Ekologiyanın əsas qanadı olan torpaqşünaslıq elminin Azərbaycanda əsasını qoyan H.M.Zərdabi olmuşdur
desək yanılmarıq. Hələ o, V.V.Dokuçayevdən 8 il əvvəl 1875-1876-cı illərdə torpağın əmələ gəlməsini izah
etmiş və bu prosesdə dörd amilin – ana süxurun, bitki və canlı orqanizmlərin, iqlimin və insanın təsərrüfat
fəaliyyətinin rolunu göstərmişdir. H.M.Zərdabi həmin rolu V.V.Dokuçayev qədər ətraflı göstərməsə də ilkin
qiymətli fikirlər söyləmişdir. O, 1873-1877-ci illərdə rəhbərlik etdiyi «Əkinçi» qəzetində və 1899-1903-cü
illərdə yazdığı «Torpaq, su və hava» əsərində torpaqşünaslıq, Azərbaycan torpaqları, onların münbitliyinin
artırılması və su təminatı haqqında qiymətli fikirlər irəli sürmüşdür. O, ensiklopedik alim olub biologiya, aqro-
respublikamızda, hətta dünya miqyasında tanınmışdır.
Azərbaycanda torpaqların sonrakı elmi araşdırmaları haqqında 1869-1870-ci illərdə İ.Y.Kovalevskinin,
1890-cı ildə P.S.Kossoviçin, 1898-ci ildə Dokuçayevin, 1911-1914-cü illərdə Kamenskinin müəyyən fikirləri
olmuşdur.
V.V.Dokuçayev Cənubi Qafqazda olarkən Azərbaycanın bir sıra yerlərindən keçmiş və Qafqazın, o
göstərmişdir. 1911-1914-cü illərdə S.A.Zaxarov, V.A.Romanov və V.A.Kamenski Mil və Şirvan düzlərində
relyef, şorlaşma və hidrogeoloji şəraitlə bağlı torpaqların müxtəlifliyini müəyyənləşdirmişlər. Torpaqların
şorlaşmasını öyrənmək və onların meliorasiyası məqsədilə 1915-ci ildə Muğanda Cəfərxan təcrübə stansiyası
təşkil olunmuşdur.
1920-ci ildən sonra Azərbaycanda geniş torpaq tədqiqatlarına başlanmışdır. Bu dövrdə S.A.Zaxarovun
rəhbərliyi ilə V.V.Akimtsev, S.İ.Tyuremnov, Z.İ.İmşenetski, N.A.Dimo, L.N.Nojin və başqaları tərəfindən
20
aparılmış torpaq tədqiqatlarının nəticələri əsasında respublika ərazisi torpaq təşkili cəhətdən rayonlaşdırılmış,
torpaq xəritələri tərtib edilmiş və ayrı-ayrı ərazilərin torpaqları haqqında oçerklər tərtib edilmişdir.
1930-1931-ci illərdən başlayaraq Azərbaycan Elmi-Tədqiqat pambıqçılıq İnstitutunun (V.V.Akimtsev,
M.T. Əsgərbəyli, N.E.Bekareviç, M.Y.Ağamirov, L.N.Qorodetski və b.) Azərbaycan Kimyalaşdırma
Stansiyasının (K.Ə. Ələkbərov, M.E.Salayev, A.N.İzyumov, L.İ.Aleksandrovski, Ə.Q.Zeynalov, M.A.Şəfiyev,
K.H.Teymurov və b.) və SSRİ EA Azərbaycan filialının torpaqşünaslıq bölməsinin (V.P. Smirnov – Loginov,
B.A.Klopotovski, B.İ.Filosofov, A.S. Preobrajenski, V.R.Volobuyev, H.Ə.Əliyev, B.M.Ağayev, E.F.Şərifov,
R.V.Kovalyev və b.) əməkdaşları respublikanın düzən və dağlıq rayonlarında böyük ərazilərdə torpaqların
mənşəyini, coğrafi yayılmasını, münbitliyini, şorlaşma səbəblərini öyrənmiş və onları keyfiyyətcə
yaxşılaşdıraraq kənd təsərrüfatında səmərəli istifadə olunması ilə əlaqədar tədqiqat işləri aparmışlar (H.Aslanov,
2004).
