IX FƏSİL
ANTROPOGEN EKOSİSTEMLƏR
9.1. İnsan və ekosistemlər
İnsan təbii ətraf mühitdə həyat uğrunda konkret mübarizədə özünün süni antropogen ekosistemlərini
yaradır. Təxminən on min il əvvəl o, təbiətin sovqatlarını toplayan «adi» konsumentlikdən əl çəkib, bilavasitə öz
əmək fəaliyyəti ilə kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq) yaradaraq bu sovqatları özü əldə etməyə başladı.
Kənd təsərrüfatı modelinə yiyələnərək insan təxminən 200 il əvvəl sənaye inqilabına yaxınlaşdı. Müasir
mərhələdə o, daim artan tələbatını ödəmək üçün təbii ekosistemləri dəiyşməyə və özü istəməsə də, hətta onu
dağıtmaq məcburiyyətində qaldı.
Enerji – həm təbii, həm də antropogen ekosistemlərin əzəl dövrlərdən hərəkətverici qüvvəsi olmuşdur. Bu
sistemlərin energetik resursları həm tükənməz – Günəş, külək, qabarma, həm də tükənən – yanacaq-energetik
(daş kömür, neft, qaz və b.) ola bilər. Yanacaqdan istifadə edərək insan sistemə enerji əlavə edə bilər və ya hətta
onu enerji ilə təmin edə bilər. Mövcud ekosistemlərin göstərilən energetik xüsusiyyətlərinə əsaslanıb, Y.Odum
(1986) onların təsnifatını təklif edərək, dörd «fundamental ekosistem» tipi ayırır:
Dostları ilə paylaş: |