məsələn, estetik («təbiətin gözəlləyi»), rekreasiya və s.
Lakin onun əsas təyinatı, məqsədi – insanın maddi tələbatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır.
Beləliklə, təbii resurs dedikdə, o, təbii obyektlər və hadisələr olub, insan onlardan maddi nemət kimi
istifadə edir. Bu isə bəşəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin
yüksəlməsini təmin edir.
İnsan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub, onların təyinatı, mənşəyi, istifadə
üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları
təsnifatlaşdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar aşağıdakılardır.
Mənşəyinə görə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
Dostları ilə paylaş: |