1945-ci ildən sonrakı illərdə Azərbaycan EA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda respublikanın
bütün rayonlarında torpaqların coğrafi yayılması, mənşəyi, şoran və şorakət torpaqların əmələ gəlməsi,
meliorasiyası, torpaq kimyası və mikrobiologiyası, torpağın fiziki xassələri və digər məslələrlə əlaqədar geniş
tədqiqatlar aparılmışdır. 1953-cü ildə ilk dəfə «Azərbaycan SSR torpaqları» haqqında monoqrafik əsər və 1958-
ci ildə respublikanın torpaq xəritəsi nəşr edilmişdir.
Sonrakı illərdə respublika torpaqlarının münbitliyinin artırılması, yeni gübrə növlərinin tətbiqi, torpaqların
xəritələşdirilməsi, onların ekoloji və energetika baxımından öyrənilməsi və bonitetləşdirilməsi işində
H.Ə.Əliyev, M.E.Salayev, V.R.Volobuyev, C.M.Hüseynov, K.Ə.Ələkbərov, R.Q.Hüseynov, İ.S.İskəndərov,
Q.Ş.Məmmədov, M.İ.Cəfərov, R.M. Məmmədov, MPBabayev, Z.R.Mövsümov, P.B.Zamanov, Ş.G. Həsənov,
B.Q.Şəkuri, A.P.Gərayzadə, F.H.Axundov, Ə.R.Əhmədov, T.Ə.Əliyev, N.M.İsmayılov, Q.Z.Əzizov, V.H. Hə-
sənov, Q.Ş.Yaqubov və başqalarının xidmətləri olmuşdur.
1944-cü ildə Azərbaycan ET Hidrotexnika və Meliorasiya İnstitutu yaradıldığı gündən A.A.Poladzadə,
Ə.Q.Behbudov, V.R.Volobuyev, E.İ.Zdobnovun rəhbərliyi ilə respublikada şoran torpaqların meliorasiyası, hi-
drotexniki qurğuların tikilməsi və digər problemlərlə əlaqədar geniş tədqiqat işlərinə başlanmışdır.
Hidromeliorasiyanın inkişafında Y.Ə.İbadzadə, B.İ. Filosofov, M.V.Baranovski, M.Y.Vahabov,
S.X.Hüseynzadə, Q.Ş.Peşikov, F.S.Salahov, H.M.Hüseynov, A.Q.Axundov, K.H.Teymurov, Q.İ.Şpanin, S.M.
Əmircanov, H.M.Cəfərov, A.Ə.Mustafayev, X.F. Cəfərov, M.K.Rəhimov, Ə.K.Əlimov, T.A.Əbdülrəhimov,
N.P. Bəşirov, Q.H.Rüstəmov, E.M.Eyvazov, P.S.Əlişzadə, O.A. Zeynalova, N.H.Nadirov, M.M.Seyidov,
A.X.Babayev və başqalarının rolu böyük olmuşdur.
Torpaqşünasılıq və meliorasiya elminin inkişafında respublikamızın digər təşkilatlarında çalışan
alimlərindən B.H.Əliyev, N.A.Ağayev, H.Q.Aslanov, N.K.Mikayılovun xidmətləri az olmamışdır.
Məlum olğudu kimi aqroekologiya tətbiqi ekologiyanın mühüm sahəsidir. Aqroekologiyanın ümumi məqsədi
mədəni bitkilərin və təbii bitki örtüyünün məhsuldarlığını və keyfiyyətini yüksəltməkdir. Bu baxımdan, torpağın
bonitirovkasının öyrənilməsi aqroekoloji tədqiqatlarının əsası hesab olunur. Belə ki, torpağın bonitirovkası ən
mühüm aqronomik xassələrinə görə torpaqların müqayisəli qiymətləndirilməsidir. Torpağın bonitirovkası onun
münbitliyini, yəni keyfiyyətini ballarla ifadə edən kəmiyyət göstəricisidir. Torpaqdakı proseslər və keyfiyyət
dəyişilməsi yalnız onun xassələrini dəqiq öyrənməklə müəyyən edilir. Torpağın bonitirovkası torpaqların iqtisa-
di və ekoloji qiymətləndirilməsi, torpaq kadastrının tərtibi, meliorasiya və s. üçün zəruridir.
