Ə.Ə.Mikayılov (1986) Şirvan düzünün meliorasiya olunmuş suvarılan torpaqlarında aparlığı tədqiqatlarında
əvvəlki tədqiqatçıların suvarılan torpaqlar üçün təklif etdyii qiymət meyarlarından və təshih əmsallarından
istifadə etməklə kifayətlənməmiş, yeni qiymət göstəriciləri təklif etmişdir. Müəllif meliorasiya edilmiş torpaq-
larda taxıl və pambıq bitkilərinin məhsuldarlığı ilə sahənin hamarlığı arasındakı əlaqəni müəyyən edərək, bun-
dan qiymətləndirmədə təshih əmasalı kimi istifadə etmişdir.
S.Z.Məmmədova (1989) ilk dəfə respublikamızda çayaltı sarı dağ meşə, sarı-podzollu, sarı-podzollu-qleyli
torpaqların aqroekoloji münbitlik modellərini işləmişdir. Müəllif çay bitkisinin ekoloji tələblərini nəzəra almaq-
la münbitliyi formalaşdıran amiləri yeddi blokda (aqroekologiya, torpaq tərkibi və xassələri, torpaq rejimi, tor-
paq onurğasızları, biometriya, qiymət, aqromeliorasiya) qruplaşdırmış, bu göstəricilərin optimal parametrlərdən
tərəddüdünü müəyyən etmiş, münbitliyin yüksəldilməsi yollarını göstərmişdir.
F.D.Ayvazov (1989) Acınohur düzündə otlaqaltı torpaqların bioloji məhsuldarlığını tədqiq etmiş, qiymət
meyarlarından və təshih əmsallarından istifadə etməklə onların balla ifadə edilmiş qiymətini tapmış, Acınohur
qış otlaqlarının plastika metodu əsasında torpaq örtüyü strukturunu və bonitet kartoqramını (1:500000) tərtib
etmişdir.
S.R.Tağıyev (1991) Böyük Qafqazın şimal-şərq yamacında meşəaltı torpaqları qiymətləndirərkən, ənənəvi
qiymət meyarları ilə yanaşı, torpağın qranulometrmik tərkibindən də qiymət meyarı kimi istifadə etmişdir.
Tədqiqatlar nəticəsində Böyük Qafqazın şimal-şərq yamacının meşəaltı torpaqlarının bonitet şkalası, 1:200000
miqyasında bonitet kartoqramı tərtib edilmişdir.
M.M.Əsgərova (1990) Qarabağ düzü torpaqlarının kompleks aqronomik qiymətləndirilməsi və pambıq
bitkisinin ekoloji tələbi əsasında ərazi torpaqları münbitliyinin konseptual modellərini işləmişdir.
H.M.Hacıyev (1990) Mil düzü ərazisinin torpaq örtüyü strukturunu (TÖS) tədqiq etmiş, elementar torpaq
areallarının əmələ gətirdiyi birləşmələri plastika metodundan istifadə etməklə xəritələşdirmişdir (1:200000,
1:100000, 1:10000, 1:5000).
A.B.Cəfərov (1991) Lənkəran vilayətinin şimal hissəsində taxılaltı torpaqların aqroekoloji münbitlik
modellərini işləmiş, 1:50000 miqyasında plastika metodu əsasında torpaq-bonitet kartoqramını tərtib etmişdir.
L.C.Qasımov (1992) Lənkəran vilayətində subtropik bitkiləraltı (limon, portağal, naringi) torpaqların
yüksək münbitlik modelini işləmiş, bu bitkilərin məhsuldarlığına və münbitliyin səviyyəsinə təsir göstərən
amillərin səciyyəsini vermiş, onları idarə olunma dərəcəsindən asılı olaraq münbitlik modellərinin blokları
daxilində qruplaşdırmışdır. Müəllif rütubətli subtropik ərazinin 1:50000 miqyasında plastika metodu əsasında
torpaq xəritəsini tərtib etmiş, subtropik bitkiləraltı torpaqların münbitlik göstəricilərinin optimallaşdırılması
üçün kompleks aqrotexniki və meliorativ tədbirlər sistemi təklif etmişdir.
Ş.İ.İsgəndərov (1992) tərəfindən Böyük Qafqazın cənub-şərq yamacı torpaq örtüyü strukturunun plastika
metodu ilə 1:200000 miqyasında xəritəsi tərtib edilmişdir.
S.A.Hacıyev (1992) Naxçıvan Muxtar Respublikası ərazisində qış otlaq sahələrinin torpaqları münbitliyinin
ekoloji modellərini qurmuşdur. Müəllif bu torpaqların bonitet şkalasını və kartoqramını (1:100000) da tərtib
etmiş, otlaqların yaxşılaşdırılması üçün kompleks tədbirlər sistemi irəli sürmüşdür.
S.B.Rəcəbova (1994) Abşeron yarımadası daxilində zeytuna yararlı torpaqların geniş bonitet şkalasını tərtib
etmiş, Zığ zeytunçuluq təsərrüfatının 1:10000 miqyasında ekoloji qiymət xəritəsini hazırlamışdır.
Dostları ilə paylaş: |