Torpaqların müqayisəli uçotu və onların keyfiyyətcə qiymətləndirilməsi bütün dünyada olduğu kimi
Azərbaycanda da böyük maraq doğurmuşdur: Bu tədqiqatlarda V.R.Volobuyev (1963), Y.İ.Kostyuçenko (1962,
1966), M.P.Babayev (1967, 1970, 1974), R.Q.Məmmədov (1969), R.Ə.Əliyeva (1969, 1971), Q.F.Əliyev
(1973), Ş.G.Həsənov (1972, 1973, 1974, 1978), M.E.Salayev, R.Ə.Əliyeva (1973, 1975), V.R.Volobuyev,
M.E.Salayev, Ş.K.Həsənov, Y.İ.Kostyuçenko (1973), Q.Ş.Yaqubov (1975), Q.Ş.Məmmədov (1976, 1977, 1978,
1979, 1990), D.R.Əhədov (1977, 1979), A.H.Vəliyev (1981), Ş.A.Bədəlov (1981), F.L.Piriyeva (1984),
S.M.Hüseynov (1985), Ə.Ə.Mikayılov (1986), F.D.Ayvazov (1989), H.M.Hacıyev (1990), M.M.Əsgərova
(1990), K.Ş.Allahverdiyev (1990), S.R.Tağıyev (1991) və başqa tədqiqatçıların böyük xidməti olmuşdur.
Bu tədqiqatlar torpaqların bonitirovkasına dair qəbul olunmuş əsasda (Sobolyev, 1958, 1963), lakin
respublikanın torpaq örtüyünün aqroekoloji xüsusiyyətləri nəzərə alınmaqla, həm dağ və dağətəyi, həm də
düzənlik sahələrdə aparılmışdır. Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir göstərən torpağın aqroekoloji
xüsusiyyətləri aşkar edilmiş, yerli şəraitdə torpaqların keyfiyyətcə qiymətləndirilməsinin metodikası işlənmiş,
əsas torpaqların qiymət şkalaları, torpaqların bonitet kartoqramları tərtib edilmişdir.
Azərbaycanda torpaqların bonitirovkasının inkişafını üç mərhələyə bölmək mümkündür:
21
I mərhələ 1965-ci ilə qədərki dövr olub, akademik V.R.Volobuyevin (1961, 1963) tək-tək işləri nəzərə
alınmasa, torpaqların bonitirovkasına dair iri həcmli tədqiqat işləri demək olar ki, aparılmamışdır
(R.Q.Məmmədov, 1962; V.R.Volobuyev, M.E.Salayev, Y.İ.Kostyuçenko, 1967 və s.).
II mərhələ (1966-1975) – bu dövrdə bir sıra tədqiqat işləri (Y.İ.Kostyuçenko, 1966; M.P.Babayev, 1967;
R.Ə.Əliyeva, 1971; Ş.G.Həsənov, 1972; Q.F.Əliyev, 1973; Q.Ş.Yaqubov, 1975) aparılmış və ilk nəticələr əldə
edilmişdir. Bu dövrdə torpaqların bonitirovkası sahəsində ilk dissertasiya işi Y.İ.Kostyuçenkoya (1966) məxsus
olmuşdur. Müəllif tərəfindən ilk dəfə olaraq Arazboyu ərazinin dağ-şabalıdı və boz-qəhvəyi torpaqlarında
münbitlik amillərinin taxıl bitiklərinin məhsuldarlığına təsiri və onların korrelyativ əlaqəsi tədqiq edilmişdir.
Özünün dissertasiya işində MPBabayev (1967) Qarabağ düzü torpaqlarının genetik xüsusiyyətləri ilə yanaşı,
onların keyfiyyət səciyyəsini vermişdir. Tədqiqatçı Ağdam rayonu torpaqlarının aqroistehsal qruplaşmasını
aparmış, onların bonitet şkalasını və torpaqlarının bonitet kartoqramını tərtib etmişdir.
İlk dəfə R.H.Məmmədov (1969, 1981) tərəfindən torpaqların aqrofiziki xassələrinə görə
qiymətləndirilməsinin vahid metodikası təklif olunmuşdur. O, çoxsaylı riyazi hesablamalar nəticəsində torpağın
kimyəvi, fiziki xassələri ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı arasında qarşılıqlı əlaqənin olduğunu
müəyyən etmişdir.
Azərbaycanın cənub-qərb bölgəsi torpaqlarının bonitirovkasının əsas prinsipləri Ş.G.Həsənov (1972)
tərəfindən işlənmişdir.
Dostları ilə paylaş: